/ / Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu
Ulu öndər Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtması müasir tariximizdə dönüş nöqtəsi oldu
25.09.2018 [09:22]
Ümummilli liderimiz Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu
Xəbər verildiyi kimi, sentyabrın 21-də Milli Məclisdə Azərbaycan parlamentinin 100 illiyi münasibətilə təntənəli iclas keçirilib. Həmin iclasdakı çıxışında bir sıra mühüm və strateji məqamlara toxunan Prezident İlham Əliyev bildirib ki, 1991-ci ildə Sovet İttifaqının dağılması nəticəsində Azərbaycan XX əsrdə ikinci dəfə müstəqilliyə qovuşmuşdur. Ölkə Prezidenti həmçinin ikinci dəfə müstəqillik əldə olunandan sonrakı ilk illərin Azərbaycanda çox böyük fəlakətlərlə müşayiət olunduğunu da vurğulayıb. Həqiqətən də, 1991-ci ildə SSRİ-nin dağılmasından sonra müstəqillik qazanan ölkəmizdə istər iqtisadi, istərsə də siyasi böhranın hökm sürməsi, hakimiyyətdə olan qüvvələrin səriştəsizliyi və xalqla birgə olmaması suverenliyimizin yenidən itirilməsi təhlükəsini yaratmışdı. 1992-ci ildə baş vermiş dövlət çevrilişindən sonra isə vəziyyət daha da ağırlaşmışdı. Bunun nəticəsində isə Ermənistan tərəfindən torpaqlarımız işğal olundu, Azərbaycan iqtisadiyyatı tamamilə iflic oldu.
Belə çətin bir vəziyyətdə Azərbaycan xalqı yeganə nicat yolunu Ulu öndər Heydər Əliyevi yenidən hakimiyyətə dəvət etməkdə gördü. Məhz xalqımızın təkidi ilə 1993-cü ilin iyununda Naxçıvandan Bakıya qayıdan Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanı çətin sınaqlardan çıxardı, müstəqilliyimizi qoruyub saxladı. Beləliklə, həmin dövrdə bütün ölkəni, xalqı vahid ideologiya ətrafında birləşdirən Ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan dövləti problemləri dəf etməyə nail oldu. Uğurlu neft strategiyası ölkəmizin gələcək inkişafının möhkəm təməlinə çevrildi. Prezident İlham Əliyevin Azərbaycan parlamentinin 100 illiyi münasibətilə keçirilən təntənəli iclasdakı çıxışında bəyan etdiyi kimi, bütün dövrlərdə Heydər Əliyev xalqla birlikdə idi. Məhz buna görə ağır günlərdə, faciəvi günlərdə Azərbaycan xalqı Ona müraciət etmişdir: “1993-cü il iyunun 15-də bu salonda parlamentin iclasında Heydər Əliyev Azərbaycan parlamentinin Sədri vəzifəsinə seçilmişdir. Bir daha demək istəyirəm ki, müasir tariximizdə bu, dönüş nöqtəsi idi. Ondan sonra vəziyyət sabitləşməyə doğru getməyə başladı, vətəndaş müharibəsinə son qoyuldu, qanunsuz silahlı birləşmələr tərk-silah edildi, nizami ordu quruculuğu istiqamətində önəmli addımlar atıldı, Azərbaycan beynəlxalq təcriddən çıxa bildi. Çünki o vaxta qədər dünyadakı erməni lobbisi belə bir təsəvvür yaratmışdı ki, guya Azərbaycan təcavüzkar dövlətdir və Azərbaycan Ermənistana qarşı təcavüz edir. Halbuki bizim torpaqlarımız işğal altına düşürdü. Azərbaycana böyük həcmdə sərmayə qoyuluşunun təmin edilməsində Heydər Əliyevin müstəsna rolu var. Dünən biz “Əsrin kontraktı”nın 24-cü ildönümünü qeyd etdik və “Əsrin kontraktı” olmadan Azərbaycanın bugünkü sürətli inkişaf dinamikasını təsəvvür etmək mümkün deyil”.
Məsələ ilə bağlı fikirlərini bildirən Milli Məclisin deputatı Aydın Hüseynov da deyib ki, Ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu, məhz Ulu öndərin qayıdışından sonra müstəqilliyimiz təhlükədən xilas oldu və ölkədə sabitlik bərpa olundu. Millət vəkili qeyd edib ki, həmin dövrdə Ümummilli liderimizin həyata keçirdiyi mühüm işlər nəticəsində Azərbaycan inkişaf yoluna qədəm qoydu və dünyada tanınmağa başladı: “Əgər həmin çətin dövrdə Heydər Əliyev hakimiyyətə gəlməsəydi, Azərbaycan xalqının başına hansı faciələrin gələcəyini heç kim bilmirdi. O vaxt səriştəsiz hakimiyyətin fəaliyyəti nəticəsində Azərbaycanın müstəqilliyi təhdid altında idi, lakin Ulu öndər Heydər Əliyevin həyata keçirdiyi təxirəsalınmaz tədbirlər nəticəsində Azərbaycan bu bəlalardan qurtuldu və dövlət quruculuğu istiqamətində böyük işlər həyata keçirilməyə başlandı”.
A.Hüseynov vurğulayıb ki, bu gün Azərbaycanın elə bir guşəsi yoxdur ki, orada Ulu öndər Heydər Əliyevin əməyi, nişanəsi olmasın: “Ümummilli lider Heydər Əliyev həyatının böyük hissəsini Azərbaycan xalqına həsr edib və bu gün bütün sahələrdə Ulu öndərin əməyi özünü göstərir. Ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti bütöv bir tarixdir, Azərbaycan xalqı üçün örnəkdir”.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulan siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini deyən millət vəkili bildirib ki, məhz dövlət başçısının yorulmaz və qətiyyətli fəaliyyəti nəticəsində Azərbaycan dünyanın sayılıb-seçilən, qüdrətli dövlətlərindən birinə çevrilib.
Milli Məclisin deputatı Azər Badamov isə deyib ki, 1991-ci ildə yenicə müstəqillik əldə etmiş Azərbaycan qısa bir zamandan sonra xaosun, özbaşınalığın hökm sürdüyü bir ölkəyə çevrilmişdi. Bunun ən böyük səbəbi isə səriştəsiz hakimiyyət və idarəçilik bacarığının olmaması idi. A.Badamov qeyd edib ki, müstəqilliyimizin ilk illərində bir-birini sürətlə əvəz edən respublika rəhbərləri xalqın ürəyində həmişə yaşatdığı və həsrətində olduğu müstəqilliyi qoruyub saxlamaq, habelə möhkəmləndirmək üçün zəruri tədbirlər görmək, ölkənin iqtisadi gücündən və potensialından səmərəli istifadə etmək əvəzinə, milli maraqları şəxsi mənafeyə qurban verərək fəaliyyətdə və inkişafda olan hər şeyi dağıdırdılar: “Azərbaycan dövlətçiliyinin bu çətinliklərdən xilası yalnız Ulu öndər Heydər Əliyevin Bakıya gəlişi ilə mümkün ola bilərdi. Ümummilli liderimiz Heydər Əliyev bu məsuliyyəti Öz çiyinlərinə götürdü və 1993-cü ilin iyununda xalqının təkidli tələbi ilə yenidən siyasi hakimiyyətə qayıtdı. Məhz bundan sonra Azərbaycanda ictimai-siyasi sabitlik təmin edildi, bütün sahələrin inkişafına xidmət edən mühüm addımlar atıldı”.
Millət vəkili əlavə edib ki, Ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbə ilə ikinci dəfə siyasi hakimiyyətə qayıtması xalqımızın çoxəsrlik tarixinə taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil oldu: “Ulu öndər Heydər Əliyevin zamanında atdığı praqmatik addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin edilməsi və sistematik səciyyəli kompleks tədbirlərin görülməsi nəticə etibarilə yeni cəmiyyət və qeyri-formal milli dövlət quruculuğu prosesinin başlanmasını mümkün edən strateji faktor oldu. Ulu öndər Heydər Əliyev tarix baxımından çox qısa bir müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi və dönməz xarakter almasına nail oldu”.
Millət vəkili onu da bildirib ki, əsası Ümummilli liderimiz tərəfindən qoyulan inkişaf siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir: “Son 15 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz mühüm nailiyyətlər əldə edib, sosial-iqtisadi inkişafa nail olub, regionda lider ölkə statusunu qazanıb. Azərbaycan hazırda Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində özünəməxsus yeri olan önəmli bir ölkədir”.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxSosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54
Dünya
04 İyun 13:20
Dünya
04 İyun 13:08
Dünya
04 İyun 12:46
Dünya
04 İyun 12:30
Gündəm
04 İyun 12:19
Siyasət
04 İyun 12:04
İqtisadiyyat
04 İyun 11:50
Sosial
04 İyun 11:26
Gündəm
04 İyun 11:25
Xəbər lenti
04 İyun 11:01
Sosial
04 İyun 11:00
Sosial
04 İyun 10:54
Siyasət
04 İyun 10:36
Siyasət
04 İyun 10:13
MEDİA
04 İyun 09:55
İqtisadiyyat
04 İyun 09:53
Analitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05

