Ölkənin efir məkanı dövlətin həm güzgüsü, həm də təbliğat maşını olmalıdır
31.10.2009 [11:28]
Milli-mənəvi dəyərlər, ideologiya, mentalitet, eyni zamanda, ədəbi-mədəni münasibətlər hər bir xalqın sosial-siyasi vahid kimi tarix səhnəsində qalmasına, inkişaf etməsinə təsir edən və təkan verən amillər hesab olunur. Müasir dövrdə xüsusilə, qloballaşmanın geniş vüsət aldığı bir zamanda bu amillərin rolu böyük əhəmiyyət kəsb edir. Bunlar vahid siyasi, iqtisadi, sosial məkanın yaradılmasına, həmçinin, mədəni və mənəvi sferaya da öz təsirini göstərir. Bu baxımdan, milli dövlətin, millətin qorunub saxlanılmasında yuxarıda söylənilən amillərin rolu bir daha önə çıxır...
Eyni zamanda, hazırkı məqamda - elmi-texnoloji inkişafın yüksək templi olması, İKT-nin və kosmik sənayenin formalaşması konkret olaraq göstərilən sahələrdə dövlətlərin mükəmməl şəkildə müdafiə olunmasına geniş imkanlar açır. Burada isə əsas vəzifə radio və televiziyaların, digər tərəfdən yazılı və elektron kütləvi informasiya vasitələrinin üzərinə düşür. Bu mənada Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin “Azərbaycan” qəzetinin 02.10.2009 tarixli “Azərbaycanın efir məkanı: problemlər və vəzifələr” məqaləsi xüsusi əhəmiyyət kəsb edir. Hörmətli akademikin həmin məqaləsində Azərbaycan televiziyasının və radiosunun problemləri göstərilib, çıxış yolları və vəzifələr isə elmi şəkildə təhlil edilərək ortaya qoyulub...
Bu bir həqiqətdir ki, mətbuatın inkişafı, bu sahədə azadlığın təmin olunması kimi məsələlər birbaşa dövlətin vəzifələri sırasındadır. Qeyd edək ki, Azərbaycan hökumətinin bu istiqamətdə atdığı addımlar KİV-in inkişafı baxımından kifayət qədər səmərəli hesab oluna bilər. ümummilli lider Heydər Əliyev bir çox problemləri aradan qaldıraraq Azərbaycan KİV-ni yenidən dirçəltdi, onun azad və müstəqil fəaliyyəti yoluna işıq saldı. KİV-in azad fəaliyyətinə əngəl yaradan süni maneələrin, o cümlədən, senzuranın aradan qaldırılması, qanunvericiliyin təkmilləşdirilməsi və müasir dünya standartlarına uyğunlaşdırılması, kütləvi informasiya vasitələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, onlar üçün çoxsaylı güzəştlərin müəyyənləşdirilməsi, bu istiqamətdə imzalanmış bir sıra fərman və sərəncamlar ümummilli lider Heydər Əliyevin azad sözə və onun daşıyıcılarına münasibətini səciyyələndirən əyani sübutdur. Fərəhverici haldır ki, indi bu ənənələr Ulu öndərin siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısı İlham Əliyev mətbuatın inkişafını dövlətin başlıca prioriteti kimi elan edib və fəaliyyətində bu nüansa xüsusi diqqət ayırır. Prezident İlham Əliyev böyük humanistlik göstərərək qəzetlərin “Azərbaycan” nəşriyyatına borclarının dövlət büdcəsi hesabına ödənilməsi qərarını qəbul edib. Azərbaycan Milli Mətbuatının yaradılmasının 130 illik yubileyi münasibətilə ölkənin onlarla jurnalistini ali dövlət mükafatları ilə təltif edib, kütləvi informasiya vasitələrinə maddi yardımlar olunub.
Dövlət başçısının Fərmanı ilə KİV-in İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıb və bu qurum artıq KİV-lərin təqdim etdiyi layihələrin maliyyələşməsinə start verib. Bütün bu kimi tədbirlərin nəticəsi olaraq, bu gün Azərbaycan KİV-lərin kəmiyyətinə görə, MDB və Şərqi Avropa ölkələri arasında lider mövqelərdən birini tutur. Bu gün Azərbaycanda 4 minə yaxın KİV müvafiq dövlət orqanında qeydiyyatdan keçib. ölkədə yüzlərlə qəzet, jurnal, informasiya agentliyi, 11 radio kanalı, 8 ümumrespublika, 14 regional və 13 kabel televiziya kanalı fəaliyyət göstərir...
Amma təəssüf doğurucu haldır ki, bu gün Azərbaycanın efir məkanında aparıcı, peşəkar jurnalist problemi var. Akademik Ramiz Mehdiyev məqaləsində bu məsələnin də üzərində dayanıb və bu problemin aradan qaldırılmasının yollarını göstərib...
Əlbəttə ki, dövlətimizin inkişaf etdiyi bir vaxtda telekanallarda da nümayiş etdirilən verilişlər, proqramlar bu tərəqqinin səviyyəsinə uyğun olmalıdır. Əgər verilişlər insanların mənəvi cəhətdən kasadlaşmasına, düşüncə tərzinə mənfi təsir göstərirsə, o zaman bu prosesin qarşısı alınmalıdır. çünki, müasir dövrdə inteqrasiya, mədəniləşmə böyük intellektual qabiliyyət tələb edir...
Akademik Ramiz Mehdiyev yazır ki, Azərbaycanda kütləvi informasiya vasitələrinin, xüsusilə, televiziya və radio kanallarının inkişaf tarixi göstərir ki, onlar Azərbaycan ədəbi dilinin yaranması və inkişafında, xalqımızın maariflənməsində, mədəniyyətimizin, milli-mənəvi dəyərlərimizin təbliğində, dünya azərbaycanlılarının birliyi və həmrəyliyi ideyalarının yayılmasında əvəzsiz rol oynayıblar. Bundan başqa, ölkədə gedən ictimai-siyasi, iqtisadi və mədəni quruculuq prosesləri, dövlət siyasətinin mahiyyətinin xalqa çatdırılması, cəmiyyətin aktual problemlərinin müzakirəsi, günün nəbzinə uyğun verilişlər hazırlanması da televiziya və radio üçün daim prioritet istiqamətlər olublar.
Təbii ki, ölkənin efir məkanı dövlətin həm güzgüsü, həm də təbliğat maşını olmalıdır. Efir məkanının bu baxımdan vəzifəsi çoxşaxəlidir və burada öncül yeri ideologiya tutur...
Qeyd edim ki, orta əsrlərə qədər güc, işğal yolu ilə yaranmış dövlətlərin, imperiyaların tez bir zamanda dağılması məhz ideologiyanın olmamasından, digər tərəfdən, işğal, əsarət altında olan xalqların assimilyasiya olunub-olunmaması da məhz, ideoloji, mili-mənəvi dəyərlərin möhkəmliyindən asılı olub... İqtisadi, siyasi, sosial, hətta, hərbi cəhətdən güclü olan dövlət ideologiyasız başsız insana oxşayacaq...
Hələ 1990-cı illərin əvvəllərində yenicə müstəqillik əldə etmiş Azərbaycanda yaranmış ideoloji boşluq tez bir zamanda ölkənin parçalanmasına gətirib çıxarmışdı. Amma 1993-cü ildə xalqın təkidi ilə hakimiyyətə gələn ümummilli lider Heydər Əliyev “Azərbaycançılıq və vahid Azərbaycan” ideologiyasını ortaya qoymaqla, cəmiyyəti bütövləşdirdi, dövləti hərtərəfli inkişaf yoluna çıxartdı...
Bu gün də Azərbaycan hərtərəfli şəkildə inkişaf edir, modernləşir. Və bu tərəqqinin davamlı, dinamik olması üçün güclü ideoloji müstəvi, platforma lazımdır. Bu vəzifəni isə qeyd etdiyimiz kimi, ölkəmizin efir məkanı yerinə yetirməlidir...
Təəssüflər olsun ki, hazırda Azərbaycanın efir məkanı göstərilən vəzifələrin öhdəsindən layiqincə gəlmir. Bütövlükdə, 8 ümumrespublika telekanalının gün ərzində yayımladıqları verilişlər dünya miqyasında göstərilir. Amma bu verilişlərin 30-40 faizi bayağı şoulardan, “müğənnilərin” süni olaraq yaratdıqları qalmaqallardan ibarət olur. Bunların isə dünya səviyyəsində yayılması millətin səviyyəsini ortaya qoymuş olur. Əlbəttə ki, bu verilişlər Azərbaycan xalqının səviyyəsinin deyil, məhz, telekanal rəhbərlərinin biznes maraqlarının göstəricisidir. Bu, məsələnin bir tərəfidir...
Digər tərəfdən, efir məkanında ideoloqların da çatışmazlıqlarının olması öz sözünü deyir. Yəni, cəmiyyəti maraqlandıran, insanları düşündürməyə məcbur edən, milli-mənəvi dəyərlərimizi ailə, cəmiyyət daxilinə möhkəmləndirilməsində mühüm rol oynaya biləcək verilişlər ortaya qoyulmur. Sadəcə olaraq, telekanalların rəhbərləri “sosial sifariş”, “tələb” kimi saxta bəhanələri ortaya atmaqla bir növ özlərinin məsuliyyətsizliklərini ört-basdır etməyə çalışırlar. Hansısa tariximizdən, milli adət-ənənəmizdən, mentalitetimizdən xəbəri olmayan birinin efirə çıxarılması, onun bədən quruluşunun, ədəbsiz hərəkətlərinin və nalayiq sözlərinin 9 milyonluq (hələ dünya ictimaiyyətini demirəm) auditoriyaya ötürülməsi gec-tez mənfi təsirini göstərəcək. Əgər bir neçə onilliklər öncə uşaqlar ədəbiyyat nümayəndəsi, teatrşünas, kosmonavt və s. olmaq istəyirdilərsə, indi “müğənniliyə” həvəs göstərirlər. Bu, ilkin işartılardır ki, artıq həyəcan siqnalı akademik Ramiz Mehdiyev tərəfindən çalındı. Bundan sonrası isə artıq ictimaiyyətin üzərinə düşür. Bu da ikincisi...
Amma hər bir halda biznes maraqlarının milli mənafelərdən üstün tutulması cəmiyyətdə bir çox ciddi sarsıntılara gətirib çıxara bilər:
- Cəmiyyətin bütün sahələrdə passivlik nümayiş etdirməsinə “stimul” olacaq ideoloji boşluq yarana;
- İnsanlar milli-mənəvi dəyərlərdən uzaqlaşaraq ideoloji boşluğa düşə və cəmiyyətdə deqradasiya prosesləri yarana;
- İdeoloji aclığı olan həssas cəmiyyət müxtəlif yönə inteqrasiya və ya oriyentasiya etməyə meyilli ola bilər və s.
Bu məsələlər əlbəttə ki, müharibə şəraitində yaşayan Azərbaycan üçün daha aktualdır. Məhz, bu cür problemlərin vaxtında akademik Ramiz Mehdiyev tərəfindən ortaya qoyulması və çıxış yollarının göstərilməsi mənfi tendensiyalardan yan keçməyi gündəmə gətirmiş olur...
Akademik Ramiz Mehdiyev məqaləsində həmçinin, gənclərin milli-vətənpərvərlik ruhunda tərbiyə olunması məsələsini də qabardıb. Ermənistanın Azərbaycanın 20 faiz torpaqlarını işğal etdiyi, xüsusilə də, bəzi qüvvələrin işğalçı dövlətin mövqelərini möhkəmləndirdiyi bir vaxtda efir məkanının vəzifəsi, işi daha məsuliyyətli olmalıdır. Burada informasiya müharibəsinin aparılması, milli-vətənpərvərlik ruhunun yüksəldilməsi, auditoriyanın obyektiv informasiya ilə təminatı ilkin vəzifələr kimi ortaya çıxır...
Söylənilənləri ümumiləşdirərək belə bir nəticə çıxarmaq olar ki, ölkənin efir məkanın əsas vəzifəsi cəmiyyətdə ideoloji boşluğu aradan qaldırmaq, insanların siyasi şüur və siyasi mədəniyyətini yüksəltmək, vətəndaş cəmiyyətinin formalaşmasına özünəməxsus yardım göstərmək, informasiya müharibəsində “vuran əl” olmaq kimi bir çox vəzifələrin öhdəsindən gəlməkdir.
Bilman VƏLİYEV,
YAP Abşeron rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
