Milli Məclisin nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb
26.12.2018 [09:32]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti İranda səfərdədir.
AZƏRTAC xəbər verir ki, dekabrın 25-də nümayəndə heyəti İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Milli Məclisin sədri Oqtay Əsədov Azərbaycan Prezidenti İlham Əliyevin səmimi salamlarını İran Prezidenti Həsən Ruhaniyə çatdırıb.
Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyəti və perspektivləri müzakirə olunub. Qeyd edilib ki, İran ilə Azərbaycan arasındakı münasibətlər tarixi köklərə və ənənələrə söykənir. Xalqlarımızın tarixdə yaratdıqları dövlətlər də bir-biri ilə dost münasibətdə, xoş qonşuluq əlaqələrində olublar. Sevindirici haldır ki, əsrlərboyu mövcud olan yaxşı münasibətlər bu gün də davam edir. Bu gün ölkələrimiz arasında müxtəlif istiqamətlər üzrə qarşılıqlı əlaqələr inkişaf mərhələsini yaşayır.
Oqtay Əsədov bildirib ki, Azərbaycan və İran prezidentləri arasında 12 dəfə görüş baş tutub. Bu rəqəm özlüyündə münasibətlərimizin çatdığı yüksək səviyyənin göstəricisidir. Azərbaycan ilə İran arasında 2014-cü ildə imzalanmış dostluq və əməkdaşlıq haqqında Birgə Bəyannamə münasibətlərimizin inkişafına xüsusi töhfə verib. Azərbaycan, İran və Rusiya prezidentlərinin 2016-cı ildə Bakıda və 2017-ci ildə Tehranda üçtərəfli görüşləri regionda sabitliyin davamlı olmasında əhəmiyyətli rol oynayıb.
Diqqətə çatdırılıb ki, bu gün qarşılıqlı əlaqələrimiz bütün sahələr üzrə uğurla inkişaf edir. İki ölkə arasında 186 hüquqi sənəd imzalanıb, daha 9 sənəd üzərində iş aparılır. Ötən il ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 257,7 milyon, cari ildə isə 395 milyon ABŞ dolları həcminə yüksəlib. Ölkələrimizin iqtisadi potensialı ticarət dövriyyəsinin daha da artmasına imkan verir və bu potensialdan səmərəli istifadə etmək lazımdır. Son 5 ildə Azərbaycanın və İranın müxtəlif şəhərlərində hər iki ölkənin iş adamlarının iştirakı ilə 24 biznes forum keçirilib. Bu gün Azərbaycanda 732 İran şirkəti qeydiyyatdan keçib və fəaliyyət göstərir. Bildirilib ki, ölkələrimiz arasında qarşılıqlı investisiya qoyuluşunun həcmi artmaqda davam edir. Bu günə qədər İrandan Azərbaycana təxminən 3,3 milyard ABŞ dolları həcmində investisiya yatırılıb.
Spiker qeyd edib ki, ikitərəfli əlaqələrin inkişafında parlamentlərin də özünəməxsus rolu var. Hər iki parlamentdə yaradılan işçi qrupları intensiv görüşlər keçirərək əlaqələrin inkişafı haqqında müzakirələr aparırlar. Qanunverici orqanlar arasındakı əməkdaşlıqda dinamika hiss olunur. Tərəfləri maraqlandıran məsələlər ətrafında aparılan fikir mübadiləsi qanunverici orqanlarımızı bir-birinə daha da yaxınlaşdırır.
Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İran beynəlxalq təşkilatlar çərçivəsində də yaxından əməkdaşlıq edirlər. İranın beynəlxalq təşkilatlar çərçivəsində aparılan müzakirələrdə Azərbaycanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyinə görə təşəkkürünü bildirən Azərbaycan parlamentinin sədri iki dövlət arasındakı xoş münasibətlərin gələcəkdə də davam etməsini arzulayıb.
İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycandan gələnlərin İranda həmişə əziz qonaq olduqlarını diqqətə çatdırıb. Qeyd olunub ki, İran ilə Azərbaycan beynəlxalq iqtisadi layihələrin həyata keçməsində də birgə fəaliyyət göstərirlər. Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi hər iki ölkənin iqtisadi inkişafına böyük təkan verəcək. Həsən Ruhani bu işdə mühüm addımlar atan Azərbaycan Prezidentinin fəaliyyətini yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, bu dəhliz tam formalaşdıqdan sonra Azərbaycan Fars körfəzinə, İran isə Rusiya və Avropa dövlətlərinə çıxış əldə edəcək. Artıq İran ilə Azərbaycanın dəmir yollarını birləşdirən Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu istifadəyə verilib. Qəzvin-Rəşt-Astara yolunun Rəşt-Astara hissəsində isə işlər davam edir. Hər iki dövlətin birgə iqtisadi layihəsi olan Neftçala avtomobil zavodu da artıq işə düşüb və istehsal başlayıb. Bu layihələr xalqlarımızın mənafeyi nəzərə alınmaqla həyata keçirilib. İran hər zaman yaxın qonşuları ilə əlaqələrinin inkişafına xüsusi əhəmiyyət verir. Azərbaycan ilə İranı ortaq tarixi bağlar, mədəniyyət, din və xalqlarımızın adət-ənənələri sıx bağlayır.
Prezident Həsən Ruhani səmimi salamlarının Azərbaycan Prezidenti İlham Əliyevə catdırılmasını xahiş edib.
Qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsinin aparıldığı görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Hadi Rəcəbli, Şəmsəddin Hacıyev, Hüseynbala Mirələmov, Eldar İbrahimov, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və başqa rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

