/ / Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma nümunəsi və “qara piar” kampaniyası...
Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma nümunəsi və “qara piar” kampaniyası...
11.01.2019 [09:45]
Yaxud Avropada baş verən antidemokratik prosesləri görməzdən gələn bəzi beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları nə üçün Azərbaycanda kiçik bir hadisəni siyasiləşdirərək ölkəmizə qarşı ittihamlar irəli sürür, qərəzli mövqe sərgiləyirlər?
Müasir dövrdə müstəqil siyasət həyata keçirən, öz milli maraqlarını qətiyyətlə müdafiə edən dövlətlərə qarşı qərəzli və ikili standartlara əsaslanan yanaşma müşahidə edilir. Bu kontekstdə “demokratiya”, “insan hüquqları” kimi məfhumların müəyyən mərkəzlər tərəfindən müstəqil milli dövlətlərə qarşı təzyiq vasitəsi kimi istifadə edilməsinə rast gəlinir, eləcə də bütün bu məsələlərdə ikili standartlara yol verilir. Bir sıra beynəlxalq qurumlar, hüquq müdafiə təşkilatları Avropada insan haqlarının kütləvi surətdə pozulmasına, mitinqlərin zorakılıqla dağıdılmasına və jurnalistlərin həbsinə susqunluq nümayiş etdirdikləri halda, müstəqil siyasət həyata keçirən dövlətlərdə kiçik bir hadisəyə siyasi məzmun verərək ittihamlar irəli sürürlər.
Sirr deyil ki, bu gün Qərbdə, xüsusilə də Avropa ölkələrində ciddi insan hüquqları pozuntuları mövcuddur və hakimiyyət strukturları vətəndaşlara qarşı zorakılıq, diskriminasiya hallarına yol verirlər. Eyni zamanda, Avropada sosial-iqtisadi və hüquqi məsələlərlə bağlı etiraza qalxan vətəndaşlara münasibətdə repressiv metodlardan istifadə olunur. Dolayısıyla, vətəndaşların toplaşmaq, öz fikirlərini sərbəst şəkildə ifadə etmək hüququ həm qanunvericilik, həm də praktiki cəhətdən məhdudlaşdırıldığı halda, buna hər hansı bir reaksiya verilmir. Ümumiyyətlə, “qoca qitə”də son zamanlar mitinqlərin dağıdılması, jurnalistlərin həbsi, insan haqlarının pozulmasına dair konkret hadisə və faktlar dünya mediasının diqqət mərkəzindədir. Belə ki, özlərini “sarı jiletlər” adlandıran mitinqçilər Fransa, Portuqaliya, İspaniya, Belçika və başqa ölkələrdə etiraz aksiyaları keçirir, hökumət qarşısında konkret tələblərini ifadə edirlər. Bu aksiyalarda minlərlə mitinq iştirakçısının polis zorakılığına məruz qalması, yüzlərlə insanın həbs olunması reallıqdır. Avropada hazırda sosial etiraz dalğaları daha da kəskinləşməkdədir. Qeyd etdiyimiz kimi, bu kontekstdə son olaraq “sarı jiletlər” aksiyasında “qoca qitə” ölkələrinin müxtəlif şəhərlərində baş verən konfrontasiyada ciddi polis zorakılığı müşahidə edilib və dinc etirazçıların bir qismi müxtəlif xarakterli xəsarətlər alıblar, hətta bəzi məlumatlara görə, Fransada onlarla insan həyatını itirib.
Sadalananların fonunda əsas məqam budur ki, Avropa ölkələrində belə hallar baş verərkən heç kim - hüquq müdafiə təşkilatları, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, BMT-nin əlaqədar qurumları səslərini çıxarmır, amma Azərbaycanda kiçik bir hadisə xüsusi qaydada qabardılır, ona siyasi rəng verilir, ittihamlar irəli sürülür, ölkə “qeyri-demokratiklik”də ittiham olunur. Bu, ikili standartlar siyasətinin nümunəsi olmaqla yanaşı, müstəqil siyasət yeridən ölkələrə, o cümlədən Azərbaycana qarşı qərəzli yanaşmanın əyani ifadəsidir. Hətta vətəndaşların hökumətə qarşı ciddi etiraz dalğasının müşahidə edildiyi Fransanın “sarı jilet”lər aksiyası ilə qarşı-qarşıya olduğu vaxtda Mehman Hüseynov məsələsinə münasibət bildirməsi də gülüş doğurur. Yaxşı olar ki, rəsmi Paris Fransada nümayişçilərə qarşı zorakılığı dəyərləndirsin. Hər kəsə bəllidir ki, Fransada sözügedən aksiya çərçivəsində 4500-dən çox nümayişçi saxlanıb, nümayişçilərə qarşı su şırnaqlarından, polis itlərindən, dəyənəklərdən istifadə edilib, aksiya iştirakçıları şiddətə məruz qalıblar.
Əlbəttə, bəhs olunanlar Azərbaycana qarşı növbəti ikili standartlara əsaslanan selektiv yanaşma nümunəsi və “qara piar” kampaniyasıdır. Məlumdur ki, Azərbaycan bütün azadlıqların təmin edildiyi müasir, demokratik ölkədir. İnkişafın milli modelini formalaşdıran Azərbaycanda iqtisadi və siyasi islahatlar paralel şəkildə aparılır və bir-birini tamamlayır. Azad, demokratik cəmiyyət quruculuğuna nail olunması ölkəmizin müstəqillik illərində əldə etdiyi ən mühüm uğurlardan biri kimi dəyərləndirilir. Bütün azadlıqların təmin olunması isə Azərbaycan cəmiyyətinin üstün cəhətidir. Bütövlükdə, ölkəmizdə insan hüquq və azadlıqları yüksək səviyyədə təmin olunub. Azərbaycanın bu sahədə təcrübəsi mütərəqqi nümunə kimi çıxış edir. Azərbaycanda hər bir vətəndaş qanunla müəyyən olunmuş qaydada öz hüquq və azadlıqlarından sərbəst surətdə istifadə edə bilir, eləcə də qeydə alınmış qanunazidd hərəkətlərin qarşısının alınması istiqamətində adekvat strukturlar tərəfindən müvafiq tədbirlər görülür. Bununla yanaşı, ölkəmiz müsbət beynəlxalq imicə malikdir. Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir şəraitdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, sülhpərvər və tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Məhz bütün bunlara görə ciddi narahatlıq keçirən anti-Azərbaycan dairələr ölkəmizə qarşı “qara piar” kampaniyası aparır, ikili standartlar və selektiv yanaşma ortaya qoyaraq qərəzli mövqe nümayiş etdirirlər. Hətta bəzi qurum və şəxslər “insan hüquqlarının müdafiəsi” adı altında qanun pozuntularına haqq qazandırır, qanunların aliliyi prinsipini heçə sayırlar.
Bunlarla yanaşı, xüsusi komanda ilə hərəkətə gələn “beşinci kolon”un fəalları - Əli Kərimli, Cəmil Həsənli, Gültəkin Hacıbəyli, Tofiq Yaqublu, Orduxan Temirxan, Tural Sadıqlı və digərləri isə Azərbaycanın müsbət beynəlxalq imicinə kölgə salmaq, ictimai rəyi manipulyasiyaya məruz qoymaq üçün öz havadarlarının sifarişini yerinə yetirirlər. Lakin Azərbaycan ictimaiyyətinə yaxşı məlumdur ki, demokratiya və insan haqlarından dayanmadan danışan bu ünsürləri demokratik dəyərlər deyil, aldıqları və alacaqları qrantlar düşündürür.
Bütövlükdə, Azərbaycana qarşı ikili standartlara əsaslanan qərəzli yanaşma və “qara piar” kampaniyası hər zaman olduğu kimi, iflasa məhkumdur, çünki Azərbaycan ictimaiyyətinə bu cür cəhdlərin arxasında hansı çirkin məqsədlərin durduğu tam aşkardır. Eyni zamanda, müstəqil və prinsipial siyasətini davam etdirən Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir və bu cür cəhdlərlə ölkəmizi öz yolundan döndərmək mümkün deyil.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxSosial
01 Avqust 11:43
Sosial
01 Avqust 11:17
Siyasət
01 Avqust 10:59
Analitik
01 Avqust 10:21
Analitik
01 Avqust 09:57
Analitik
01 Avqust 09:32
Mədəniyyət
01 Avqust 09:15
Ədəbiyyat
01 Avqust 08:52
Mədəniyyət
01 Avqust 08:35
Ədəbiyyat
01 Avqust 08:30
Xəbər lenti
01 Avqust 07:59
Dünya
31 İyul 23:43
Dünya
31 İyul 22:55
Dünya
31 İyul 22:35
Dünya
31 İyul 21:42
Dünya
31 İyul 21:15
Dünya
31 İyul 20:51
Dünya
31 İyul 20:23
Dünya
31 İyul 19:48
Gündəm
31 İyul 19:43
Dünya
31 İyul 19:20
İqtisadiyyat
31 İyul 18:30
Elm
31 İyul 17:56
Gündəm
31 İyul 17:54
YAP xəbərləri
31 İyul 17:28
Sosial
31 İyul 17:19
YAP xəbərləri
31 İyul 16:43
Gündəm
31 İyul 16:39
Gündəm
31 İyul 15:59
YAP xəbərləri
31 İyul 15:20
Gündəm
31 İyul 15:17
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:57
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:56
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:55
Siyasət
31 İyul 14:54
YAP xəbərləri
31 İyul 14:52
Elm
31 İyul 14:27
Sosial
31 İyul 14:09
Elanlar
31 İyul 13:55
YAP xəbərləri
31 İyul 13:52
Xəbər lenti
31 İyul 13:45
Gündəm
31 İyul 12:55
Xəbər lenti
31 İyul 12:45
Sosial
31 İyul 12:39
İqtisadiyyat
31 İyul 12:32
Hadisə
31 İyul 12:32
İqtisadiyyat
31 İyul 12:06
YAP xəbərləri
31 İyul 12:04
YAP xəbərləri
31 İyul 12:04
Analitik
31 İyul 11:15
Gündəm
31 İyul 11:12
Gündəm
31 İyul 10:59
Siyasət
31 İyul 10:52
YAP xəbərləri
31 İyul 10:46
Siyasət
31 İyul 10:45
Xəbər lenti
31 İyul 10:41
Gündəm
31 İyul 10:39
MEDİA
31 İyul 10:30
Gündəm
31 İyul 10:26
Analitik
31 İyul 10:15
Analitik
31 İyul 10:04
Analitik
31 İyul 09:56
Gündəm
31 İyul 09:48
Dünya
31 İyul 09:45
Xəbər lenti
31 İyul 09:43
Dünya
31 İyul 09:12
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | ||||||
| 2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
| 9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
| 16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
| 23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
| 30 | 31 |

