“Egemen Qazaxıstan” qəzeti Azərbaycanın Baş naziri Novruz Məmmədovun müsahibəsini dərc edib
02.11.2018 [09:38]
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədovun “Egemen Qazaxıstan” qəzetində müsahibəsi dərc olunub.
Baş nazir Novruz Məmmədov müsahibəsində bildirib ki, MDB-nin iştirakçı dövləti olan Azərbaycan təşkilat çərçivəsində müxtəlif sahələrdə, xüsusən humanitar sahədə əməkdaşlığın inkişafına böyük önəm verir. Mədəniyyət, elm, idman və digər sahələr üzrə həyata keçirilən çoxtərəfli əməkdaşlıq ölkəmiz üçün mühüm əhəmiyyət kəsb edir. Müstəqil Dövlətlər Birliyi regional və beynəlxalq məsələlərin müzakirəsi üçün əlverişli əməkdaşlıq platforması olmaqla bərabər, cinayətkarlığa və müasir təhdidlərə qarşı tədbirlərin həyata keçirilməsinə də öz töhfəsini verməkdədir. MDB Hökumət Başçıları Şurasının Qazaxıstanda nəzərdə tutulan növbəti iclasında üzv ölkələr arasında bir sıra məsələlərin, o cümlədən iqtisadi, maliyyə və humanitar məsələlərin müzakirəsi Azərbaycan üçün də mühüm əhəmiyyət daşıyır.
Müsahibədə qardaş Qazaxıstana səfərin, həmçinin bu ölkə ilə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə, əməkdaşlıq imkanlarının genişlənməsinə öz töhfəsini verəcəyi qeyd edilib.
Novruz Məmmədov Azərbaycanı və Qazaxıstanı tarixi dostluq-qardaşlıq tellərinin bağladığını, ortaq soy-kök, ortaq mədəni və mənəvi amillərin önəm kəsb etdiyini bildirib. Qeyd edilib ki, Azərbaycanla Qazaxıstan həm də strateji tərəfdaşdırlar. Bizim ölkələrin liderləri, Ulu öndər Heydər Əliyevlə Nursultan Nazarbayev hələ sovet dövründən iki dost, qardaş xalqın rəhbərləri kimi sıx əməkdaşlıq şəraitində çalışıblar. Bu dostluq, qardaşlıq ənənəsi müstəqillik illərində daha da inkişaf etdirilib. Azərbaycan Prezidenti İlham Əliyev də Qazaxıstanla ikitərəfli faydalı əməkdaşlığı xarici siyasətimizin prioritetləri sırasında hər zaman vurğulayıb.
Müsahibədə diqqətə çatdırılıb ki, Qazaxıstanın xüsusən Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasında Azərbaycanın ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinə əsaslanan haqlı mövqeyinə ikitərəfli və çoxtərəfli müstəvilərdə dəstəyi dövlətimiz tərəfindən yüksək qiymətləndirilir.
Daha sonra bildirilib ki, Azərbaycan və Qazaxıstan Çindən Avropaya qədər uzanan beynəlxalq nəqliyyat dəhlizinin üzərində yerləşir. Hər iki ölkənin marağı bu tranzit xəttin imkanlarından maksimum faydalanmaqdır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Qazaxıstanın qərb və şərq sərhədlərini birləşdirən dəmir yolu xətləri və Kurık dəniz limanı ölkələrimizin tranzit potensialının daha da artırılmasına xidmət edir. Artıq biz Çin-Avropa istiqamətində region ərazisindən yük daşımalarının artdığını görürük. İnanırıq ki, ölkələrimiz arasında mövcud olan bu regional əməkdaşlıq modeli gələcəkdə daha da genişləndirilərək qlobal miqyasda öz töhfəsini verəcək.
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının 7-ci Zirvə görüşünün 2019-cu ildə Azərbaycanda keçiriləcəyini söyləyən Baş nazir bu tarixin, həmçinin Naxçıvan Sazişinin imzalanmasının 10-cu ildönümünə təsadüf edəcəyini bildirib. Vurğulayıb ki, Zirvə görüşünün yüksək səviyyədə keçirilməsi üçün Azərbaycan hökuməti bütün səylərini göstərəcəkdir. “İnanıram ki, qardaş ölkələrimiz arasındakı bağlar gələcəkdə bu təşkilat çərçivəsində daha da möhkəmlənəcək, xalqlarımızın taleyi və mənafeyi naminə əhəmiyyətli addımlar atılacaq”, - deyə Baş nazir Novruz Məmmədov söyləyib.
Müsahibədə Xəzərin hüquqi statusu ilə bağlı Xəzəryanı dövlət başçılarının imzaladığı Konvensiyadan, Beynəlxalq Türk Akademiyası və digər təşkilatların fəaliyyətindən, iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın prioritet istiqamətlərindən geniş bəhs edilib.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

