/ / Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin üçtərəfli görüşünün yekunlarına dair protokol imzalanıb
Azərbaycanın müdafiə nazirinin, Türkiyənin və Gürcüstanın Baş Qərargah rəislərinin üçtərəfli görüşünün yekunlarına dair protokol imzalanıb
22.11.2018 [09:14]
Noyabrın 21-də Azərbaycanın müdafiə nazirinin, Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin Bakıda keçirilən üçtərəfli görüşünün yekunlarına dair birgə protokol imzalanıb.
AZƏRTAC xəbər verir ki, sənədi Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Türkiyə Respublikasının Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler və Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia imzalayıblar.
İmzalanma mərasimindən sonra kütləvi informasiya vasitələrinin nümayəndələri üçün brifinq təşkil olunub.
Bakıda Azərbaycan, Türkiyə və Gürcüstan ordu rəhbərlərinin görüşünün üç qardaş ölkənin dövlət başçılarının tapşırığı ilə təşkil olunduğunu bildirən Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Zakir Həsənov toplantıda regiondakı hərbi-siyasi vəziyyətin müzakirə edildiyini vurğulayaraq deyib: “Bu görüş üç qardaş ölkə arasında əməkdaşlığın strateji səviyyədə olmasını təsdiq edir. Görüşün məqsədi üç dövlətin regionda həyata keçirdiyi strateji, iqtisadi layihələrin təhlükəsizliyinin təmin edilməsinə, bölgədə sülhün və sabitliyin qorunmasına dəstək verməkdir”.
Z.Həsənov qeyd edib ki, görüşdə işçi qrupunun bir neçə il ərzindəki fəaliyyətinin yekunlarına dair hesabat məruzəsi dinlənilib, gələn il üçün tədbirlər planı təsdiqlənib. Tədbirdə dövlətlərin ərazi bütövlüyünün, sərhədlərin toxunulmazlığının vacibliyi bir daha bəyan edilib. Üçtərəfli formatda hər üç ölkənin ordularının əməkdaşlığının inkişafının, hərbi, hərbi təhsil, hərbi tibb və digər sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin əhəmiyyəti qeyd olunub. İqtisadi layihələrin təhlükəsizliyinin təmin olunması baxımından üçtərəfli komanda qərargah təlimlərinin davamlı təşkilinə dair fikir mübadiləsi aparılıb. Hazırda bu təlimlər Türkiyə ərazisində keçirilir. İclasda növbəti üçtərəfli görüşün Türkiyənin təklifi əsasında bu ölkədə keçirilməsi qərara alınıb.
Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-mayor Vladimer Çaçibaia qeyd edib ki, Azərbaycan-Türkiyə-Gürcüstan əməkdaşlığı regionda sabitliyin təmin olunmasına mühüm töhfə verir.
Gürcüstanın üçtərəfli birgə hərbi təlimlərdə fəal iştirak edəcəyini deyən V.Çaçibaia bildirib ki, bu təlimlər hərbi qulluqçularımız arasında təcrübə mübadiləsi baxımından xüsusi əhəmiyyətə malikdir. Eyni zamanda, hərbi təhsil və digər sahələrdə də fəal əməkdaşlıq edəcəyik. Regionda təhdidlərin artmasının müşahidə olunduğunu vurğulayan Gürcüstan Silahlı Qüvvələrinin Baş Qərargah rəisi qeyd edib ki, səylərimizi birləşdirərək bu təhlükələri aradan qaldıra bilərik. Azərbaycan və Türkiyə hər zaman Gürcüstanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyib, çətin günlərimizdə yanımızda olub. Biz bunu daim xatırlayırıq.
Türkiyə Respublikası Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Yaşar Güler isə deyib ki, Azərbaycan, Türkiyə və Gürcüstan arasında üçtərəfli formatda əməkdaşlığın inkişafı bizi son dərəcə məmnun edir.
Azərbaycan müdafiə nazirinin, Türkiyə və Gürcüstan Silahlı Qüvvələri Baş Qərargah rəislərinin üçüncü üçtərəfli görüşünün Bakıda yüksək səviyyədə təşkilinə görə minnətdarlığını bildirən Y.Güler deyib: “Görüşdə bölgədə və dünyada sülhün, sabitliyin təmin olunmasının mühüm əhəmiyyət daşıdığı bu günlərdə, yaxın regionda baş verən proseslərlə bağlı ətraflı fikir mübadiləsi apardıq. Toplantıdakı müzakirələrimizdə, eləcə də ikitərəfli görüşlərimizdə dost və qardaş ölkələrimizin mövqelərinin bir-birinə yaxın olduğu bir daha vurğulandı. Xüsusilə, regional təhlükəsizlik, qarşılıqlı əməkdaşlıq, mövcud problemlərin sülh yolu ilə həlli, ölkələrin beynəlxalq hüquq əsasında ərazi bütövlüyünün qorunması məsələlərində Türkiyə, Azərbaycan və Gürcüstan olaraq eyni mövqedəyik”.
Ordu generalı Y.Güler bildirib ki, 2015-ci ildə Türkiyədə keçirilən ilk görüşdən sonra dost və qardaş ölkələrimiz arasında başlayan və gündən-günə güclənən üçtərəfli əməkdaşlıq bu gün uğurla davam etdirilir. Qonaq növbəti - dördüncü üçtərəfli görüşün Türkiyədə keçiriləcəyini bildirib, xoş arzularını diqqətə çatdırıb.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
29 İyun 23:49
İqtisadiyyat
29 İyun 23:34
Dünya
29 İyun 23:17
İqtisadiyyat
29 İyun 22:50
Dünya
29 İyun 22:28
Dünya
29 İyun 22:10
Sosial
29 İyun 21:45
Dünya
29 İyun 21:32
Dünya
29 İyun 21:19
Sosial
29 İyun 20:43
Dünya
29 İyun 20:30
Dünya
29 İyun 20:16
Siyasət
29 İyun 19:58
Xəbər lenti
29 İyun 19:57
Gündəm
29 İyun 19:24
Sosial
29 İyun 19:21
Müsahibə
29 İyun 19:05
İqtisadiyyat
29 İyun 18:34
Xəbər lenti
29 İyun 18:03
Siyasət
29 İyun 17:59
Sosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29

