Haynts-Kristian Ştraxe: Azərbaycan Cənubi Qafqazda Avstriyanın əsas ticarət tərəfdaşıdır
19.09.2018 [09:50]
Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədov sentyabrın 18-də ölkəmizdə səfərdə olan Avstriyanın vitse-kansleri Haynts-Kristian Ştraxe ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Oqtay Əsədov bu səfərin ölkələrimiz arasındakı münasibətlərin inkişafına töhfə verəcəyini deyib. Avstriya-Azərbaycan əlaqələrinin yüksələn xətlə inkişaf etdiyini söyləyən Milli Məclisin sədri münasibətlərin genişləndirilməsində ölkə başçılarının qarşılıqlı səfərlərinin mühüm rolu olduğunu xüsusi qeyd edib. Milli Məclisin sədri əlaqələrimizin inkişafı nəticəsində iki ölkə arasında möhkəm hüquqi baza yarandığını diqqətə çatdırıb. Bildirilib ki, 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 200 milyon dollar olub. Təqdirəlayiq haldır ki, bu ilin 6 ayı ərzində bu rəqəm daha yüksək olub. Oqtay Əsədov qarşılıqlı səfərlərin, biznes forumların ticarət dövriyyəsinin həcminin artırılmasında faydalı olacağına əminliyini ifadə edib.
Oqtay Əsədov Azərbaycanın Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, TAP, TANAP kimi mühüm layihələrin təşəbbüskarı olduğunu deyib. Milli Məclisin sədri bildirib ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır.
Parlamentlərarası əlaqələrdən söz açan Oqtay Əsədov bu münasibətlərin razılıq doğurduğunu söyləyib. Sentyabrın 21-də Bakıda Azərbaycan parlamentinin yaradılmasının 100 illik yubileyinin qeyd ediləcəyini xatırladan Milli Məclisin sədri Avstriya nümayəndə heyətinin də bu tədbirdə iştirakını məmnunluqla qeyd edib.
Parlamentin sədri Azərbaycanın regionda iqtisadı cəhətdən sürətlə inkişaf etdiyini, Cənubi Qafqazın iqtisadi potensialının 75 faizinin ölkəmizin payına düşdüyünü vurğulayıb.
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi və onun həlli ilə bağlı danışıqlar prosesi barədə məlumat verən Oqtay Əsədov qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi bütün dünyada tanınır. “Biz münaqişənin sülh yolu ilə həllinə ümidimizi itirməmişik, səylərimizi artırırıq. İnanırıq ki, bu istiqamətdə Avstriya da ölkəmizə dəstək verəcək”, - deyə Milli Məclisin sədri bildirib.
Ölkələrimiz arasındakı əlaqələrin inkişafına toxunan vitse-kansler Haynts-Kristian Ştraxe deyib ki, yüksək səviyyəli qarşılıqlı səfərlər, 2010-cu ildə Avstriyanın Azərbaycanda səfirliyinin açılması bu münasibətlərin daha da genişləndirilməsinə mühüm töhfə verib. O bildirib ki, səfərin əsas məqsədi bu əlaqələri daha da dərinləşdirməkdir. Vitse-kansler vurğulayıb ki, Azərbaycan Cənubi Qafqaz regionunda Avstriyanın əsas ticarət tərəfdaşıdır. Bu sahədə olan geniş potensial imkanlar gələcəkdə ticarət dövriyyəsi həcminin artırılmasını zəruri edir. Avstriya Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə əməkdaşlıqda maraqlıdır. Haynts-Kristian Ştraxe Avstriyanın nəqliyyat, dəmir yolu, su, ekologiya, internet texnologiyalarının inkişafı, tullantıların emalı, onların enerji sahəsindəki istifadəsi istiqamətində ölkəmizlə əməkdaşlığa hazır olduğunu söyləyib. Vitse-kansler ölkəsinin regional münaqişələrin və Dağlıq Qarabağ probleminin beynəlxalq hüquq normaları çərçivəsində sülh yolu ilə həllinə tərəfdar olduğunu deyib.
Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev, Avstriya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Cavid Qurbanov, ölkəmizin Avstriyadakı səfiri Qalib İsrafilov və digər rəsmi şəxslər iştirak ediblər.
Xəbər lenti
Hamısına baxDünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33
Gündəm
25 İyul 12:28
Gündəm
25 İyul 11:50
Gündəm
25 İyul 11:35
Siyasət
25 İyul 11:13
Sosial
25 İyul 10:52
Siyasət
25 İyul 10:34
Gündəm
25 İyul 10:18
Analitik
25 İyul 09:59
Analitik
25 İyul 09:32
Ədəbiyyat
25 İyul 09:15
Ədəbiyyat
25 İyul 08:50
Ədəbiyyat
25 İyul 08:37
YAP xəbərləri
24 İyul 23:50
YAP xəbərləri
24 İyul 23:44
Dünya
24 İyul 23:31
Sosial
24 İyul 23:17
Dünya
24 İyul 22:59
Dünya
24 İyul 22:20
İqtisadiyyat
24 İyul 22:06
Dünya
24 İyul 21:43
Dünya
24 İyul 21:33
Dünya
24 İyul 21:16
Dünya
24 İyul 20:58
Dünya
24 İyul 20:25
Dünya
24 İyul 20:10
Dünya
24 İyul 19:41
Dünya
24 İyul 19:30
Dünya
24 İyul 19:17
Dünya
24 İyul 18:32
YAP xəbərləri
24 İyul 18:12
Dünya
24 İyul 17:25
Dünya
24 İyul 16:19
Xəbər lenti
24 İyul 16:02
Dünya
24 İyul 15:22
Dünya
24 İyul 15:01
Dünya
24 İyul 14:46
YAP xəbərləri
24 İyul 14:39
YAP xəbərləri
24 İyul 14:32
Dünya
24 İyul 14:31
YAP xəbərləri
24 İyul 14:25
YAP xəbərləri
24 İyul 14:17
YAP xəbərləri
24 İyul 14:13
Siyasət
24 İyul 14:00
Dünya
24 İyul 13:59
Siyasət
24 İyul 13:59
Sosial
24 İyul 13:57
Siyasət
24 İyul 13:56
İqtisadiyyat
24 İyul 13:34
Xəbər lenti
24 İyul 13:32
Sosial
24 İyul 13:31
YAP xəbərləri
24 İyul 13:29
YAP xəbərləri
24 İyul 13:27
Dünya
24 İyul 13:22
Dünya
24 İyul 12:46
Sosial
24 İyul 12:41
YAP xəbərləri
24 İyul 12:22
Elm
24 İyul 12:20
Mədəniyyət
24 İyul 12:16
Dünya
24 İyul 12:14
Gündəm
24 İyul 11:59
İqtisadiyyat
24 İyul 11:38
Sosial
24 İyul 11:37
Siyasət
24 İyul 11:26
Hadisə
24 İyul 11:24
Gündəm
24 İyul 11:20
Siyasət
24 İyul 10:43

