Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş

23.10.2009 [09:27]

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov İran İslam Respublikası (İİR) Sərhəd Qoşunlarının komandanı  general Qasım Rizayi və onu müşayiət edən heyətlə görüşüb. Qonaqları səmimi salamlayan Ali Məclisin sədri Naxçıvanda keçiriləcək görüşlərdə hər iki ölkənin sərhəd xidmətlərinə uğurlar arzulayaraq deyib: “Naxçıvan MR ilə İİR arasında 264 kilometr sərhəd mövcuddur. İki beynəlxalq sərhəd-keçid məntəqəsi fəaliyyət göstərir. Cari ilin ötən 10 ayı ərzində hər iki tərəfdən 300 min nəfər sərhəd-keçid məntəqələrinin xidmətindən istifadə etmişdir. Qarşılıqlı gediş-gəlişlər zamanı heç bir problem yaranmamışdır.
Ali Məclisin sədri bundan sonra da dostluq və qardaşlıq münasibətlərinin ali məqsəd olacağını bildirmişdir”.
İİR Sərhəd Qoşunlarının komandanı general Qasım  Rizayi tarixən dostluq və mehriban qonşuluq şəraitində yaşamış xalqlarımızın iradəsi ilə daim genişlənən əlaqələrimizin ümumi rifahımıza xidmət etdiyini vurğulayıb, səmimi görüşə görə minnətdarlığını bildirib. Görüş zamanı Naxçıvan MR ilə İran İslam Respublikası arasında sərhəd xidmətinin inkişaf etdirilməsinə dair fikir mübadiləsi aparılıb.
Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin rəisi Elçin Quliyev, İİR-in Naxçıvandakı Baş konsulu Seyyid Məhəmməd Təbatəbayi və Azərbaycan Respublikasının Təbrizdəki Baş konsulu Ayxan Süleymanov görüşdə iştirak ediblər.

Paylaş:
Baxılıb: 971 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30