Aydın Hüseynov: Dünyada dövlət-özəl sektor əməkdaşlığının Azərbaycan nümunəsi formalaşıb
11.10.2018 [08:32]
Azərbaycan Prezidenti İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində ölkəmiz regionda böyük iqtisadi gücə çevrilir. Əldə olunan iqtisadi nailiyyətlər hesabına Azərbaycan Avrasiya regionu üçün önəm daşıyan layihələri reallaşdırır.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.
Milli Məclisin deputatı bildirib ki, Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qeyd olunduğu kimi, bu il iqtisadi sahədə köklü islahatlar həyata keçirilib. Xüsusilə vergi və gömrük sistemində aparılan islahatlar müsbətə doğru dəyişikliklərə səbəb olub. Gömrük orqanları tərəfindən bu il 800 milyon manatdan çox əlavə vəsait toplanıb. Ölkəmizin xarici ticarətinin müsbət saldosu 9 ayda 6,5 milyard dollar təşkil edib.
A.Hüseynov qeyd edib ki, əvvəlki dövrlərlə müqayisədə qeyri-neft sektoru inkişaf etdirilib, neftdən asılılıq azalıb. Məhz bunun nəticəsidir ki, bu ilin doqquz ayında ölkəmizdə 85 min daimi iş yeri açılıb. İnvestisiya təşviqi mexanizminin işə düşməsindən sonra icra edilən və nəzərdə tutulan layihələrin ümumi investisiya həcmi 2,7 milyard manatdır. 2018-ci ilin 9 ayı ərzində Azərbaycan iqtisadiyyatı, yəni, ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım isə 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu göstərici Azərbaycanda aparılan sənayeləşmə siyasətinin nəticəsidir.
Onun sözlərinə görə, Prezident İlham Əliyevin də bildirdiyi kimi inflyasiya 2,6, əhalinin gəlirləri isə 9,5 faizdir. Bundan başqa o əlavə edib ki, ölkənin valyuta ehtiyatları ilin 9 ayında 3 milyard dollar artaraq 45 milyard dollara çatıb. Aparılan islahatlar, iqtisadiyyatın şaxələndirilməsi və sənayeləşmə siyasəti isə daha böyük uğurlardan xəbər verir. 9 ay ərzində Azərbaycan nəqliyyat-kommunikasiya sahəsində də böyük uğurlara imza atılıb. Ələt Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi Bakı-Tbilisi-Qarsdan sonra bu sahədə ikinci ən böyük hadisədir. Beləliklə də açıq dənizə çıxışı olmayan Azərbaycan nəhəng nəqliyyat qovşağına, Avrasiyanın nəqliyyat mərkəzlərindən birinə çevrilir. Ümumilikdə, ölkədə dəmiryolu infrastrukturunun modernləşdirilməsi əsas hədəf kimi qarşıya qoyulub.
Milli Məclisin deputatı diqqətə çatdırıb ki, həyata keçirilən kompleks tədbirlər, davamlı dövlət dəstəyi digər sahələr kimi ölkədə kiçik və orta sahibkarlığın inkişafına da mühüm töhfə verir. Belə ki, sahibkarlıq artıq real sektorda əsas indikatora çevrilib və dövlət özəl sektor əməkdaşlığının dünyada rast gəlinməyən Azərbaycan nümunəsi formalaşıb.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

