/ / Hikmət Babaoğlu: Bəzi qüvvələr informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirirlər
Hikmət Babaoğlu: Bəzi qüvvələr informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirirlər
22.12.2018 [10:49]
Müasir beynəlxalq münasibətlər sistemində informasiya müharibəsi yumşaq güc vasitələri ilə aparılan ən səmərəli müharibə formalarından biridir. Bəzi dövlətlər informasiyanı təzyiq vasitəsi, bəzi dövlətlər şantaj kimi, bəzi dövlətlər isə idarəetmə rıçaqı olaraq görür və öz maraqları üçün bundan istifadə edirlər. Transmilli media da bu qəbildən olan beynəlxalq təzyiq vasitələrindən biridir. Adətən belə media vasitələrində milli dövlətlərin liderləri, onların ailə üzvləri, yaxınları və siyasi komandasına daxil olan şəxslər haqqında əsası olmayan informasiyalar yaymaqla bir növ həmin dövlətə təzyiq etməyə çalışırlar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
Deputat qeyd edib ki, Azərbaycana münasibətdə də belə hallar istisna deyil. Müxtəlif vaxtlarda bu tipli metodlarla bəzi informasiya hücumları təşkil olunub və bu, həmişə Azərbaycanın müstəqil siyasət yürütməsi və milli maraqlarını qətiyyətlə müdafiə etməsi ilə bağlı olub. Elə dekabrın 21-də Böyük Britaniyanın “The Guardian” nəşrində Azərbaycan Respublikası Prezidentinin ailə üzvləri ilə bağlı iftira və böhtan xarakterli materialın verilməsi də növbəti bu cür çirkin addımlardan biridir. Məsələ burasındadır ki, hazırda olduqca mürəkkəb bir tarixi mərhələdən keçirik və yaşadığımız geostrateji rayonda mürəkkəb qlobal siyasi oyunlar davam edir. Belə məsuliyyətli və gərgin dövrdə Azərbaycan Prezidenti daim milli maraqlardan çıxış edərək olduqca mühüm qərarlar qəbul edir və bu qərarlar qonşu, dost ölkələrin maraqları ilə uzlaşır. Hər kəsə bəllidir ki, bu gün Azərbaycanın şimal, cənub və qərb qonşuları Yaxın Şərq məsələsində sinxron hərəkət etməklə qlobal imperializmi böyük və dağıdıcı layihələrində kardinal dəyişikliklərə məcbur edirlər. Bu mühüm siyasi prosesdə Azərbaycan milli və regional maraqlardan çıxış etməklə mənsub olduğumuz siyasi coğrafiyada idarəolunan xaos nəzəriyyəsinin tətbiq olunması siyasətini dəstəkləmədi. Eyni zamanda, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ probleminin həllində prinsipial mövqe nümayiş etdirməklə nə iqtisadi, nə də kommunikasiya sahəsində üstüörtülü şəkildə işğalçı ölkəni himayə edən güc mərkəzlərinə güzəştə getmədi. Tam əksinə, regionu diplomatiya mərkəzinə çevrilməklə, öz ətrafına strateji tərəfdaşlar toplayaraq yeni siyasi, iqtisadi reallıqlar yaratmaqla Ermənistanı küncə sıxışdırır. Bütün bunların hamısı Azərbaycanın regionun ən müstəqil siyasi aktoru olduğunu bir daha sübut edir.
Deputatın fikrincə, belə mövqe bəzi qlobal güc mərkəzlərini narahat edir. Ona görə də bu cür mərkəzlər tərəfindən informasiya gücü vasitəsilə siyasi təzyiq metodları həyata keçirilir ki, bu da ölkəmizə münasibətdə əsla təsirli ola bilməz. Çünki dərc edilənlər yalan və uydurmalara əsaslanır və konkret çirkin məqsədlərə hesablanıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

