/ / Ermənistan rəhbərliyinin populist və ziddiyyətli bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmağa hesablanıb
Ermənistan rəhbərliyinin populist və ziddiyyətli bəyanatları Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı danışıqlar prosesini pozmağa hesablanıb
13.09.2018 [09:05]
Prezident İlham Əliyev: Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək
Cənubi Qafqazın lider dövləti olan, yüksək beynəlxalq nüfuza malik Azərbaycanın xarici siyasət kursunun strateji prioritetlərindən birini Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında, yəni ölkəmizin ərazi bütövlüyü çərçivəsində həlli təşkil edir. Başqa sözlə, beynəlxalq hüquqa və ədalətə söykənərək Dağlıq Qarabağ münaqişəsinin ərazi bütövlüyü prinsipi əsasında həllinə nail olmaq Azərbaycan üçün başlıca prinsipial və prioritet məsələlərdən biridir. Azərbaycan bu istiqamətdə qətiyyətli mövqeyini, ölkəmizin ərazi bütövlüyünün bərpa olunması üçün çoxşaxəli fəaliyyətini davam etdirir. Azərbaycan dövləti bütün diplomatik imkanlardan və beynəlxalq tribunalardan istifadə edərək Dağlıq Qarabağ münaqişəsinin həllinin zəruriliyini daim diqqətə çatdırır. Ümumiyyətlə, Ermənistanın hərbi təcavüzü nəticəsində meydana çıxan, Azərbaycanın ayrılmaz tərkib hissəsi olan Dağlıq Qarabağ və yeddi ətraf rayonun işğal edilməsi, bir milyondan artıq soydaşımızın qaçqın və məcburi köçkün həyatı yaşamağa məhkum olması ilə nəticələnən bu münaqişənin həlli strateji zərurətdir. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın mövqeyi qəti və birmənalıdır. Münaqişə ölkəmizin ərazi bütövlüyü çərçivəsində və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında öz həllini tapmalıdır. Çünki Dağlıq Qarabağ həm tarixi, həm də məhz hüquqi baxımdan Azərbaycanın ayrılmaz tərkib hissəsidir.
Paşinyanın Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli çıxışları danışıqların ruhuna və beynəlxalq qanunvericiliyin tələblərinə ziddir
Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin həlli ilə bağlı bütün görüşlərdə və danışıqlarda siyasi iradə nümayiş etdirərək konfliktin nizamlanması yolunda konstruktiv mövqe sərgiləyib. Ölkəmiz Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq normaları əsasında ədalətli həllini tələb edir. Ermənistan isə qeyri-konstruktiv mövqe ilə danışıqlar prosesini pozmağa cəhd edir. Bu ölkənin yeni baş naziri fəaliyyətə başladığı ilk günlərdən Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ziddiyyətli bəyanatlar səsləndirir, bu məsələ ilə əlaqədar populist xarakterli çıxışlar edir ki, bütün bunlar bu günə kimi aparılmış danışıqların ruhuna, beynəlxalq qanunvericiliyin tələblərinə tamamilə ziddir.
Bunlarla yanaşı, Nikol Paşinyanın “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi həm absurddur, həm də qəbuledilməzdir. Bəllidir ki, Azərbaycanın əraziləri Ermənistan tərəfindən işğal edilib və Dağlıq Qarabağdakı qondarma rejimin arxasında işğalçı Ermənistan durur. Yəni ortada işğal faktı var - Ermənistan işğalçı siyasətini davam etdirir, belə olan halda, Azərbaycan yalnız Ermənistanla danışıqlar apara bilər. Göründüyü kimi, Paşinyanın bu cür absurd və heç bir məntiqə sığmayan, reallıqlara əsaslanmayan iddiaları, sadəcə olaraq, danışıqlar prosesini pozmaq məqsədinə xidmət edir.
Digər tərəfdən, N.Paşinyanın Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olmasına dair absurd bəyanatları da Ermənistan rəhbərliyinin beynəlxalq qanunlara, dünya ictimaiyyətinə, özəlliklə də ATƏT-in Minsk qrupu həmsədrlərinə hörmətsizliyinin bariz nümunəsidir. Onun ziddiyyətli fikirləri, əslində, Ermənistan tərəfinin bu məsələ ilə bağlı siyasi manipulyasiyasını nümayiş etdirir. Lakin Ermənistanın rəhbərliyi anlamalıdır ki, danışıqlar prosesini pozmağa hesablanmış bu cür mövqe və yanaşma ilə münaqişənin beynəlxalq hüquq normalarına əsasən - ədalətli həllinə mane ola bilməzlər.
Paşinyan Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu kompensasiya etmək üçün absurd və məsuliyyətsiz bəyanatlar verir
Görünür, ard-arda diplomatik məğlubiyyətlərə düçar olan Ermənistanın baş naziri N.Paşinyan son Rusiya səfəri zamanı üzləşdiyi uğursuzluğu kompensasiya etmək üçün cəfəng və məsuliyyətsiz bəyanatlar verir, bununla da ölkə əhalisi arasında “nüfuzu”nu qorumağa çalışır. Amma həm də reallıq budur ki, populist vədlər verərək hakimiyyətə gələn Paşinyan mövcud reallıqları dərk etməyə başlayıb və düşdüyü mürəkkəb durumu necə həll edəcəyini bilmir. Buna görə də daxili auditoriyanı müxtəlif vədlər, eləcə də pafoslu ritorika ilə manipulyasiyaya məruz qoymağa çalışan Paşinyan “müvəqqəti xilas yolu”nu Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə bağlı ziddiyyətli bəyanatlar verməkdə görür. Paşinyan bu addımlarla həm də Azərbaycanın uğurlu xarici siyasətinin, xüsusilə Prezident İlham Əliyevin Soçi səfərində əldə olunmuş mühüm nəticələrin effektini azaltmağa çalışır.
Əlbəttə, ATƏT Ermənistan rəhbərliyinin bu cür təhlükəli, məsuliyyətsiz bəyanat və iddialarına konkret münasibət bildirməlidir. Eyni zamanda, işğalçı ölkənin rəhbərliyi bundan sonrakı dövrdə də danışıqlar prosesini pozmağa davam edəcəksə, bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək. Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 12-də ATƏT-in baş katibi Tomas Qremingeri qəbulu zamanı bu məsələlər diqqət mərkəzində olub. Prezident İlham Əliyev qeyd edib ki, Ermənistanın yeni baş nazirinin fəaliyyətə başladığı ilk günlərdən münaqişənin həlli ilə əlaqədar verdiyi ziddiyyətli bəyanatlar ən azı təəccüb doğurur. Xüsusilə “Azərbaycan qondarma “Dağlıq Qarabağ Respublikası” ilə danışıqlar aparmalıdır” tezisi qəbuledilməzdir. Bu, onu göstərir ki, Ermənistan rəhbərliyi danışıqları pozmaq istəyir. Azərbaycanın işğal edilmiş rayonlarının guya qondarma “Dağlıq Qarabağ Respublikası”nın tərkib hissəsi olması kimi bəyanatları da Azərbaycan qətiyyətlə rədd edir və Azərbaycan ATƏT-i bu təhlükəli bəyanatlara reaksiya verməyə çağırır. Ümumiyyətlə, Azərbaycan tərəfində belə bir qənaət yaranıb ki, Paşinyan hər vasitə ilə danışıqlar prosesini pozmağa çalışır. Belə olan təqdirdə bunun bütün məsuliyyəti Ermənistan tərəfinin və şəxsən Paşinyanın üzərinə düşəcək.
Paşinyanın qısamüddətli rəhbərliyi Ermənistanda tənəzzül və xaosun dərinləşməsini şərtləndirib
Reallıq ortadadır və mənzərə kifayət qədər aydındır: populist vədlərlə - insan hüquq və azadlıqlarının, hüququn aliliyinin, demokratik dəyərlərin təmin olunacağı, iqtisadi inkişafa şərait yaradılacağı və digər bu kimi şüarlarla hakimiyyətə gələn Paşinyanın qısamüddətli rəhbərliyi dövründə işğalçı ölkədə vəziyyət daha da gərginləşib, diplomatik məğlubiyyətlərin sayı isə durmadan artır. Özündən əvvəlki hakimiyyət mənsublarına qarşı repressiyaların təşkili, demokratiya adı altında insan haqlarının kütləvi şəkildə pozulması hallarının davamlı olaraq artması, siyasi rəqiblərinin qeyri-qanuni yollarla neytrallaşdırılması, faktiki olaraq diktatura üsul-idarəsinin tətbiq edilməsi, iqtisadi tənəzzülün dərinləşməsi, işğalçı ölkədə sosial-iqtisadi vəziyyətin daha da pisləşməsi - Paşinyanın hakimiyyətdə olduğu qısa müddəti əyani şəkildə təsvir edən aşkar reallıqlardır.
Gerçəklik bundan ibarətdir ki, öz işğalçı siyasəti səbəbindən regiondakı bütün layihələrdən kənarda qalan Ermənistan indi ciddi siyasi, iqtisadi problemlərlə qarşı-qarşıyadır. İşğalçı ölkədə siyasi müstəvidə hökm sürən gərginlik, xarici siyasətin tamamilə iflasa uğraması iqtisadi problemləri daha da kəskinləşdirməklə yanaşı, bütün sahələrin faktiki iflasını şərtləndirib. Buna paralel olaraq ictimai-siyasi kataklizmlər daha da güclənməkdədir. Bütövlükdə, mövcud reallıqlar Ermənistanın yeni siyasi kataklizmlərə sürükləndiyini göstərir. Əlbəttə, bütün regional layihələrdən təcrid durumuna düşən, siyasi, sosial və iqtisadi problemlər məngənəsində olan, yeni siyasi kataklizmlərə sürüklənən və hakimiyyət böhranı ilə qarşı-qarşıya qalan Ermənistanın yeganə çıxış yolu işğalçı siyasətdən əl çəkməkdir. Başqa sözlə, Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərindən qoşunlarını dərhal çıxarmalıdır. Bu gün bütün regional layihələrdən təcrid olunan - bölgədə blokada vəziyyətində olan Ermənistanın bir sıra dairələri mövcud hakimiyyətin işğalçılıq siyasətindən imtina etməsini yeganə çıxış yolu kimi göstərirlər. Diqqətə çatdırılır ki, mövcud reallıqlar Ermənistanın işğalçılıq siyasətindən əl çəkməsinin zəruriliyini əks etdirir.
ATƏT Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına biganə yanaşmamalıdır
Bütövlükdə, Ermənistanın yeni rəhbərliyinin danışıqlar prosesini pozmağa hesablanmış cəhdləri yolverilməzdir. Bu məqsədlə beynəlxalq hüquq normalarına zidd olan yanaşmalar və hərəkətlərə son qoyulmalıdır. Xüsusilə də, ATƏT bu kimi hallara biganə yanaşmamalıdır. Müvafiq təsir imkanlarından istifadə edilməklə Ermənistanın yeni hakimiyyətinin özbaşınalığına son qoyulmalıdır. Ümumiyyətlə, ATƏT-in Minsk qrupu münaqişənin həlli istiqamətində təxribatçı fəaliyyət göstərən Ermənistana təsir etmək üçün kifayət qədər resurslara malikdir. Eləcə də beynəlxalq hüquq normaları - BMT-nin qətnamələri, qəbul edilmiş digər qərar və qətnamələr, ATƏT-in Helsinki Yekun Aktı da imkan verir ki, işğalçı dövlətə qarşı xüsusi tədbirlər görülsün.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

