Baş nazir Novruz Məmmədovun sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib
28.12.2018 [09:38]
Dekabrın 27-də Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun sədrliyi ilə “Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il üçün iş planı”na uyğun olaraq, Nazirlər Kabinetinin növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasın gündəliyinə iki məsələ - “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik strategiyası”nın layihəsinin müzakirəsi” və “İctimai əhəmiyyətli qurumlarda Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarının tətbiqi vəziyyəti barədə hesabat” daxil edilib.
Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətinin təməl dayaqlarının son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan praqmatik siyasət sayəsində daha da möhkəmləndirildiyini vurğulayan Baş nazir Novruz Məmmədov ötən müddətdə ölkəmizin böyük inkişaf yolu keçdiyini qeyd edib. Baş nazir ölkə rəhbərinin müəyyən etdiyi strateji xəttə əsaslanaraq dayanıqlı inkişafın təmin olunması məqsədilə adekvat addımların atıldığını, kompleks islahatların həyata keçirilməsi ilə makroiqtisadi sabitliyə nail olunduğunu, biznes və investisiya mühitinin xeyli yaxşılaşdırıldığını, sahibkarlığın inkişaf etdiyini, qeyri-neft ixracının artdığını xatırladıb. Bütün bu uğurların əhalinin sosial rifahının yaxşılaşmasına təsir göstərdiyini diqqətə çatdıran Baş nazir Novruz Məmmədov regionun ən inkişaf etmiş ölkəsi olan Azərbaycanda yeni iqtisadi şəraitə uyğun həyata keçirilən rasional siyasətin, sistemli tədbirlərin qlobal risklərin neytrallaşdırılmasına imkan yaratdığını bildirib.
Qarşıdan gələn yeni ildə də ölkəmizdə sosial proqramların icrasının uğurla davam etdiriləcəyinə əminliyini bildirən Baş nazir müasir çağırışlara cavab verən layihələr üzərində işlərin daha da intensivləşdirilməsinin, xüsusən müzakirəyə çıxarılan kibertəhlükəsizlik strategiyasının beynəlxalq standartlara uyğun hazırlanmasının vacibliyini vurğulayıb. Novruz Məmmədov deyib ki, müasir dünya üçün ciddi təhdid olan kibercinayətkarlığın artması, BMT-nin hesabatına əsasən hər il 1.5 milyondan çox insanın internet vasitəsilə edilən cinayətlərin qurbanı olması faktı dövlət idarəçiliyi, bank, nəqliyyat, milli təhlükəsizlik və digər sistemlərin təkmilləşdirilməsini, kibermüdafiə tədbirlərinin genişləndirilməsini zəruri edir.
Sonra gündəlikdə duran məsələlərə dair nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin və maliyyə naziri Samir Şərifovun məruzələri dinlənilib.
Hər iki məsələ ətrafında müzakirələrdə müdafiə naziri Zakir Həsənov, Mərkəzi Bankın sədri Elman Rüstəmov, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Mədət Quliyev, Maliyyə Bazarlarına Nəzarət Palatası İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov və başqaları çıxış ediblər.
Geniş fikir mübadiləsindən sonra qərara alınıb ki, nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadənin mövzu ilə bağlı məruzəsi nəzərə alınmaqla, “Azərbaycan Respublikasının 2019-2024-cü illər üzrə kibertəhlükəsizlik Strategiyası”nın razılaşdırılmış layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən təsdiq edilməsi üçün təqdim olunsun.
İkinci məsələ üzrə isə qərara alınıb ki, maliyyə naziri Samir Şərifovun hesabat məruzəsi nəzərə alınmaqla, Maliyyə Nazirliyi və Maliyyə Bazarlarına Nəzarət Palatası aidiyyəti təşkilatlarla birgə Hesabatdan irəli gələn məsələlərlə bağlı zəruri tapşırıqları özündə əks etdirən Azərbaycan Respublikası Nazirlər Kabineti sərəncamının layihəsi hazırlansın.
İclasa yekun vuran Baş nazir Novruz Məmmədov tapşırıqların icrası ilə bağlı aidiyyəti qurumların rəhbərlərinə müvafiq göstərişlər verib, qarşıdan gələn əlamətdar bayramlar - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini və xoş arzularını çatdırıb.
Xəbər lenti
Hamısına baxDünya
24 Sentyabr 23:32
Dünya
24 Sentyabr 23:17
Dünya
24 Sentyabr 22:59
Dünya
24 Sentyabr 22:23
Dünya
24 Sentyabr 21:40
YAP xəbərləri
24 Sentyabr 21:28
Sosial
24 Sentyabr 21:19
Dünya
24 Sentyabr 21:19
Mədəniyyət
24 Sentyabr 21:17
İqtisadiyyat
24 Sentyabr 21:15
Dünya
24 Sentyabr 20:53
Dünya
24 Sentyabr 20:25
Dünya
24 Sentyabr 20:10
Dünya
24 Sentyabr 19:42
İdman
24 Sentyabr 19:32
Dünya
24 Sentyabr 19:17
Mədəniyyət
24 Sentyabr 18:10
Dünya
24 Sentyabr 17:24
Sosial
24 Sentyabr 16:31
Dünya
24 Sentyabr 16:30
Dünya
24 Sentyabr 15:17
Dünya
24 Sentyabr 15:16
Siyasət
24 Sentyabr 15:03
Sosial
24 Sentyabr 14:56
Formula 1
24 Sentyabr 14:55
YAP xəbərləri
24 Sentyabr 14:47
Xəbər lenti
24 Sentyabr 14:42
Elanlar
24 Sentyabr 14:29
YAP xəbərləri
24 Sentyabr 14:10
Siyasət
24 Sentyabr 14:02
YAP xəbərləri
24 Sentyabr 13:52
Dünya
24 Sentyabr 13:50
YAP xəbərləri
24 Sentyabr 13:44
Dünya
24 Sentyabr 13:39
Gündəm
24 Sentyabr 13:06
Gündəm
24 Sentyabr 12:59
Gündəm
24 Sentyabr 12:20
Siyasət
24 Sentyabr 12:07
Elm
24 Sentyabr 12:05
Dünya
24 Sentyabr 12:02
Dünya
24 Sentyabr 12:01
Dünya
24 Sentyabr 11:59
Elm
24 Sentyabr 11:57
Sosial
24 Sentyabr 11:53
Gündəm
24 Sentyabr 11:43
Sosial
24 Sentyabr 11:38
Sosial
24 Sentyabr 11:37
Formula 1
24 Sentyabr 11:35
Hadisə
24 Sentyabr 11:34
Sosial
24 Sentyabr 11:33
Sosial
24 Sentyabr 11:32
Gündəm
24 Sentyabr 11:25
İdman
24 Sentyabr 11:13
Elm
24 Sentyabr 11:11
Elm
24 Sentyabr 11:02
Elm
24 Sentyabr 10:57
Siyasət
24 Sentyabr 10:55
Dünya
24 Sentyabr 10:51
İqtisadiyyat
24 Sentyabr 10:51
YAP xəbərləri
24 Sentyabr 10:49
İdman
24 Sentyabr 10:46
İqtisadiyyat
24 Sentyabr 10:44
YAP xəbərləri
24 Sentyabr 10:28
YAP xəbərləri
24 Sentyabr 10:24
İqtisadiyyat
24 Sentyabr 10:19
Analitik
24 Sentyabr 09:43
Analitik
24 Sentyabr 09:17
Analitik
24 Sentyabr 08:52
Sosial
24 Sentyabr 08:39
Formula 1
24 Sentyabr 08:07

