“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb
23.10.2018 [09:16]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 71-ci kitabı çapdan çıxıb.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 71-ci kitabındakı materiallar 2015-ci ilin oktyabrından dekabr ayınadək olan dövrü əhatə edir.
Həmin dövrdə Azərbaycanın yüksək səviyyədə təmsil olunduğu mühüm beynəlxalq tədbirlərdən biri Antalyada “Böyük İyirmilik” ölkələri liderlərinin Sammiti olub. Kitabda Prezident İlham Əliyevin Zirvə görüşündə iştirak etmək üçün Türkiyəyə işgüzar səfəri zamanı Sammit çərçivəsində iqtisadi inkişaf, sərmayələr, məşğulluq mövzularında keçirilən müzakirələrdə çıxışı, terrorizmə qarşı mübarizə və qaçqınlar böhranı mövzusunda müzakirələr barədə materiallar yer alıb. Nəşrə dövlətimizin başçısının Sammitlə bağlı hazırlanmış xüsusi buraxılışda dərc olunmuş “Ümumi strategiyanın formalaşdırılması” məqaləsinin mətni daxil edilib. Həmin məqalədə deyilir: “Azərbaycan dünyanın ayrı-ayrı bölgələrinin etibarlı enerji təchizatı, aztəminatlı ölkələrdə ərzaq təhlükəsizliyi probleminin həlli ilə bağlı planları alqışlayır. Azərbaycan ölkələr arasında səmərəli və proqnozlaşdırıla bilən ticarət rejiminin yaradılması, qlobal səviyyədə insanların sosial vəziyyətinin yaxşılaşdırılması, investisiyaların təşviqi, gender bərabərliyi, qadınların məşğulluğunun gücləndirilməsi və digər məsələlərə dair irəli sürülmüş təşəbbüslərə qoşulur, bu istiqamətlər üzrə həyata keçirilməsi nəzərdə tutulan əməli tədbirləri dəstəkləyir”.
Kitabda Azərbaycan Prezidentinin Gürcüstana rəsmi səfəri zamanı Birgə Bəyannaməni imzalamasına, Marneulidə “Çay evi” Tədris Mərkəzi ilə tanışlığına, Fransaya işgüzar, Belarusa rəsmi və Çin Xalq Respublikasına dövlət səfərlərinə, dövlətimizin başçısına Çinin Renmin Universitetinin “Tarix üzrə Fəxri professor” diplomunun təqdim edilməsi mərasiminə dair informasiyalar toplanıb.
Bu cilddə Prezident İlham Əliyevin müxtəlif nitq və çıxışları, KİV-lərə bəyanatları, həmçinin məktubları ilə tanış olmaq mümkündür.
Çoxcildliyin bu kitabına Azərbaycan Prezidentinin Yaponiya, Monteneqro, Rusiya, Pakistan, Malta, Avstraliya, ABŞ, Böyük Britaniya və digər dövlətlərin, Beynəlxalq Mülki Aviasiya Təşkilatı, Dünya Bankı, ATƏT, BMT və başqa təşkilatların yüksəkvəzifəli şəxslərini, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul etməsi barədə materiallar daxil edilib.
Kitabda Prezident İlham Əliyevin AMEA-nın 70 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqinin, Azərbaycan Respublikası V çağırış Milli Məclisinin ilk iclasında, ISESCO Baş Konfransının Bakıda keçirilən XII sessiyasının açılışında çıxışlarının mətnləri də verilib.
Oxucu 71-ci kitabda ölkə rəhbərinin Zaqatala rayonuna, Şəki şəhərinə, Naxçıvan Muxtar Respublikasına səfərləri zamanı nəqliyyat və sosial infrastruktur, mədəniyyət obyektlərinin, təhsil müəssisələrinin, körpələr evi-uşaq bağçalarının yeni binalarının açılışlarında iştirakına, ictimaiyyət nümayəndələri ilə görüşlərinə dair materiallarla tanış ola bilər. Dövlətimizin başçısının Bakıda yeni salınan yolların, parkların, yenidən qurulan küçə və prospektlərin açılışında, Sumqayıtda yüksəksıxlıqlı polietilen zavodunun təməlqoyma mərasimində, “Azərikimya” İstehsalat Birliyinin Etilen-polietilen zavodunda yeni qurğuların işə salınması mərasimində iştirakı barədə materiallar da bu nəşrdə yer alıb.
Kitabda “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri verilib.
“Azərnəşr” tərəfindən buraxılan 71-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxMaraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18

