Ermənistan Gürcüstana qarşı ərazi iddiasını davam etdirir
06.10.2018 [10:35]
Dağlıq Qarabağda yaradılmış separatçı rejimin rəhbəri Bako Saakyanın Abxaziya separatçılarına dəstəyinin arxasında Ermənistan dövləti dayanır
Məlum olduğu kimi, ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edib və bunu həyata keçirmək üçün ən çirkin yollara əl atıblar. Hazırda Ermənistanda bu məsələ dövlət siyasəti səviyyəsində həyata keçirilir. Xatırladaq ki, bir neçə ay öncə Türkiyə, İran və Gürcüstana ərazi iddialarını əks etdirən saxta xəritə Yerevanın mərkəzi Respublika meydanındakı əsas metro stansiyasında yerləşdirilmişdi. Bir neçə il öncə isə Ermənistanın keçmiş prezidenti S.Sarkisyan bildirmişdi ki, “biz müharibənin bir hissəsini etdik (təbii ki, burada Azərbaycan ərazilərinin işğalını nəzərdə tuturdu). Gələcək nəsillər isə növbəti müharibələrə hazır olmalıdırlar”.
Ermənilərin Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında işğalçılıq amili dayanır. Azərbaycanlıların kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar XX əsrdə məruz qaldığımız, tariximizin ən qanlı və faciəli səhifələrindəndir. Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər buraxıb. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olub. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi qətllər, yaşayış məntəqələrinin dağıdılması, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı kimi qanlı hadisələr yaddan çıxmayıb. Ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız ərazi iddiaları nəticəsində 20 faiz torpağımız işğal altında qalıb, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Münaqişənin həlli prosesinin bu günədək uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq cəhdləri, eyni zamanda, bəzi dövlətlərin, təşkilatların işğalçıya maddi və mənəvi dəstəkləri əsas rol oynayır.
Ermənistan cəzasız qaldıqca, qonşu dövlətlərə qarşı ərazi iddialarını davam etdirir. Bu dəfə hədəf Gürcüstandır. Xatırladaq ki, 27 sentyabr tarixində gürcü xalqı müasir tarixinin ən qanlı və kədərli hadisələrindən birini - Suxuminin işğalının 25 illiyini qeyd etdi. Ermənilərin baqration batalyonunun Suxumi uğrunda gedən döyüşlərdə gürcülərə qarşı vuruşduğunu və xüsusi qəddarlıqla fərqləndiyini hər kəs çox yaxşı xatırlayır. Suxuminin işğalının 25 illiyi və “Abxaziyanın yaradılması”nın ildönümü ilə əlaqədar Abxaziya rəhbəri Raul Xadjimbaya “Azadlıq günü və Böyük vətən müharibəsində qələbə” adı altında ilk təbrik göndərən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin rəhbəri Bako Saakyan olub. O, məktubunda əlavə edir ki, 25 illik dövr ərzində abxaz xalqı çətin, amma şücaətli yol keçib: “Abxaz xalqı dövlət quruculuğunun bütün çətinlikləri ilə üzbəüz gəlir, öz dövlətlərini gücləndirirlər”.
Ümumiyyətlə, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin bütün yazışmalarının Ermənistan XİN tərəfindən aparılması heç kimə sirr deyil. Bako Saakyanın dili ilə Ermənistan Gürcüstanın ərazi bütövlüyü və suverenliyinə nəinki hörmət etmədiyini, onu pozmağa çalışdığını nümayiş etdirir. Bununla yanaşı, ermənilərin Abxaziya və Cənubi Osetiyada separatizm meyillərini dəstəkləməsi “böyük Ermənistan” xülyasının tərkib hissəsi olaraq Gürcüstanın Cavaxetiya regionuna olan ərazi iddialarının daim aktul olmasından xəbər verir.
N.BAYRAMLI
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33

