/ / Ekspert: Əldə edilən hər bir uğur Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bariz göstəricisidir
Ekspert: Əldə edilən hər bir uğur Prezident İlham Əliyevin məqsədyönlü siyasətinin bariz göstəricisidir
11.10.2018 [08:26]
Bu gün ölkəmiz dünyanın ən sabit və dinamik inkişaf yolunu tutan dövlətləri sırasında yer alır. Əldə edilən bu uğurun təməlində Prezident İlham Əliyevin siyasi strategiyası dayanmaqdadır. Bunu “Trend”ə “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev oktyabrın 9-da Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasına münasibət bildirərkən deyib.
Onun sözlərinə görə, hər bir regionun inkişaf və tərəqqisi üçün ilk növbədə sabitliyin təmin olunması vacibdir. Belə ki, sabitlik və təhlükəsizlik mühiti olmazsa, hər hansı davamlı inkişafdan söhbət gedə bilməz: “Əbəs deyil ki, cənab Prezident bu barədə fikirlərini irəli sürərkən məhz həmin amillərə toxunaraq bildirib ki, Azərbaycanda təhlükəsizlik, əmin-amanlıq, sabitlik qorunur, möhkəmlənir. Bu baxımdan, belə nəticəyə gəlmək olar ki, bütün bunların təmin olunmasında, təməlində bilavasitə düşünülmüş, məqsədyönlü və uğurlu siyasətin yürüdülməsi reallığı dayanmaqdadır. Azərbaycanın da yerləşdiyi bölgədə münaqişələrin mövcud olmasına və həmin münaqişələrin, xüsusilə Ermənistanın işğalçılıq siyasətinin bir sıra tərəqqi meyarlarına mənfi təsir göstərməsinə baxmayaraq, ölkəmiz istər Cənubi Qafqaz regionunda, istərsə də beynəlxalq aləmdə öz qərarlı, mütərəqqi addımlarını atır, mövqeyini daha da möhkəmləndirir. Bütün bunlar isə, bayaq da qeyd etdiyim kimi, Prezident İlham Əliyev cənablarının məqsədyönlü siyasətinin bariz göstəricilərindən biridir”.
“Dövlətimizin başçısı iclasda onu da bildirdi ki, qeyd edilənlərlə yanaşı, inkişafın ardıcıl təminatı üçün xarici risklər də nəzərə alınmalı, onların qarşısının alınması üçün mütəmadi işlər aparılmalıdır”, - deyə xatırladan siyasi ekspert Prezident İlham Əliyevin qətiyyəti nəticəsində həmin risklərin aradan qaldırıldığını vurğulayıb. Bəhruz Quliyev əlavə edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial siyasətin əsas məqsədi Azərbaycan xalqının rahat həyatını təmin etməkdən ibarətdir: “Çünki xarici risklər məhz ölkə rəhbərimizin müdrik siyasəti sayəsində aradan qaldırılıb, qarşıda dayanan vəzifələr üçün isə daha geniş yollar açılıb”.
Ekspert qeyd edib ki, bu gün Azərbaycanın daxili siyasəti ilə yanaşı, xarici siyasəti də olduqca geniş spektri əhatə edir: “Bu gün Azərbaycan bir çox nəhəng layihələrə öz imzasını atır, dünya miqyaslı, önəmli beynəlxalq tədbirləri təşkil edir, eləcə də ölkəmiz xarici dövlətlərdə keçirilən tədbirlərdə ön sıralarda yer alır. Məhz bu faktın özü Prezident İlham Əliyevin nüfuzunun ali təcəssümü olaraq dəyərləndirilməlidir. O da əbəs deyil ki, dövlət başçımızın da xatırlatdığı kimi, təkcə cari ildə O, 12 xarici səfər edib, 15 dövlət və hökumət başçısı isə Azərbaycana səfərə gəlib. Bəli, Azərbaycana verilən önəm və diqqət bu ölkənin həm də etibarlı tərəfdaş, mehriban qonşu və güvəniləcək dost olmasına danılmaz sübutdur. Çünki cənab Prezident İlham Əliyevin dediyi kimi, sözümüzlə əməlimiz arasında heç bir fərq yoxdur. Əlbəttə ki, bütün bu kimi uğurlu nəticələr inkişaf yolumuzu daha da açıq edir, xalqımızın, dövlətimizin tərəqqisinin dinamik inkişafına stimul verir. Məhz bu nailiyyətlər İlham Əliyev siyasəti və strategiyasının real göstəricisi, uğurlu nəticəsidir”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 21:15
Dünya
30 İyul 20:48
Dünya
30 İyul 20:20
Dünya
30 İyul 19:50
Gündəm
30 İyul 19:33
Dünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35

