Milyonlarla insanın qəlbində taxt quran əfsanəvi sənətkar
24.10.2009 [10:43]
Qanlı-qadalı 40-cı illər... İkinci Dünya müharibəsinin qızğın illərində, (17 avqust 1942-ci il, Bakı şəhəri) dünyaya həyat eşqi, yaşamaq şövqü ilə göz açan körpələrdən biri də O idi. Doğru deyiblər, Allah bir qapını bağlayanda, o birini açır. Sanki ulu Tanrı qanlı-qadalı müharibədə atasının ömründən, arzularından aldıqlarını bu balaca oğlanın taleyinə yazmışdı. Azərbaycan mədəniyyətinin, incəsənətinin inkişafı, dünyada tanınması üçün çalışan kinorəssam Məhəmməd Maqomayevin yarımçıq qalan işlərini bu balaca oğlan davam etdirəcəkdi. Belə də oldu. Başqa cür mümkün də deyildi. Axı istedad onun qanında, canında idi. Maqomayevlər nəsillikcə istedadlı idilər.
Sənət sevgisi nəvə Müslümün yolunu Azərbaycan Dövlət Konservatoriyası nəzdindəki musiqi məktəbindən saldı. Musiqi sənətinin əsaslarına yiyələndiyi ilk dövrlərdə geniş diapazona malik cazibədar səsilə Maqomayev mütəxəssislərin yüksək qiymətini qazandı. Azərbaycan mədəniyyəti tarixində öz izi, dəst-xətti olan sənətkarlar irsinin daşıyıcısı olmaq, yəni Azərbaycan bəstəkarlıq məktəbinin banilərindən sayılan Müslüm Maqomayevin nəvəsi, kinorəssam Məhəmməd Maqomayevin oğlu olmaq çox şeydən xəbər verirdi. Artıq Müslümün gələcəyi, amalı da məlum idi. Onun Azərbaycan mədəniyyətinin inkişafında yaxından iştirak etməsi, xalqının sahib olduğu milli sərvətin zənginləşdirilməsi və dünya miqyasında tanıdılması istiqamətində çalışması üçün əsaslı səbəbləri var idi.
Hər zaman Azərbaycana bağlılığını nümayiş etdirirdi
...İlk uğurları gənclik illərinə təsadüf etdi. 1962-ci ildə Helsinki şəhərində keçirilən Gənclərin və Tələbələrin VIII ümumdünya Festivalındakı uğurlu çıxışı yaradıcılığının sağlam bünövrəsi hesab oluna bilər. Məhz bu çıxış Müslümün üzünə yeni qapılar açdı. Bu gənc bir növ dövrünün tapıntısı idi. Beləliklə, ifaçılıq sənətini təkmilləşdirmək məqsədilə Müslüm Maqomayev dövlət xəttilə “La Skala” teatrına göndərildi. 1968-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını SSRİ Xalq artisti Şövkət Məmmədovanın sinfində bitirdi.
Artıq şöhrətin astanasında olan gənc Müslümün yaradıcılığında məhsuldar dövr başlayırdı. 1960-cı illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solisti kimi fəaliyyət göstərən Müslümə mədəniyyət məbədi sayılan Milan “La Skala” teatrında təcrübə keçmək nəsib olmuşdu. İtaliyada təhsil almaq onun ən böyük arzularından biri idi, bunu dəfələrlə müsahibələrində də etiraf etmişdi. O, hələ uşaqlıqdan Mattia Battistini, Enriko Karuzo, Mario del Monako, Tinna Ruffo kimi italyan klassiklərinin qramplastinkaları ilə maraqlanmış, onlardan qiyabi olaraq vokal dərsləri almışdı. Və nəhayət, xəyalları gerçək olmuşdu, ona çenarro Barro, Enriko Pyatsa kimi canlı korifeylərdən dərs almaq imkanı nəsib olmuşdu. Müslüm Enriko Pyatsa ilə “Sevilya bərbəri” operasından Fiqaro, “Toska” operasından Skarpian partiyalarını ifa etməklə klassik opera vurğunlarının könlündə taxt qurmağa müvəffəq olmuşdu. 24 yaşında isə Parisin “Olimpiya” salonunda konsert verdi. Fitri istedadı, məxməri səsi, göz oxşayan xarici görünüşü ilə milyonların könlünü fəth etməyə başlayan Müslümün karyerasında sanki bir sürətli yüksəliş müşahidə olunurdu.
Uğur Müslümün qapısını tez-tez döyməyə başlamışdı. 1969-cu ildə Sopotda (Polşa) keçirilən Beynəlxalq Mahnı Festivalında ilk mükafatını qazandı. M.Maqomayev 33 yaşı olanda Azərbaycan Dövlət Estrada-simfonik Orkestrini yaratdı. özü də rəhbər oldu. 1970-ci illərdən etibarən yaradıcılığında estrada janrına üstünlük verməklə görünməmiş populyarlıq qazandı.
Onun ən üstün cəhəti isə ondan ibarət idi ki, olduqca zəngin repertuarı vardı - dünya hitləri, klassik əsərlər, kinolara yazılan mahnılar. İfasında 600-dən çox əsər səslənmişdi. Mahnıları dillər əzbəri idi. Buna görə də M.Maqomayevin qrammofon valları böyük tirajla satılırdı. Şöhrət nərdivanında inamlı addımlarla addımlayan Müslümə olan milyonların sevgisi sənətkarı xalqın artisti etdi. Həm də SSRİ-nin Xalq artisti. Sonralar Azərbaycan SSR Ali Sovetinin deputatı oldu, daha sonralar çoxsaylı orden və medallarla təltif edildi. Azərbaycanı, “əziz anasını” isə heç vaxt unutmadı, həmişə uca tutdu, bütün ömrünü Azərbaycan sevgisi ilə yaşadı.
O, Köksündə milyonlarla sevgiyə qarşılıq verəcək qədər böyük və mərhəmətli ürək daşıyırdı
..2008-ci il oktyabrın 24-dən 25-nə keçən gecə, Moskva. O gün Azərbaycan milli mədəniyyətinin incilərindən biri olan, “Şöhrət” və “İstiqlal” ordenləri mükafatçısı Müslüm Maqomayevi itirdi. ölümü xalqının mədəniyyət tarixinə hüzn və göz yaşı ilə yazıldı. Xalq dünyaşöhrətli sənətkarla babasının adını daşıyan Müslüm Maqomayev adına Dövlət Filarmoniyasında vidalaşdı. Vida günü sıravi vətəndaşından tutmuş, ziyalısına, dövlət məmuruna kimi hamı Azərbaycanın böyük oğlunu son mənzilə yola salmaq istəyirdi. Dünyaşöhrətli, Azərbaycanı sözün əsl mənasında tanıdan sənətkarlardan birinin doğulduğu şəhərdə dəfn olunması da sənətkara olan xalq sevgisi və dövlətin sənətkarına sahib çıxmasından irəli gəlirdi. M.Maqomayevi və onun bənzərsiz sənətini sevənlərin, bu gözəl insanla bir dövrdə yaşadıqlarına görə fəxr edənlərin hamısı onu son mənzilə yola saldı. Vida və dəfn mərasimində ölkəmizin Prezidenti də iştirak etmişdi.
Azərbaycan Prezidenti İlham Əliyevin xanımı Mehriban Əliyeva ilə vida mərasimində iştirak etməsi Müslüm Maqomayevin sənətinin, şəxsiyyətinin böyüklüyünə olan ehtiramın əlaməti idi. Xatırladaq ki, sənətkarın cənazəsinin Bakıya gətirilməsi dövlət başçısı İlham Əliyevin xidməti nəticəsində baş tutdu. Prezidentin qərarına uyğun olaraq Azərbaycanın əziz oğlu Fəxri Xiyabanda torpağa tapşırıldı.
Müslüm Maqomayevin dəfninin Azərbaycanda baş tutmasına nail olmaqla Prezident İlham Əliyev Ulu öndər Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirdiyini bir daha sübut etdi. Mərhumun vəfatı ilə əlaqədar Prezident İlham Əliyev hətta müğənninin xanımı Tamara Sinyavskayaya başsağlığı məktubu da ünvanlamışdı. Məktubda deyilirdi: “Biz hamımız bu acı xəbəri böyük şəxsi itki, bütün azərbaycanlılar üçün, bütün musiqi aləmi üçün əvəzsiz itki kimi qəbul edirik. Müslüm Maqomayev bizim üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü, milyonlarla insanın sevimlisi idi.
ümummilli lider Heydər Əliyevin Maqomayevə necə böyük məhəbbət və qayğı ilə yanaşmasını Azərbaycanda yaxşı xatırlayırlar. Ulu öndər M.Maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi”.
Müslüm Maqomayev öz xalqına, doğma yurduna bütün varlığı ilə, saysız-hesabsız tellərlə sıx bağlı olan əsl vətənpərvər idi. Onu xalqa böyük vətənpərvər kimi sevdirən isə yaradıcılığında önəmli yer tutan “Azərbaycan” mahnısı oldu. Sənətkarın ötən illər ərzində göstərdiyi fəaliyyət sovet estradasının yeni simasını müəyyən etmişdi. Bunun fonunda da Maqomayevin estrada, teatr və kinodakı çoxşaxəli fəaliyyəti yüksək bəşəri idealları özündə ehtiva edərək daim Azərbaycan mədəniyyətinin təbliğinə xidmət göstərir. Bəstələdiyi musiqi əsərlərində isə milliliklə novatorluğun vəhdəti əks olunurdu.
Tükənməz vətən sevgisini Müslüm doğma Azərbaycanına şan-şöhrət gətirməklə sübuta yetirmişdi. Yaradıcılığının işığı tək Azərbaycanın hüdudları ilə məhdudlaşmırdı. Onu təkcə keçmiş sovetlər birliyinə daxil olan ölkələrin vətəndaşları deyil, bütün dünya tanıyır və sevirdi. Dövrün əfsanəsi sayılan sənətkar müsahibələrində dəfələrlə vurğulayırdı ki, onun sənətkar olaraq püxtələşməsində ümummilli lider Heydər Əliyevin rolu əvəzsizdir. Azərbaycan naminə yaşayıb-yaradan hər bir sənət adamına olduğu kimi, Ulu öndər Heydər Əliyev Müslüm Maqomayevə də böyük diqqət və qayğı ilə yanaşırdı. ümummilli lider Müslüm Maqomayevi musiqi sənətinin canlı əfsanəsi adlandırır və onu babası Müslüm Maqomayevin Azərbaycanda təməlini qoyduğu ənənələrin layiqli davamçısı hesab edirdi. Bu diqqət sayəsində Müslüm ömrünün böyük hissəsini Moskvada yaşasa da, özünü hər zaman bakılı hiss edirdi. Qarşılıqlı sevginin vəhdəti olaraq da şöhrəti dünyanı dolaşsa belə son mənzili doğma Bakı, Fəxri Xiyaban oldu. Bu gün onunla bağlı söylənilən fikirlər keçmiş zamanda səslənsə də, Azərbaycan xalqı öz böyük oğlu ilə hər zaman olduğu kimi fəxr edəcək. İfası ilə insanlara sevinc və sevgi bəxş edən Müslüm nəinki Azərbaycan xalqının, sənətə qiymət verən hər bir insanın könlündə var olacaq.
Dostlar dilə gəldi... dünya ondan danışdı...
Müslümün vəfat etməsi xəbəri dinindən və dilindən asılı olmayaraq, çox insanların gözlərini yaşartdı. Gözlər yaşardıqca, xatirələr dilə gəldi. Nüfuzlu dövlət başçıları, tanınmış siyasətçilər, sənət adamları, sadə vətəndaşlar...
Nə zamansa sənət meydanında yolları kəsişən, eyni səhnəni bölüşən, qastrol səfərlərində yoldaş olanlar Müslüm dünyasına başqa bir rakursdan baxmağa çalışdı. Onun zəngin mədəniyyətə sahib olmasından isə hamı danışdı. Onunla bağlı xatirələr səslənən zaman isə vahid bir fikir meydana çıxdı - Müslüm Maqomayevin sənəti elə bir zirvədə qərar tutmuşdu ki, Azərbaycan üçün bütöv bir dövrün rəmzi, əsl sənətin təcəssümü idi. Səsi, sənəti, səhnə mədəniyyəti ilə bütün kainatı fəth etmişdi. Ən böyük uğuru isə əldə etdiyi zirvədə müdrikliyini və sadəliyini qoruyub saxlaya bilməsi oldu.
Hər zaman pərəstişkarlarının zövqünü oxşamağa çalışırdı, tamaşaçıların xətrinə cavan qalmaq istəyirdi. Sənətkarla bağlı səsləndirilən xatirələrin ən təsirlisi isə ömür-gün yoldaşı, opera ifaçısı Tamara Sinyavskayaya məxsus oldu. Sənətkarın vəfatından bir müddət əvvəl verdiyi müsahibələrin birində M.Maqomayevin xalqa görünməyən tərəflərini, elin vurğunu olduğu sənət adamı kimi deyil, sevən kişinin xarakterini açmışdı. Tamara xanımın xatirələrindən: “29 yaşımda Müslümlə yenicə tanış olmuşduq. Mən o zaman İtaliyada təcrübə keçirdim. Müslüm, demək olar ki, hər gün zəng vurur, yeni musiqilərini mənə dinlədirdi. Onunla uzun-uzadı danışardıq. Zənglərin ona nə qədər baha başa gəldiyinisə indi özünüz fikirləşin. Amma puldan söhbət onun üçün qadağan olunmuş mövzu idi. O, hər zaman səxavətli kişi, gözəl ailə başçısı olub”.
O, təkrarolunmaz ifası və zəngin mədəniyyəti ilə elə milyonların könlündə taxt quran bir sənətkar kimi əbədiyaşar olaraq qalacaq. çoxlarının da dediyi kimi, tarixin, dünya mədəniyyətinin ən böyük səhifələrindən biri olan M.Maqomayev heç bir zaman pərəstişkarlarının yaddaşından silinməyəcək. Hər zaman, özünün də arzuladığı kimi, daxilən cavan, ürəyi yaradıcılıq şövqü ilə döyünən bir sənət fədaisi kimi hafizələrdə həkk olacaq. Və “Azərbaycan. Oxuyur Müslüm Maqomayev”...səslənəndə əlavə şərhə ehtiyac olmayacaq.
TURANƏ
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
