Erməni lobbisi Sərkisyan rejimini devirmək istəyir
29.10.2009 [10:05]
Ermənistanda daxili-siyasi vəziyyət yenidən gərginləşib. Budəfəki hadisələrin də mərkəzində Serj Sərkisyan rejimi dayanır. Lakin gərginləşmənin səbəbi bir qədər fərqlidir. Daha doğrusu, işğalçı ölkədə daxili proseslərin mənfi istiqamətdə cərəyan etməsinə təsir edən xarici faktorlardır. Belə ki, bu vaxta qədər xaricdən dilənib-topladığı paralar hesabına Ermənistan hakimiyyətini və işğalçı ölkəni saxlayan erməni lobbisi Sərkisyan rejimindən incik düşüb. Bu incikliyin əsas səbəbi olaraq, Türkiyə ilə Ermənistan arasında Sürixdə imzalanan əməkdaşlıq protokolu göstərilir. Erməni lobbisi həmin protokola imza atılmasını “erməni davasından” imtina edilməsi kimi qələmə verir. Təbii ki, söhbət, uzun illər Türkiyəyə qarşı təzyiq vasitəsi rolunu oynayan, eyni zamanda, ermənilərin yer üzündə ən fağır, məzlum və əzilmiş xalq kimi qələmə verilməsinə imkan yaradan qondarma “erməni soyqırımı” iddiasından gedir.
Erməni lobbisinin təmsilçiləri bu qənaətdədirlər ki, protokolda Türkiyə ilə Ermənistan arasında ortaq komissiyanın yaradılmasına dair bəndin əks olunması Sərkisyan rejiminin erməni xalqına qarşı xəyanətidir. Yəni, guya bu komissiyanın fəaliyyətə başlaması nəticəsində Türkiyəyə qarşı qondarma “erməni soyqırımı” iddialarından imtina edilə bilər. Əlbəttə, bu erməni lobbisinin iddiasıdır və proseslərin hansı şəkildə inkişaf edəcəyini tarix göstərəcək. Lakin indiki halda görünən odur ki, erməni lobbisi Sərkisyan rejimini Türkiyə ilə əməkdaşlıqdan çəkindirmək üçün hər şeyə əl atmağa hazırdır. Və artıq bu istiqamətdə ilkin addımlar atılmaqdadır. Bəzi müşahidəçilərin qənaətinə görə, Sərkisyan rejiminin devrilə biləcəyinə dair informasiyaların dövriyyəyə buraxılması lobbinin hakim komandaya son xəbərdarlığı kimi dəyərləndirilə bilər.
Hər halda erməni politoloqlarının son açıqlamaları da belə deməyə əsas verir. Məsələn, Ermənistandakı Qafqaz İnstitutunun direktoru Aleksandr İskəndəryan deyib ki, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması istiqamətində atılan addımlar Ermənistanın daxilində gərginliyə yol açıb. O, bu prosesin mənfi sonluqla bitə biləcəyinə işarə edib.
Erməni təhlilçi Andranik Tevanyan isə daha da irəli gedib. Onun sözlərinə görə, Sərkisyan rejiminin Dağlıq Qarabağla bağlı siyasəti çevrilişlə nəticələnə bilər: “Prezident Serj Sərkisyan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövcud siyasətini davam etdirsə, o zaman ölkədə çevriliş baş verə bilər. Bu zaman isə hərbçilər prosesdə daha fəal rol oynayacaq”.
Beləliklə, yuxarıda da qeyd edildiyi kimi, erməni politoloqlarının son açıqlamaları lobbinin mövcud Ermənistan hakimiyyətinə ünvanladığı xəbərdarlıq rolunu oynaya bilər. Daha dəqiq desək, bununla Sərkisyan rejminə “Dağlıq Qarabağ münaqişəsi və Türkiyə-Ermənistan münasibətləri lobbinin maraq dairəsində olan məsələlərdir. Bu məsələlərlə bağlı təkbaşına addımın atılması mənfi nəticələr verəcək” şəklində mesaj ünvanlamış olub. Bir sözlə, hazırda erməni lobbisi ilə Sərkisyan rejimi arasında gedən mübarizənin mahiyyətində heç də Ermənistanın dirçəldilməsi istəyi dayanmır.
Əksinə, bütün bu sadalananlar ortaya bir reallığı çıxarır. Həmin reallıq Ermənistan dövlətinin və sadə ermənilərin işğalçılıq siyasətinin girovuna çevrilməsindən ibarətdir. Bəli, bu gün qəti şəkildə bunu demək mümkündür ki, Ermənistan və sadə ermənilər bu siyasətin girovudur. Bu girovluq davam etdikcə və rəsmi İrəvan işğalçılıq siyasətindən əl çəkmədikcə, Ermənistan daha da acınacaqlı duruma düşəcək.
Yeri gəlmişkən, Ermənistanda böhranın təsirlərinin dərinləşməsini göstərən daha bir fakt bu ölkədə cinayətkarlıq hallarının durmadan artması ilə bağlıdır. Ermənistanın Daxili İşlər Nazirliyinin məlumatına görə, bu ilin 9 ayı ərzində işğalçı ölkədə qeydə alınan cinayət hadisələrinin sayı 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə artıb. özü də bu artım bütün sferaları əhatə etməkdədir. Məsələn, hesabat dövründə iqtisadi cinayətkarlıqla bağlı 652 fakt qeydə alınıb ki, bu da 2008-ci ilin müvafiq dövri ilə müqayisədə (313) çoxdur. Əgər ötən il korrupsiya ilə bağlı 288 fakt qeydə alınmışdısa, bu il onların sayı 3990-a çatıb. 2008-ci ilin 9 ayı ərzində Ermənistanda narkotik maddələrin daşınması və istifadə olunmasına dair 549 cinayət hadisəsi qeydə alındığı halda 2009-cu ilin 9 ayı ərzində bu istiqamətdəki cinayət hadisələrinin sayı 826-ya çatıb. Məsələnin maraqlı tərəfi isə bu hadisələrin təxminən yarısının, daha doğrusu, 448-nin paytaxt İrəvanda qeydə alınması ilə bağlıdır. Bu isə Ermənistan paytaxtının kriminal elementlərin at oynatdığı narkocinayətkarlıq mərkəzinə çevrildiyinə işarə edir.
Nadir AZƏRİ
Xəbər lenti
Hamısına baxDünya
10 Oktyabr 22:39
Maraqlı
10 Oktyabr 21:25
Dünya
10 Oktyabr 20:18
Maraqlı
10 Oktyabr 19:32
Dünya
10 Oktyabr 18:26
Dünya
10 Oktyabr 17:41
Siyasət
10 Oktyabr 17:34
Gündəm
10 Oktyabr 16:34
Dünya
10 Oktyabr 16:22
Gündəm
10 Oktyabr 16:12
Gündəm
10 Oktyabr 16:03
Dünya
10 Oktyabr 15:30
Dünya
10 Oktyabr 14:19
Siyasət
10 Oktyabr 14:08
Gündəm
10 Oktyabr 13:35
Siyasət
10 Oktyabr 12:50
Siyasət
10 Oktyabr 12:25
İqtisadiyyat
10 Oktyabr 11:42
Siyasət
10 Oktyabr 11:16
İqtisadiyyat
10 Oktyabr 10:58
Analitik
10 Oktyabr 10:22
Gündəm
10 Oktyabr 10:06
Sosial
10 Oktyabr 09:45
Gündəm
10 Oktyabr 09:39
Sosial
10 Oktyabr 09:17
Ədəbiyyat
10 Oktyabr 08:51
Ədəbiyyat
10 Oktyabr 08:35
Gündəm
10 Oktyabr 08:12
Siyasət
10 Oktyabr 07:42
Dünya
09 Oktyabr 23:52
Dünya
09 Oktyabr 23:40
İqtisadiyyat
09 Oktyabr 23:37
Dünya
09 Oktyabr 23:25
İqtisadiyyat
09 Oktyabr 23:15
Dünya
09 Oktyabr 21:38
Dünya
09 Oktyabr 20:25
Elm
09 Oktyabr 20:03
Dünya
09 Oktyabr 20:01
Dünya
09 Oktyabr 19:58
Dünya
09 Oktyabr 18:45
Sosial
09 Oktyabr 18:31
Dünya
09 Oktyabr 18:19
Dünya
09 Oktyabr 17:52
Daxili siyasət
09 Oktyabr 17:22
Xəbər lenti
09 Oktyabr 17:05
Dünya
09 Oktyabr 16:52
Dünya
09 Oktyabr 16:36
YAP xəbərləri
09 Oktyabr 16:33
Siyasət
09 Oktyabr 16:31
Siyasət
09 Oktyabr 16:23
Siyasət
09 Oktyabr 16:22
Siyasət
09 Oktyabr 16:20
Siyasət
09 Oktyabr 16:19
Gündəm
09 Oktyabr 16:00
Gündəm
09 Oktyabr 15:39
YAP xəbərləri
09 Oktyabr 15:21
Sosial
09 Oktyabr 15:14
Dünya
09 Oktyabr 15:08
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:05
Siyasət
09 Oktyabr 15:04
Xarici siyasət
09 Oktyabr 15:04
Sosial
09 Oktyabr 14:59
Gündəm
09 Oktyabr 13:47
Siyasət
09 Oktyabr 13:39
Siyasət
09 Oktyabr 12:56
Gündəm
09 Oktyabr 12:52
YAP xəbərləri
09 Oktyabr 12:27
Siyasət
09 Oktyabr 12:19
Sosial
09 Oktyabr 11:47

