Qaradağ rayonu qış mövsümünə hazırlıq işlərini sürətləndirir
21.10.2009 [09:14]
Artıq bir neçə aydan sonra qış mövsümü başlayacaq. Bakı şəhərində və Abşeron yarımadasında qış fəsli çox sərt keçməsə də, müəyyən problemlər ortaya çıxır. Bu və ya digər problemlərin ortaya çıxmaması üçünsə, dövlət başçısı İlham Əliyevin göstərişilə bütün rayonlarda qışa hazırlıqla bağlı tədbirlər həyata keçirilir. Bu işlər isə cəmiyyətdə maraq doğurur, diqqətlə izlənilir... Bu səbəbdən Bakı şəhərinin rayonlarında həyata keçirilmiş işləri işıqlandırmaq məqsədilə ilk olaraq Qaradağ rayonunda olduq.
Qaradağ rayonunun təsərrüfat və kommunal xidməti sahələrinin 2009-2010-cu illərin payız-qış mövsümünə mütəşəkkil hazırlığının təşkili istiqamətində rayonun əlaqədar təşkilatları tərəfindən müəyyən işlər görülüb.
Rayonun istilik enerjisi ilə təchizatının mərkəzləşdirilmiş qaydada səmərəli təşkili məqsədilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin 10 saylı İstilik Sistemləri İstismarı Sahəsi tərəfindən bu istiqamətdə yenidənqurma işləri davam etdirilib. Rayonun Lökbatan, Sahil, Ələt qəsəbələrində 925 p/m məhəllədaxili istilik xətləri çəkilib, 1 710 p/m uzunluğunda binaların daxili şaquli istilik boruları və dayaqları yenisi ilə əvəz edilib, təhsil, səhiyyə və məktəbəqədər tərbiyə müəssisələrində əlavə müasir istilik radiatorları quraşdırılıb. Hazırda Qaradağ rayonu üzrə 24 çoxmərtəbəli yaşayış binası, 17 məktəbəqədər tərbiyə, 18 təhsil, 8 səhiyyə müəssisəsi cari payız-qış mövsümünə istilik enerjisilə və təbii qazla normal qızdırılmağa hazır vəziyyətdədir.
Cari payız-qış mövsümündə əhalinin və sosial əhəmiyyətli obyektlərin istiliklə yanaşı, enerjidaşıyıcıları, su, kanalizasiya və digər zəruri kommunal xidmətlərlə təchizatının yaxşılaşdırılması istiqamətində də xeyli məqsədyönlü işlər aparılıb.
Rayonun Lökbatan, Sahil, ümid, Qobustan, Qızıldaş və digər qəsəbələrində 11 500 metr aşağı, 7 132 metr yuxarı gərginlikli yeni hava naqilləri çəkilib, 1 500 metr yuxarı və 600 metr aşağı gərginlikli yeni kabel xətləri dəyişdirilib, 8 ədəd yeni kompleks transformator məntəqəsi, 6 ədəd güc transformatoru daha güclüsü ilə əvəz olunub, 60 ədəd 0,4 kv-luq dayaq və 1 ədəd əsaslı təmir olunmuş transformator quraşdırılıb, rayon üzrə 26 transformator məntəqəsində, o cümlədən, 12 yarımstansiyada avadanlıqlar təmir edilib və 12 000 metr uzunluğunda müxtəlif markalı kabel sayğaclaşmaya sərf olunub.
Elektrik enerjisi ilə yanaşı cari payız-qış mövsümündə rayon əhalisinin təbii qazla təchizatının yaxşılaşdırılması məqsədilə Lökbatan, Sahil, Qızıldaş və digər qəsəbələrdə müxtəlif diametrli 1 854 p/m uzunluğunda yeni qaz kəməri çəkilib, 825 p/m uzunluğunda məhəllədaxili qaz xətləri təmir olunub, 1 ədəd müasir tipli qaz-tənzimləyici şkaf quraşdırılıb və 2 ədəd siyirtmə dəyişdirilib.
Cari payız-qış mövsümündə əhalinin içməli su ilə təchizatının və kanalizasiya xidmətilə təminatının normallaşdırılması üçün rayonun Lökbatan, Sahil, ümid, çeyildağ, Qobustan və Qızıldaş qəsəbələrində 5 132 p/metr məhəllədaxili, 1 320 p/metr binadaxili su xətti və 10 su nasosxanası təmir edilib. Bundan əlavə, 375 p/metr yeni kanalizasiya kəməri çəkilib, 695 p/metr məhəllədaxili və 1 045 p/metr binadaxili kanalizasiya xəttinin, 48 quyunun təmiri və 38 ədəd lyukun quraşdırılması başa çatdırılıb.
2009-2010-cu illərin payız-qış mövsümünə hazırlıq çərçivəsində rayonda məişət və istehsalat tullantılarının yığılması, saxlanılması, daşınması və zərərsizləşdirilməsi sahəsində də müəyyən işlər görülüb. Məişət tullantılarının saxlanılması üzrə 16 yeni məntəqə tikilib, 35 məntəqə əsaslı təmir edilib və 100 ədəd xüsusi konteyner alınaraq müvafiq ərazilərə qoyulub.
Rayonun mənzil fondunun, binadaxili və binaətrafı ərazilərin, eləcə də küçələrin və yolların 2009-2010-cu illərin payız-qış mövsümünə hazırlığı təmin olunması məqsədilə rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi və digər tabeli Mənzil İstismar Sahələri tərəfindən müəyyən işlər görülüb.
Uzun illərdən bəri fasadları və dam örtükləri yararsız vəziyyətdə olan bir sıra çoxmərtəbəli yaşayış evlərində təmir işləri aparılıb, binalarda 320 ədəd yeni giriş qapıları, 54 ədəd pəncərə quraşdırılıb, blok qəfəslərində 2 950 kv.metr şüşələnmə işləri görülüb və müxtəlif növlü 22 157 kv.metr dam örtüyü yenisi ilə əvəz olunub, mövcud olan liftlər əsaslı təmir olunub və hazırda işlək vəziyyətdədir.
Cari payiz-qış mövsümünə hazırlıq işləri çərçivəsində Lökbatan, Sahil, Qobustan, Ələt, Korgöz, Qızıldaş və Müşfiqabad qəsəbələrində müxtəlif küçələrə və məhəllədaxili yollara ümumilikdə 61 600 kv. metr sahəyə 11,6 km. uzunluğunda yeni asfalt örtüyü döşənib, piyada səkilərinə 2 500 kv. metr bəzəkli tamet düzülüb və 2 200 kv.metr sahəyə yeni qazon salınıb. Eyni zamanda, respublikanın aidiyyatı olan qurumları tərəfindən Bakı-Astara (Qazax) magistral avtomobil yolunun rayon ərazisindən keçən hissəsində 53 000 kv.metr sahəyə 9,0 km. uzunluğunda yeni asfalt örtüyü döşənib və Lökbatan-Xocahəsən yolunda əsaslı təmir işləri başa çatdırılmaqdadır.
Həll olunması vacib olan problemlər...
Göründüyü kimi, Qaradağ rayonunda rayon əhalisinin qışda istilik, qaz, elektrik, su və kanalizasiya problemlərilə qarşılaşmaması üçün işlər həyata keçirilib. Amma rayonda olarkən, gördüyümüz problemləri də qeyd etməliyik. çünki, bu yolla bəlkə də, aidiyyatı olan orqanlar mövcud problemləri aradan qaldırmaq üçün hərəkətə gələ və iş görələr...
Belə ki, rayonun istilik enerjisi ilə təchizatı sistemində aparılan yenidənqurma işlərinin sürətinin və keyfiyyətinin artırılmasına böyük ehtiyac var. Bunun üçün də ilk növbədə rayon qurumu olan 10 saylı İstilik Sistemləri İstismarı Sahəsinin maddi-texniki bazası, maliyyə təchizatı və kadr potensialı gücləndirilməli, digər qurumlarla birgə bütün imkanlar əhalinin və sosial əhəmiyyətli obyektlərin cari qış mövsümündə istiliklə normal təmin olunmasına yönəldilməlidir.
Eyni zamanda, rayonun ayrı-ayrı qəsəbələrində və yaşayış məntəqələrində əhalinin enerjidaşıyıcıları ilə təchizatında, xüsusilə də, elektrik enerjisinin gərginliyinin səviyyəsində, təbii qazın təzyiqində və istehlak üzrə ödənişdə müəyyən problemlər hələ də qalmaqdadır ki, rayonun elektrik və qaz təsərrüfatlarının rəhbərləri tabeliyində olduqları müvafiq baş idarələrin və səhmdar cəmiyyətlərin potensialından daha səmərəli istifadə etməklə onların yaxın vaxtlarda həllinə nail olmalıdırlar.
Rayonun bəzi qəsəbələrində, xüsusilə də mərkəzdən uzaq yaşayış massivlərində məişət tullantılarının vaxtında yığılmaması və daşınmaması, bu işə nəzarətin zəif təşkili səbəbindən bir sıra ünvanlarda antisanitariya vəziyyəti yaranır ki, bu kimi halların aradan qaldırılması üçün rayon Mənzil Kommunal Təsərrüfatı Birliyi tərəfindən qəsəbə nümayəndəlikləri və bələdiyyələrlə birgə daha təsirli tədbirlər görülməlidir.
Bununla belə, rayon ərazisindəki bir sıra çoxmərtəbəli yaşayış binalarının dam örtüklərinin, bacalarının, zirzəmilərinin, blok qəfəslərinin və bütövlükdə fasadlarının müasir üslubda əsaslı təmir olunmasına ehtiyac qalmaqdadır ki, bunun üçün də həmin binaların balans sahibi olan rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin və digər tabeli Mənzil İstismar Sahələrinin rəhbərləri baş idarələri ilə birgə əlavə tədbirlər görməlidirlər.
Cari qış mövsümündə sərt qarlı hava şəraitində fövqəladə tədbirlərın operativ şəkildə həyata keçirilməsi üçün rayonun qəsəbələrində, idarə, müəssisə və təşkilatlarda xüsusi qərargahlar yaradılmalı, zəruri texnika, nəqliyyat vasitələri səfərbər edilməli, qum, duz və sair materialların tədarükü təşkil olunmalıdır.
Eyni zamanda, Qaradağ rayon İcra Hakimiyyəti və onun müvafiq qurumları tərəfindən daxili imkanlar hesabına rayonda kanalizasiya təchizatının normallaşdırılması məqsədilə xeyli iş görülsə də, bu sahədə uzun illər həllini gözləyən bir sıra problemlər hələ də qalmaqdadır. çünki, Kanalizasiya İdarəsi Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin tabeliyində fəaliyyət göstərir. İdarə təsərrüfat hesablıdır. İdarənin maliyyə mənbəyi əhaliyə göstərilən kanalizasiya xidmətlərinə görə yığılan vəsait və təşkilatlarla bağlanmış müqavilələr əsasında göstərilən kanalizasiya xidmətlərinə görə ödənişdən formalaşır. Kanalizasiya xidmətinə görə tarifin çox aşağı olması səbəbindən (normativlə hər adambaşına 24 qəpik, sayğacla isə hər 1 m3 suya 4 qəpik) yığılan az vəsaitlə yaranan problemləri həll etmək mümkün olmur. Bu problemin həlli məqsədilə Kanalizasiya İdarəsinin Qaradağ rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin balansından “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin balansına verilməsinə və idarənin maddi-texniki bazasının möhkəmləndirilməsinə, maliyyə-təchizat resurslarının artırılmasına köməklik göstərilməsi üçün Qaradağ Rayon İcra Hakimiyyəti tərəfindən Nazirlər Kabinetinə müraciət olunub. Qeyd olunduğu kimi, rayonun su təsərrüfatında və kanalizasiya sistemində uzun müddətdir ki, həllini gözləyən və sakinlərin haqlı narazılığına səbəb olan bir sıra problemlər hələ də qalmaqdadır. Belə ki, rayon mərkəzi də daxil olmaqla, demək olar ki, bütün qəsəbələrin məhəllədaxili su və kanalizasiya xətləri uzun illərdir fasiləsiz və təmirsiz istismar olunduğundan yararsız vəziyyətdədir və artmaqda olan tələbatı qətiyyən ödəmir. Bu sahələrdə yaxın vaxtlarda əsaslı dönüşün yaradılması zəruridir. Bu sahəyə cavabdeh rayon qurumlarının, xüsusilə də su təsərrüfatının hazırkı durumu, maddi-texniki təchizatı, maliyyə resursları, kadr potensialı və bütövlükdə idarəetmədə olan pərakəndəlik həmin problemlərin həllinə imkan vermədiyindən müvafiq orqanlar tərəfindən ən yaxın vaxtlarda qəti tədbirlər görülməlidir.
Bir sözlə, Qaradağ rayonunda qışa hazırlıq işləri tam başa çatmasa da, rayon rəhbərliyi tərəfindən böyük işlər görülüb. 2009-2010-cu illərin payız-qış mövsümündə əhalinin və sosial əhəmiyyətli obyektlərin enerjidaşıyıcıları, təsərrüfat və kommunal xidmətlərlə normal təchizatının təmin olunması üçün Qaradağ rayon İcra Hakimiyyəti və aidiyyatı olan rayon qurumları uğurlu işlər seriyasını davam etdirəcək və həllini gözləyən problemlər aradan qaldırılacaq.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına bax
Hadisə
20 Sentyabr 21:25

YAP xəbərləri
20 Sentyabr 21:14

Dünya
20 Sentyabr 20:18

YAP xəbərləri
20 Sentyabr 20:04

Xəbər lenti
20 Sentyabr 19:23

YAP xəbərləri
20 Sentyabr 19:15

YAP xəbərləri
20 Sentyabr 19:13

YAP xəbərləri
20 Sentyabr 19:09

YAP xəbərləri
20 Sentyabr 19:03

YAP xəbərləri
20 Sentyabr 18:58

İdman
20 Sentyabr 18:36

YAP xəbərləri
20 Sentyabr 17:28

Xəbər lenti
20 Sentyabr 17:12

YAP xəbərləri
20 Sentyabr 16:36

YAP xəbərləri
20 Sentyabr 15:29

Gündəm
20 Sentyabr 15:25

YAP xəbərləri
20 Sentyabr 14:41

YAP xəbərləri
20 Sentyabr 14:28

YAP xəbərləri
20 Sentyabr 13:54

Gündəm
20 Sentyabr 13:39

YAP xəbərləri
20 Sentyabr 13:22

Gündəm
20 Sentyabr 13:08

Gündəm
20 Sentyabr 12:56

YAP xəbərləri
20 Sentyabr 12:51

YAP xəbərləri
20 Sentyabr 12:38

Gündəm
20 Sentyabr 12:35

Gündəm
20 Sentyabr 12:16

Gündəm
20 Sentyabr 11:58

MEDİA
20 Sentyabr 11:35
YAP xəbərləri
20 Sentyabr 11:24

Sosial
20 Sentyabr 11:19

YAP xəbərləri
20 Sentyabr 11:06

Analitik
20 Sentyabr 10:53

Analitik
20 Sentyabr 10:34

Analitik
20 Sentyabr 10:15

YAP xəbərləri
20 Sentyabr 09:54

Analitik
20 Sentyabr 09:29

Analitik
20 Sentyabr 09:12

Sosial
20 Sentyabr 08:56

Ədəbiyyat
20 Sentyabr 08:32

Gündəm
20 Sentyabr 00:34

YAP xəbərləri
19 Sentyabr 23:19

Siyasət
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:15

YAP xəbərləri
19 Sentyabr 22:00

YAP xəbərləri
19 Sentyabr 21:14

YAP xəbərləri
19 Sentyabr 20:42

YAP xəbərləri
19 Sentyabr 20:10

YAP xəbərləri
19 Sentyabr 19:07

Xəbər lenti
19 Sentyabr 18:49

Dünya
19 Sentyabr 18:25

YAP xəbərləri
19 Sentyabr 18:01

YAP xəbərləri
19 Sentyabr 18:00

Xəbər lenti
19 Sentyabr 17:54

Dünya
19 Sentyabr 17:19

Elm
19 Sentyabr 17:09

YAP xəbərləri
19 Sentyabr 17:06

YAP xəbərləri
19 Sentyabr 17:05

YAP xəbərləri
19 Sentyabr 17:03

Dünya
19 Sentyabr 16:51

Dünya
19 Sentyabr 16:22

YAP xəbərləri
19 Sentyabr 16:11

YAP xəbərləri
19 Sentyabr 16:04

Dünya
19 Sentyabr 15:33

Dünya
19 Sentyabr 15:12

YAP xəbərləri
19 Sentyabr 15:02

YAP xəbərləri
19 Sentyabr 15:01

YAP xəbərləri
19 Sentyabr 15:00

Dünya
19 Sentyabr 14:48

Formula 1
19 Sentyabr 14:47
