Professor Oleq Kuznetsov: SSRİ DTK da daşnakları təhlükəli hesab edib
21.09.2018 [09:02]
Sentyabrın 20-də rusiyalı tarixçi və hüquqşünas, professor Oleq Kuznetsov “Ermənistan: Faşizm tüğyan edən ölkə” mövzusunda mətbuat konfransı keçirib.
AZƏRTAC xəbər verir ki, rusiyalı tarixçi alim konfransda SSRİ Xalq Daxili İşlər Komissarlığının (XDİK) 1930-cu illərdəki arxivində erməni daşnaklarına aid faktlarla bağlı məlumat verib. O.Kuznetsov bildirib ki, 1930-cu illərin əvvəllərində bolşevik Rusiyasında daşnaklara xüsusi rəğbət olub. Məxfi hesabatlarda qeyd olunub ki, daşnaklar özlərini bolşeviklərə ideoloji tərəfdaş kimi göstərməyi bacarıblar. Rusiyalı alimin fikrincə, 1930-cu illərin ortalarında Adolf Hitler Almaniyada iqtidara gəldikdən sonra Daşnak partiyasının liderlərindən olan Qaragen Nijde ABŞ-ın Boston ştatında irqçi təşkilat yaradıb. O.Kuznetsov SSRİ Xalq Daxili İşlər Komissarlığının 1935-ci il arxiv materiallarını konfrans iştirakçılarının diqqətinə çatdıraraq deyib ki, Nijde ermənilərin dünyanın əksər millətlərindən üstün olduğunu bəyan edirmiş. Hətta onun ideologiyasına görə, ermənilər ari irqin nümayəndələri kimi digər xalqları məhv etmə səlahiyyətinə malikdir. Q.Nijdenin bu cür sərsəm fikirlərindən sonra o, ABŞ-dan qovulub.
Məxfi sənədlər əsasında danışan Kuznetsov diqqətə çatdırıb ki, daha sonra qatı erməni millətçisi Almaniyada o zaman faşizmin mərkəzi olan Münxen şəhərində məskunlaşır. Məhz irqçi fikirlərinə görə, 1936-cı ildə Hitler hakimiyyəti tərəfindən himayə olunur. Həmin dövrlərdə faşizmin təbliği ilə bağlı çoxlu sayda məqalənin yazılması barədə faktların SSRİ XDİK-nin arxivlərində yer aldığını deyən rusiyalı qonaq bildirib ki, erməni faşizmi XX əsrin ortalarında tam şəkildə formalaşmışdı.
Oleq Kuznetsovun sözlərinə görə, SSRİ XDİK-i 1930-cu illərin sonlarında artıq bundan narahat olmağa başlayıb. Bu səbəbdən SSRİ-dəki daşnaklara qarşı kütləvi repressiyalar aparılıb. Rusiyalı tarixçinin araşdırmalarına görə, hətta SSRİ təhlükəsizlik orqanları siyahı tərtib edərək daşnakları 3 qrupa bölüb. Bu qruplardan ən təhlükəliləri Daşnaksutyun partiyasının üzvləri, sonra 1921-ci ildə daşnak üsyanında iştirak edən şəxslər və üçüncüsü daşnak ideologiyasına meyil göstərənlər idi.
Tarixçi alim deyib: “DTK-nın İkinci Dünya müharibəsi ilə bağlı arxiv sənədlərindən aydın görmək olur ki, erməni daşnakları həmin dövrlərdə xüsusi qəddarlıqla kütləvi qırğınlar törədiblər. Alman faşistləri ilə birlikdə əsir düşərgələrindəki insanlara işgəncələr verilməsində və sovet ordusuna qarşı döyüş əməliyyatlarında iştirak ediblər”.
O.Kuznetsov Nijdenin Birinci Dünya müharibəsi illərində də xüsusi vəhşiliklər törətdiyini bildirib. 1912-1913-cü illərdə Balkan müharibəsində bir sıra Avropa ölkələrinin xüsusi xidmət orqanlarının hazırladığı hesabatda Nijdenin Bolqarıstan dövləti ərazisində türk kəndlərində törətdiyi amansız qırğınlar faktlarla göstərilib.
Xəbər lenti
Hamısına baxAnalitik
04 İyun 09:32
Analitik
04 İyun 09:15
Sosial
04 İyun 08:51
Sosial
04 İyun 08:36
İdman
04 İyun 08:01
Dünya
04 İyun 07:52
Hadisə
04 İyun 07:21
Hadisə
04 İyun 06:45
Dünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Siyasət
03 İyun 20:09
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45

