Cavanşir Paşazadə: Son 15 ildə Azərbaycan uğurlu inkişaf yolu keçib
17.10.2018 [08:41]
“Cənab İlham Əliyev 15 illik prezidentliyi dövründə miqyasına görə çox böyük işlərə imza atıb. Bəhs olunan dövrdə respublikamız böyük inkişaf yolu keçib. Bu həm iqtisadi, həm siyasi sahələri əhatə edib. Eyni zamanda, vətəndaşların sosial rifah halı daha da yaxşılaşıb. Yeni-yeni infrastruktur layihələrinin həyata keçirilməsi nəticəsində ölkəmizin siması tamam dəyişib. Azərbaycanın növbəti peykinin orbitə buraxılması, Bakı-Tbilisi-Qars dəmir yolunun istifadəyə verilməsi, TANAP-ın fəalliyyətə başlaması ölkəmizin iqtisadi gücünün artması ilə yanaşı, beynəlxalq nüfuzunun güclənməsinə gətirib çıxarıb. Bütün bunların təməlində isə dövlət başçısının çox böyük əməyi, siyasi qətiyyəti dayanır”. Bunu KİV-ə müsahibəsində Millət vəkili Cavanşir Paşazadə deyib.
Millət vəkili bildirib ki, Ulu öndər Heydər Əliyev kimi dünya miqyaslı siyasətçidən dərs alan cənab İlham Əliyev Azərbaycanın qüdrətlənməsi naminə məqsədyönlü siyasət aparır: “Məlum olduğu kimi, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan parçalanmaq təhlükəsi ilə üz-üzə qalmışdı. O zaman Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıdaraq respublikanın müstəqilliyini təhlükədən qurtarması yaddaşlardan silinməyib. Həmin dövrdə müxtəlif qütblərdə dayanan məkrli qüvvələr Azərbaycanı parçalamaq istəyirdilər. Bu planın reallaşmasında onlara “sapı özümüzdən olan baltalar” da açıq və gizli şəkildə dəstək verirdilər. Məhz belə çətin vaxtda müdrik dövlət xadimi Heydər Əliyev Öz qətiyyəti, uzaqgörən siyasəti ilə müstəqilliyimizin qorunmasına, Azərbaycan dövlətinin ayaqda qalmasına, dünya arenasında özünə yer tutmasına nail oldu. Cənab İlham Əliyev bu kimi çətin proseslərin içində olub, daim Heydər Əliyevin həyata keçirdiyi siyasətdən bəhrələnib, dərs alıb. Ulu öndərin təməlini qoyduğu siyasəti cənab İlham Əliyevdən başqa heç kəs bütün dolğunluğu ilə həyata keçirə bilməzdi. Ulu öndərin siyasi məktəbinin bütün özəlliklərini məharətlə əxz edən Prezident İlham Əliyev qüdrətli, güclü dövlət başçısıdır. Ölkəmizin qüdrətinin artması, iqtisadi, siyasi imkanlarının genişlənməsi, təbbii ki, Prezident İlham Əliyevin yürütdüyü siyasət nəticəsində mümkün olub”.
C.Paşazadə bildirib ki, son 15 ildə ölkəmizin həyatı dərin məzmunlu islahatların həyata keçirilməsi ilə səciyyələnib: “İslahatlar həmçinin siyasi sistemi, o cümlədən də dövlət idarəçiliyinin təkmilləşdirilməsini əhatə edib. Bu kontekstdə respublikamızda vitse-prezidentlik institutunun formalaşdırılmasının önəmini xüsusi vurğulamaq istərdim. Bu, respublikamızda dövlət idarəçiliyinə yeni bir keyfiyyət dəyişikliyi gətirib. Respublikanın Birinci vitse-prezidenti vəzifəsinə Ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun prezidenti, UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın təyin olunması cəmiyyətimizdə böyük rəğbətlə qarşılanıb ki, bu da təsadüfi deyil. Mehriban xanım Əliyeva istər Heydər Əliyev Fonduna rəhbərlik etdiyi müddətdə, istərsə də Milli Məclisdə fəaliyyəti zamanı hər vaxt öz humanist addımları ilə diqqət çəkib. Dövlətçiliyimizin möhkənləndirilməsi, qanunverici bazanın təkmilləşdirilməsi istiqamətində Mehriban Əliyevanın misilsiz rolu və əməyi var. Mehriban xanım Əliyevanın xüsusi təqdimata ehtiyacı yoxdur. Çünki Mehriban xanım fəaliyyəti dövründə hər zaman Azərbaycanın haqq səsini dünyaya tanıtmaq yönündə addımlar atıb. O, Prezident İlham Əliyevin yürütdüyü siyasətin ən güclü təbliğatçısıdır. Və eyni zamanda, Azərbaycan mədəniyyətini, Xocalı soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə lazımi səviyyədə tanıdıb. Azərbaycan muğamı bu gün, demək olar ki, bütün dünyada qəbul olunur. Muğamı sevə-sevə dinləyirlər. Bununla yanaşı, bir çox beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsi zamanı Mehriban xanımın əvəzsiz xidmətləri olub. “Eurovision” mahnı müsabiqəsinin yüksək səviyyədə keçirilməsini buna misal olaraq göstərmək mümkündür. 2015-ci ildə birinci Avropa Oyunlarının, 2017-ci ildə IV İslam Həmrəylik Oyunlarının yüksək səviyyədə keçirilməsi də Təşkilat Komitəsinin və onun rəhbəri Mehriban xanım Əliyevanın uğurlu fəaliyyəti nəticəsində mümkün olub”.
“Qeyd etdiyim kimi, Mehriban xanım Əliyeva öz humanist addımları ilə hər kəsin rəğbətini qazanıb. Bildiyiniz kimi, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə amnistiya aktları qəbul olunub. Bu amnistiya aktları ilə minlərlə məhkum azadlığa qovuşub. Eyni zamanda, Mehriban xanım Əliyevanın təşəbbüsü ilə xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün davamlı addımlar atılır. Bütün bunların fonunda onu deyə bilərəm ki, respublikamızda vitse-prezidentlik institutunun yaradılması və Mehriban Əliyevanın Birinci vitse-prezident təyin olunması zamanında atılmış düzgün addımdır”, - deyə millət vəkili əlavə edib.
Millət vəkilinin sözlərinə görə, son 15 ildə Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə həyata keçirilən diqqətəlayiq işlərdən biri də ordu quruculuğu ilə bağlıdır: “Bəhs olunan dövrdə ölkəmizdə müdafiə sənayesinin inkişafı, ordu quruculuğu istiqamətində həyata keçirilən işlər göz qabağındadır. Bakıda hərbi paradlar keçirilir. Səmalarımızda həm Azərbaycanın, həm qardaş Türkiyənin qırıcıları öz məharətlərini göstərirlər. Bax o səmada edilən hərəkətləri bizimlə yanaşı, düşmən də seyr edir, izləyir. Artıq onlar qorxuya düşüblər. Hərbi-hava qüvvələri ilə yanaşı, quru qoşunlarının maddi-texniki bazasının möhkəmləndirilməsi yönündə, bütövlükdə ordu quruculuğunda ciddi işlər görülür. Aprel hadisələri bir daha onu göstərdi ki, Azərbaycan ordusu düşmən işğalında olan torpaqları hər an işğaldan azad edə bilər. Ancaq Azərbaycan sülhsevər ölkədir. Biz istəyirik ki, müharibə olmasın, torpaqlarımız sülh yolu ilə azad edilsin. Ermənistan əgər bütün bunlara məhəl qoymasa, o zaman silaha əl atılacaq və cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin əmri ilə işğal altındakı torpaqlarımız düşməndən təmizlənəcək. Bütövlükdə ölkənin ərazi bütövlüyünün təmin olunması cənab Prezidentin diqqət mərkəzində olan bir məsələdir. Fikir verirsinizsə, cənab İlham Əliyev hər çıxışında Ermənistanın işğalçı ölkə olduğunu dünya ictimaiyyətinə çatdırır. Güclü ordu Azərbaycanın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan sülh danışıqlarında mövqeyini, özünəinam hissini daha da artırır”.
Məlum olduğu kimi, son 15 ildə ölkədə reallaşdırılan uğurlu siyasətin müsbət nəticələrini həmçinin bölgələrin tarazlı inkişafının təmin edilməsinin timsalında görmək mümkündür. Müsahibəsində bu məqama da toxunan millət vəkili deyib ki, dövlət başçısının müvafiq fərmanları ilə təsdiqlənən regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının icrasının müvəffəqiyyətlə təmin edilməsi nəticəsində bölgələrin siması tamam dəyişib: “Bakıdan cənuba, eləcə də simala gedən zaman hər bir şəhər və rayonun inkişaf etdiyinin şahidi oluruq. Yol infrastrukturunun mükəmməl qurulması, əhalinin enerjiyə, təbii qaza olan tələbatının tam ödənilməsi regionlarda yaşayan vətəndaşlar üçün əlavə stimul yaradıb. Bir zamanlar rayonlardan Bakıya güclü insan axını var idisə, indi vətəndaşlar Bakıdan bölgələrə gedirlər. Orada yaşamağa, işləməyə üstünlük verirlər. Bu işlərin həyata keçirilməsində də cənab Prezident İlham Əliyevin xüsusi rolu var. Diqqət etsəniz, görərsiniz ki, il ərzində cənab Prezident regionlara müntəzəm səfərlər edir. Respublikanın elə rayonu yoxdur ki, ölkə başçısı orada səfərdə olmasın. Onun hər səfəri yeni infrastruktur obyektlərinin açılışı ilə yadda qalıb. Bu həm regionların simasının dəyişməsinə, həm də orada yeni-yeni iş yerlərinin açılmasına gətirib çıxarır. Bütün bunlar isə işsizlik kimi dünyanı cənginə alan problemin Azərbaycanda aradan qaldırılmasına gətirib çıxarıb”.
Son 15 ilin həmçinin ölkə həyatının demokratikləşməsi ilə əlamətdar oldugunu deyən millət vəkili qeyd edib ki, ölkəmizdə söz və mətbuat azadlığı təmin edilib: “Bunu tək mən demirəm. Beynəlxalq ekspertlər də deyirlər ki, Azərbaycanda azad mətbuat var, internet istifadəçilərinə heç bir basqı yoxdur, eyni zamanda, jurnalistlər təqib olunmurlar. Dünyanın bir sıra ölkələrində jurnalistlər yazdıqları yazılara görə təqib olunurlar. Bizdə isə jurnalistlərə yüksək dəyər verilir. Cənab Prezident çıxışlarının birində jurnalistlərin dostu olduğunu bəyan edib. Bu, həqiqətən də, belədir. Bu gün jurnalistlərin mənzil və digər sosial problemlərinin həlli istiqamətində ciddi addımlar atılır. Bu işlər gələcəkdə də davam etdiriləcək. Heç uzağa getməyək. Bir qədər bundan əvvəl cənab Prezidentin bir jurnalistin səhhətində olan problemlərin həlli ilə bağlı göstəriş verməsi buna əyani sübutdur”.
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39

