Sülh prosesinə zərbə vuran “sülhməramlılar”
10.10.2018 [08:40]
Davamlı sülh və təhlükəsizliyin təmin olunmasında qadınların rolunun artırılmasının vacibliyi bütün dünya ictimaiyyətinə bəllidir. Beynəlxalq təşkilatlar bu məsələni daim gündəlikdə saxlamağa çalışaraq mövcud münaqişələrin həlli prosesində qadınların iştirakçılığının artırılmasına dair bir sıra sənədlər, o cümlədən 1325 saylı BMT qətnaməsini qəbul ediblər. Azərbaycan Respublikası da “Qadınlar Sülh və Təhlükəsizlik Gündəliyi”nin daim tərəfdarı olub və belə təşəbbüsləri dəstəkləməkdədir. Çünki yalnız beynəlxalq hüquqa əsaslanan öhdəliklərin, vəzifələrin və məsuliyyətlərin müəyyənləşdirilməsi şərti ilə həyata keçirilən “sülhməramlı fəaliyyət”in faydalı ola biləcəyinə ümid edir.
Bu fikirləri AZƏRTAC-a müsahibəsində Milli Məclis sədrinin müavini Bahar Muradova deyib.
Bahar Muradova bildirib ki, sülhməramlılıq özü-özlüyündə yalnız gözəl sözlər, cazibədar şüarlardan ibarət olmayıb, səbəb və nəticələri təsdiqini tapmış problemlərin həlli üçün hədəfləri və fəaliyyət istiqamətləri dəqiq şəkildə müəyyən edilmiş, iştirakçı və təşəbbüskarlarının qərəzsizliyinə, bitərəfliyinə öz maraq və faydalarının üstün tutulmasına şübhə doğurmayan bir şəkildə həyata keçirməlidir.
“Gəlin baxaq, Ermənistan baş nazirinin həyat yoldaşı və onu müşayiət edən Rusiya Federasiyası vətəndaşlarının Azərbaycanın işğal olunmuş ərazilərinə etdikləri səfər bu kriteriyalara nə dərəcədə cavab verir? Ümumiyyətlə bu səfəri “sülhməramlı” adlandırmaq olarmı? - Əlbəttə ki, yox. Yalnız ona görə yox ki, bu ərazilərə edilən səfərlər Azərbaycanın ərazi bütövlüyü, suverenliyinə dair mövcud qanunların kobud şəkildə pozulmasıdır. BMT-nin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə dair məlum dörd qətnaməsinin, eləcə də digər beynəlxalq təşkilatların münaqişənin həllinə dair qəbul etdikləri sənədlərin münaqişə tərəfi kimi Ermənistanın üzərinə qoyduğu öhdəliklərə etinasız bir münasibətdir. Eləcə də Rusiya Dövlət Dumasının beynəlxalq əlaqələr komitəsinin sədr müavini Svetlana Yurova və digərlərinin bu tərkibdə iştiraka cəlb olunması təəssüf doğurmaqla yanaşı, ATƏT-in Minsk qrupunun həmsədri olan Rusiyanın qərəzsiz və obyektiv vasitəçiliyinə inamın azalması, Azərbaycan və Rusiya arasında əlaqələrin hərtərəfli inkişafına kölgə salmaq məqsədilə Ermənistan tərəfinin humanizm və sülhə çağırmaq adı ilə pərdələnərək həyata keçirmək istədiyi məkrli planın tərkib hissəsidir.
Nəzərə alsaq ki, münaqişə və müharibədən ən çox əziyyət çəkən Azərbaycan tərəfidir, “Təmas xətti” adlandırılan, amma reallıqda “Cəbhə xətti” Azərbaycan ərazisindədir. Bütün döyüşlər və onların dəhşətləri məhz Azərbaycan xalqına və ölkəmizə daha çox ziyan vurur. İyirmi beş ildən artıq bir müddətdə xanım Hakopyanın ölkəsinin silahlı qüvvələri işğalçı fəaliyyətini Azərbaycan torpaqları üzərində həyata keçirir. Elə həmin Hakopyanın və sülh danışıqları zamanı öz ölkəsini təmsil edən Ermənistanın baş naziri Paşinyanın oğlu öz hərbi xidmətini bu qüvvələrin sırasında Qarabağın və ətraf 7 rayonun işğal altında saxlanmasına həsr edilən təcavüzkar planların reallaşdırılmasında iştirak üçün göndərilib. Onda hansı sülhməramlılıqdan danışmaq olar?”, - deyə Bahar Muradova diqqətə çatdırıb.
Milli Məclis sədrinin müavini qeyd edib ki, məlum inqilab dalğasında Ermənistanda hakimiyyətə gələn bu cütlüyün öz ölkələrindəki qeyri-peşəkar, nəyin bahasına olursa olsun öz siyasi ambisiyalarını gerçəkləşdirməyə yönəlik fəaliyyətlərini bu şəkildə beynəlxalq arenaya daşımaq istəkləri özü-özlüyündə sülhməramlılıq və onun mahiyyətinin kobud şəkildə təhrif olunmasıdır. Belə təşəbbüslər sülh danışıqları prosesinə mənfi təsir göstərməklə vəziyyətin daha da gərginləşməsinə səbəb olur və münaqişə tərəfləri kimi Ermənistan və Azərbaycan arasındakı mövcud atəşkəs rejiminin möhkəmləndirilməsi istiqamətindəki səyləri heçə endirir.
Bahar Muradova vurğulayıb ki, Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarına təşkil edilən belə səfərlər təkcə sülhməramlı deyil, həm də ümumiyyətlə, xoşməramlı olmayıb, Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət edir. Çünki haqqa, ədalətə, beynəlxalq hüquqa və qarşılıqlı məsuliyyətə əsaslanmayan belə “sülhyaratma missiyaları” yalnız qarşıdurmaya və müharibənin nəticələrinin möhkəmləndirilməsinə şərait yaratmaqla ölkələrin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin bölünməzliyi prinsiplərini pozmaqla ərazi işğalına haqq qazandırmaq və separatizmi təşviq etməkdir. “Odur ki, mən rusiyalı həmkarlarıma üzümü tutaraq onları sülhməramlılıq pərdəsinə bürünmüş belə bir avantürist fəaliyyətin tərkib hissəsi olmaqdan çəkinməyə çağırıram”, - deyə parlament sədrinin müavini bildirib.
Xəbər lenti
Hamısına baxGündəm
05 Sentyabr 10:24
Gündəm
05 Sentyabr 10:09
Sosial
05 Sentyabr 09:42
Siyasət
05 Sentyabr 09:31
Sosial
05 Sentyabr 09:17
Ədəbiyyat
05 Sentyabr 08:54
Ədəbiyyat
05 Sentyabr 08:30
Elm
04 Sentyabr 23:30
İqtisadiyyat
04 Sentyabr 23:19
YAP xəbərləri
04 Sentyabr 23:14
Elm
04 Sentyabr 22:43
Dünya
04 Sentyabr 22:14
Sosial
04 Sentyabr 21:59
Dünya
04 Sentyabr 21:23
Dünya
04 Sentyabr 20:44
İqtisadiyyat
04 Sentyabr 20:31
Dünya
04 Sentyabr 20:17
Siyasət
04 Sentyabr 19:56
Dünya
04 Sentyabr 19:50
Hadisə
04 Sentyabr 19:26
Sosial
04 Sentyabr 19:10
Maraqlı
04 Sentyabr 18:43
Dünya
04 Sentyabr 18:29
Sosial
04 Sentyabr 17:42
Dünya
04 Sentyabr 17:31
Dünya
04 Sentyabr 17:10
Dünya
04 Sentyabr 16:48
YAP xəbərləri
04 Sentyabr 16:27
Dünya
04 Sentyabr 16:24
Siyasət
04 Sentyabr 16:02
Siyasət
04 Sentyabr 15:59
Dünya
04 Sentyabr 15:41
Xəbər lenti
04 Sentyabr 15:41
Siyasət
04 Sentyabr 15:31
Siyasət
04 Sentyabr 15:31
YAP xəbərləri
04 Sentyabr 15:22
Dünya
04 Sentyabr 15:16
Dünya
04 Sentyabr 14:58
Sosial
04 Sentyabr 14:42
Sosial
04 Sentyabr 14:41
YAP xəbərləri
04 Sentyabr 14:36
Dünya
04 Sentyabr 14:20
Dünya
04 Sentyabr 13:45
Dünya
04 Sentyabr 13:29
Dünya
04 Sentyabr 12:50
Xəbər lenti
04 Sentyabr 12:50
Sosial
04 Sentyabr 12:49
Mədəniyyət
04 Sentyabr 12:48
Hadisə
04 Sentyabr 12:48
Sosial
04 Sentyabr 12:47
Gündəm
04 Sentyabr 12:37
Gündəm
04 Sentyabr 11:41
İqtisadiyyat
04 Sentyabr 11:15
Sosial
04 Sentyabr 11:10
Sosial
04 Sentyabr 10:59
Siyasət
04 Sentyabr 10:22
Gündəm
04 Sentyabr 09:55
Gündəm
04 Sentyabr 09:42
Analitik
04 Sentyabr 09:18
Sosial
04 Sentyabr 08:50
MEDİA
04 Sentyabr 08:37
Dünya
03 Sentyabr 23:18
Sosial
03 Sentyabr 22:54
Dünya
03 Sentyabr 22:20
YAP xəbərləri
03 Sentyabr 21:58
Daxili siyasət
03 Sentyabr 21:42
MEDİA
03 Sentyabr 21:29
Dünya
03 Sentyabr 21:14
Dünya
03 Sentyabr 20:58
İdman
03 Sentyabr 20:25

