Azərbaycan-İran parlamentlərarası əlaqələri müzakirə olunub
26.12.2018 [09:30]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəhbərliyi ilə İranda səfərdə olan parlament nümayəndə heyəti dekabrın 25-də İran İslam Şurası Məclisinin (parlament) sədri Əli Laricani ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə ikitərəfli münasibətlər, parlamentlərarası əlaqələr, işçi qruplarının fəaliyyəti və qanunvericilik sahəsində təcrübə mübadiləsi məsələləri müzakirə edilib.
Milli Məclisin sədri Oqtay Əsədov diqqətə çatdırıb ki, Azərbaycan ilə İranı bir-birinə bağlayan coğrafiya, tarixi, mədəni və dini ortaq dəyərlərimiz var. Bu dəyərlər münasibətlərimizin qarşılıqlı anlaşma üzərində qurulmasına şərait yaradır. Bu gün əməkdaşlığımız müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Əlaqələrimizin inkişafında yüksəksəviyyəli səfərlər və görüşlər xüsusi rol oynayır. Heç şübhəsiz ki, ikitərəfli münasibətlərin inkişafında dövlət başçılarının rolu və siyasi iradəsi mühüm əhəmiyyət kəsb edir. Son illərə nəzər salsaq, görərik ki, qısa müddət ərzində hər iki ölkənin prezidenti qarşılıqlı səfərlər edib, eyni zamanda, beynəlxalq tədbirlər çərçivəsində dəfələrlə görüşüb, ikitərəfli əlaqələrin inkişafına dair geniş fikir mübadiləsi aparıblar.
Spiker deyib ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması tərəflər arasında xoş münasibətlərin olduğunu göstərir. Bu Konvensiya həm ikitərəfli, həm də çoxtərəfli iqtisadi əlaqələrin inkişafına böyük təkan verəcək. Son illər hökumət nümayəndələri arasında da qarşılıqlı səfərlərin sayı artıb. Məhz bu səfərlərin və aparılan danışıqların nəticəsidir ki, iki qonşu dövlət arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub.
Azərbaycan-İran hökumətlərarası müştərək iqtisadi komissiyasının işini yüksək qiymətləndirən Milli Məclisin sədri bildirib ki, birgə layihələrin həyata keçirilməsi məhz bu Komissiyanın işinin nəticəsidir. Bu qəbildən Neftçala avtomobil zavodunu qeyd etmək yerinə düşər. Eyni zamanda, Bakı şəhərinin ətrafında əczaçılıq fabrikinin də əsası qoyulub və işlər davam edir.
Vurğulanıb ki, cari ildə parlament nümayəndələrindən başqa İranın xarici işlər, müdafiə, rabitə və informasiya texnologiyaları, milli təhlükəsizlik nazirləri, sərhəd qoşunlarının komandanı, Prezident Administrasiyasının rəhbəri müxtəlif vaxtlarda Azərbaycana səfər ediblər. Bu səfərlər zamanı qarşılıqlı əlaqələrin inkişafı müzakirə olunub və bir sıra razılaşmalar əldə edilib. İki dost ölkə arasında belə yüksəksəviyyəli səfərlərin sayının artması sevindirici haldır. Azərbaycan parlamentinin nümayəndə heyətinin bugünkü səfəri də əlaqələrimizin inkişaf meylinin davamıdır. Qeyd olunub ki, Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin formalaşmasında İran ilə Azərbaycan əhəmiyyətli rol oynayırlar. Bu, beynəlxalq transmilli iqtisadi layihədir və bundan çox ölkə istifadə edəcək.
Parlamentlərarası işçi qruplarının fəaliyyətini yüksək qiymətləndirən Oqtay Əsədov bildirib ki, qanunverici orqanların təcrübə mübadiləsi də faydalıdır. Parlamentlərarası əlaqələr xalqların mədəni münasibətlərinin inkişafına da böyük təkan verir.
Oqtay Əsədov İran parlamentinin sədri Əli Laricanini Azərbaycana rəsmi səfərə dəvət edib.
İran İslam Şurası Məclisinin sədri Əli Laricani ölkəsinin Azərbaycan ilə bütün sahələr üzrə əlaqələrini inkişaf etdirməkdə maraqlı olduğunu vurğulayıb. İki ölkə arasında qarşılıqlı və faydalı əməkdaşlıqda heç bir problem yoxdur. Dövlət başçılarının dostluq əlaqələri ölkələrimizin münasibətlərinə də təsir göstərir. Bu baxımdan Azərbaycan və İran prezidentlərinin dostluğu çox müsbət xarakter daşıyır.
İran parlamentinin sədri qeyd edib ki, qarşılıqlı ticarət dövriyyəsinin həcmini 2-3 milyard ABŞ dolları həcminə çatdırmaq mümkündür. Buna hər iki dövlətin iqtisadi potensialı imkan verir.
Regional təhlükəsizlik məsələsinə toxunan Əli Laricani deyib ki, terrorçuluq dünyada qlobal problemə çevrilib. Beynəlxalq terrorçuluğa qarşı mübarizədə səylərin birləşdirilməsi regionda sülhün və sabitliyin davamlı olmasını təmin edər.
Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar.
Görüşdə Milli Məclisin deputatları İsa Həbibbəyli, Eldar İbrahimov, Hüseynbala Mirələmov, Şəmsəddin Hacıyev, Hadi Rəcəbli, Milli Məclis aparatının rəhbəri Səfa Mirzəyev, Azərbaycanın İrandakı səfiri Bünyad Hüseynov və digər rəsmi şəxslər iştirak ediblər.
Sonra Oqtay Əsədov və Əli Laricani mətbuat nümayəndələrinin suallarını cavablandırıblar.
* * *
Həmin gün Milli Məclisin sədri Oqtay Əsədov İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif və Milli Təhlükəsizlik Şurasının sədri Əli Şamxani ilə də görüşüb.
Görüşlərdə regional təhlükəsizlik, terrorçuluğa qarşı birgə mübarizə, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri müzakirə olunub.
Xəbər lenti
Hamısına baxSiyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43
Dünya
30 İyun 16:19
Dünya
30 İyun 15:48
Xəbər lenti
30 İyun 15:44
Sosial
30 İyun 15:37
Mədəniyyət
30 İyun 15:36
Elm
30 İyun 15:35
Dünya
30 İyun 15:23
Mədəniyyət
30 İyun 15:17
Elanlar
30 İyun 14:53
Siyasət
30 İyun 14:30
Dünya
30 İyun 14:07
Dünya
30 İyun 13:42
Dünya
30 İyun 13:16
Dünya
30 İyun 12:58
Elm
30 İyun 12:42
Sosial
30 İyun 12:41
Dünya
30 İyun 12:20
Elm
30 İyun 12:09
YAP xəbərləri
30 İyun 12:04
Xəbər lenti
30 İyun 12:03
Sosial
30 İyun 12:01
Sosial
30 İyun 11:59
İqtisadiyyat
30 İyun 11:58
İqtisadiyyat
30 İyun 11:57
İqtisadiyyat
30 İyun 11:55
İqtisadiyyat
30 İyun 11:54
Dünya
30 İyun 11:53
Dünya
30 İyun 11:51
Gündəm
30 İyun 11:45
Gündəm
30 İyun 11:17
Siyasət
30 İyun 11:05
Elm
30 İyun 10:59
Sosial
30 İyun 10:58
İdman
30 İyun 10:53
Siyasət
30 İyun 10:52
Gündəm
30 İyun 10:32
Gündəm
30 İyun 10:29
Ədəbiyyat
30 İyun 09:55
Xəbər lenti
30 İyun 09:55
Analitik
30 İyun 09:32
Analitik
30 İyun 09:16
Sosial
30 İyun 08:54
Sosial
30 İyun 08:30
İqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | 3 | 4 | |||
| 5 | 6 | 7 | 8 | 9 | 10 | 11 |
| 12 | 13 | 14 | 15 | 16 | 17 | 18 |
| 19 | 20 | 21 | 22 | 23 | 24 | 25 |
| 26 | 27 | 28 | 29 | 30 | 31 |

