Ermənistan hakimiyyəti və diasporu qarşı-qarşıya
27.10.2009 [09:13]
Artıq bir neçə müddətdir ki, Ermənistan hakimiyyəti ilə xaricdə yaşayan erməni diasporu arasında kəskin şəkildə təzahür edən gərginlik yaşanmaqdadır. Xüsusilə, diasporun qarşı çıxmasına rəğmən Türkiyə ilə Ermənistan arasında protokolların imzalanması ölkə xaricindəki erməniləri hiddətləndirib. Bir neçə il bundan əvvəlki münasibətlərdən fərqli olaraq, artıq nə Ermənistan hakimiyyəti erməni diasporunun iqtisadi-siyasi dəstəyinə arxalanır, nə də ki, erməni diasporu mövcud hakimiyyəti ciddi şəkildə müdafiə edir. Qısacası, diaspor-hakimiyyət tandeminin əməkdaşlığı köklü surətdə sarsılmaqda və münasibətlər düzənsiz-xaotik müstəviyə qədəm qoymaqdadır. Erməni diasporunun qənaətincə, Serj Sərkisyan hakimiyyətinin son zamanlar tutduğu mövqe və sərgilədiyi fəaliyyət ermənilərin milli maraqlarına zərbə endirməklə yanaşı, ölkəni iti və iri addımlarla uçuruma doğru sürükləməkdədir. Erməni diasporunun kəskin mövqeyi ondan ibarətdir ki, əgər Sərkisyan hakimiyyəti məhz bu cür “xəyanətkar” mövqeyini davam etdirəcəksə, bu zaman ölkədə hökm sürən iqtisadi-siyasi böhran daha da şiddətlənəcək: “Sərkisyan hakimiyyətinin atdığı addımlar Ermənistan dövləti və millətinin əleyhinə yönəlib. Bizim mövqeyimiz və tələbimiz ondan ibarətdir ki, bu hakimiyyət məhz bu cür dağıdıcı siyasətindən əl çəksin. Əks halda ölkəni çox böyük fəlakətlər gözləyir. Hətta hakimiyyətin bu mövqeyi sonda Ermənistanın parçalanmasına və tamamilə iflic durumuna düşməsinə belə gətirib çıxara bilər...”
Göründüyü kimi, Sərkisyan hakimiyyətinin həyata keçirdiyi siyasi-strateji kurs erməni diasporunun başlıca qınaq və təzyiq obyektinə çevrilib. Hətta iş o yerə çatıb ki, artıq diaspora Ermənistan hakimiyyətinə açıq-aşkar müxtəlif yönlü təzyiqlər edir. Belə ki, diaspor ölkəyə göndərilən maliyyə vəsaitlərinin həcmini xeyli azaldıb və müxtəlif ölkələrdə mütəmadi olaraq geniş əhatəli mitinqlər keçirir. Fransa və Livanda son bir neçə ayda keçirilmiş kəskin etiraz mitinqləri erməni diasporunun Sərkisyan hakimiyyətinə qarşı artıq “bumeranq” zərbəsinə çevrildiyini açıq-aşkar təsdiq edir. Digər tərəfdən, erməni diasporu müxtəlif ölkələrdəki media orqanlarından da Sərkisyan hakimiyyətinə qarşı “təzyiq silahı” kimi istifadə edir. Belə ki, Livanda çap olunan “Azdak” erməni qəzeti, demək olar ki, hər sayında Ermənistan hakimiyyətinin tutduğu mövqeyi və atdığı addımları kəskin şəkildə tənqid edir. Bununla yanaşı, erməni lobbisinin ən sıx olduğu ABŞ və Avropanın bir sıra ölkələrində də Sərkisyan hakimiyyətinin yeritdiyi siyasət erməni xalqı üçün bir nömrəli təhdid mənbəyi kimi qələmə verilir. Los-Ancelesdə mütəmadi olaraq həyata keçirilən izdihamlı mitinqlərdə erməni diasporunun 100 mindən çox nümayəndəsi hər dəfə “Sərkisyana yox!”, “Sərkisyanı istəmirik” kimi şüarlar səsləndirir. Eyni zamanda, mövcud hakimiyyətin siyasətinə etiraz əlaməti olaraq formalaşdırılmış “sos armeniya” hərəkatı da ətrafında hakimiyyətə qarşı on minlərlə etirazçı mövqedə duran ermənini birləşdirməkdədir.
Deyilənlərlə yanaşı, daim xarici borc və ianələrə bel bağlayan Ermənistan indi erməni diasporunun maliyyə yardımından məhrum olub. Bunun da nəticəsidir ki, ölkədəki iqtisadi böhran artıq siyasi böhrana yol açmaqdadır. ölkə iqtisadiyyatının bütün sahələri monopolist qüvvələrin inhisarındadır və vətəndaşlar faktiki olaraq yaşam mücadiləsi verirlər. İqtisadi böhranın təsirləri bütün sahələrdə kəskin çöküşə səbəb olub və bu, Ermənistan reallığının bir nömrəli göstəricisidir.
Digər tərəfdən, diasporla hakimiyyət arasında ciddi qarşıdurmanın yaranması beynəlxalq sferada da Ermənistanın saxta təbliğatına kəskin zərbə endirib. Erməni lobbisi artıq əvvəlki kimi Ermənistan hakimiyyətinin beynəlxalq aləmdəki təbliğat maşını funksiyasını yerinə yetirməkdən boyun qaçırır. İndi diaspor-hakimiyyət münasibətləri Ermənistanın özünə zərbə endirən başlıca mexanizmdir. Bu da ona işarə edir ki, işğalçı mövqe tutub, saxta təbliğat aparan cütlüyün sonu məhz bu cür fiasko ilə nəticələnir.
Nurlan VƏLİOÄžLU
Xəbər lenti
Hamısına baxDünya
30 Aprel 23:37
Dünya
30 Aprel 23:19
Dünya
30 Aprel 22:56
İqtisadiyyat
30 Aprel 22:41
İqtisadiyyat
30 Aprel 22:16
Hadisə
30 Aprel 21:56
Dünya
30 Aprel 21:54
Dünya
30 Aprel 21:38
Dünya
30 Aprel 21:20
Dünya
30 Aprel 20:48
Xəbər lenti
30 Aprel 20:32
İqtisadiyyat
30 Aprel 20:17
Dünya
30 Aprel 19:52
Dünya
30 Aprel 19:25
Dünya
30 Aprel 19:10
Xəbər lenti
30 Aprel 18:54
Dünya
30 Aprel 18:22
Dünya
30 Aprel 18:13
YAP xəbərləri
30 Aprel 18:11
Dünya
30 Aprel 17:32
Xəbər lenti
30 Aprel 17:11
YAP xəbərləri
30 Aprel 16:52
Siyasət
30 Aprel 16:49
Mədəniyyət
30 Aprel 16:40
Gündəm
30 Aprel 16:40
YAP xəbərləri
30 Aprel 16:11
İqtisadiyyat
30 Aprel 15:43
Elm
30 Aprel 15:26
Xəbər lenti
30 Aprel 15:07
Sosial
30 Aprel 14:20
Sosial
30 Aprel 14:17
Elanlar
30 Aprel 14:14
Siyasət
30 Aprel 14:13
Sosial
30 Aprel 14:13
Sosial
30 Aprel 13:58
İdman
30 Aprel 13:57
Sosial
30 Aprel 13:26
Xəbər lenti
30 Aprel 13:20
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:06
Siyasət
30 Aprel 13:05
YAP xəbərləri
30 Aprel 13:02
Gündəm
30 Aprel 12:41
Gündəm
30 Aprel 12:41
İqtisadiyyat
30 Aprel 12:24
Gündəm
30 Aprel 12:19
Gündəm
30 Aprel 11:56
Gündəm
30 Aprel 11:35
Dünya
30 Aprel 11:15
Siyasət
30 Aprel 11:13
İqtisadiyyat
30 Aprel 10:56
MEDİA
30 Aprel 10:32
Analitik
30 Aprel 10:14
Analitik
30 Aprel 09:59
Gündəm
30 Aprel 09:33
İqtisadiyyat
30 Aprel 09:15
Mədəniyyət
30 Aprel 08:51
Sosial
30 Aprel 08:38
YAP xəbərləri
29 Aprel 23:28
Dünya
29 Aprel 23:18
Dünya
29 Aprel 22:50
Dünya
29 Aprel 22:23
Dünya
29 Aprel 21:46
Dünya
29 Aprel 21:14
Sosial
29 Aprel 20:59
Dünya
29 Aprel 20:25
Siyasət
29 Aprel 20:13
Siyasət
29 Aprel 20:12
İqtisadiyyat
29 Aprel 19:53
Dünya
29 Aprel 19:32
| B | Be | Ça | Ç | Ca | C | Ş |
| 1 | 2 | |||||
| 3 | 4 | 5 | 6 | 7 | 8 | 9 |
| 10 | 11 | 12 | 13 | 14 | 15 | 16 |
| 17 | 18 | 19 | 20 | 21 | 22 | 23 |
| 24 | 25 | 26 | 27 | 28 | 29 | 30 |
| 31 |

