AKP hakimiyyəti ermənilərə xoş gəlmək üçün Azərbaycan bayrağının təhqir edilməsindən çəkinmədi
17.10.2009 [15:08]
14 oktyabr 2009-cu il tarixi hələ uzun müddət medianın gündəmindən düşməyəcək, bu barədə dəfələrlə yazılar yazılacaq, yorumlar olacaq. çünki, həmin tarixdə Bursanın Atatürk stadionunda Türkiyə ilə Ermənistan milliləri arasında keçirilmiş futbol oyunu ərəfəsində Azərbaycanın milli rəmzi - bayrağı təhqir olundu, Hakim Ədalət və İnkişaf Partiyası AKP həm Türkiyə, həm də Azərbaycan xalqının maraqlarını ayaq altına ataraq qurucusu Atatürk olan bir dövləti ermənilər qarşısında biabır etdi...
Hələ ötən il Azərbaycanın ən yaxın dostu, strateji müttəfiqi Türkiyə dövlətinin prezidenti Abdullah Gül “Bir millət, iki dövlət” və “Azərbaycanın kədəri kədərimiz, sevinci sevincimizdir” kimi tarixi əlaqələrimizi bəlirləyən postulatları unudaraq həm ölkəmizin, həm də dost ölkə Türkiyənin ərazisində gözü olan, insanları qətlə yetirən düşmən ölkə - Ermənistana səfər edərkən, Azərbaycan ictimaiyyəti haqlı narazılıqlarını bildirmişdi. O zaman hələ ortada nə protokol, nə də sərhədlərin açılması məsələsi var idi. Amma Azərbaycan xalqı etiraz edərək AKP-dən qardaşlığa cavab tələb etmişdi. Lakin bu dəfə Ermənistan prezidentinin Türkiyəyə səfər etməsini və bütün telekanalların obyektivi qarşısında Azərbaycanın bayrağının təhqir olunmasını yalnız, AKP hakimiyyətinin Azərbaycana arxadan vurulan zərbəsi kimi qiymətləndirə bilərik. Bu fikir heç də əsassız deyil...
Azərbaycanın milli maraqlarını düşünən, milli rəmzlərini göz bəbəyi kimi qoruyan insanlarımızda müxtəlif düşüncələr yaranmaqdadır. Əlbəttə ki, xalqımız qeyd edilən tarixdə türk xalqının şücaətini, sevgisini gördü. Amma Türkiyənin dövlət sükanı arxasında oturan AKP hakimiyyətindən görə bilmədi... AKP hakimiyyəti ermənilərə xoş gəlmək üçün Azərbaycan bayrağının təhqir edilməsindən çəkinmədi...
AKP bununla Azərbaycana arxadan zərbə vurdu. Bu addımın istər qloballaşan dünyanın tələbindən irəli gələn məcburetmə qaydaları, istərsə də təkqütblü dünya nizamını diqtə etməyə çalışan anqlosakson-yəhudi ittifaqının təzyiqi, ya da Rusiyanın təşviqi ilə əlaqələndirilməsi, izah edilməsi heç bir əhəmiyyət daşımayacaq. Amma XIX və XX əsrlərdə ermənilər tərəfindən azərbaycanlıların, eləcə də, türkiyəlilərin başına gətirilən bəlalar, qırğınlar, soyqırımlar yaddan çıxarılmamalıdır. çünki bu bizim qan yaddaşımızdır. Əgər Türkiyə bir qədər milli-etnik mənsubiyyətinə sadiq qalaraq həqiqətə baxsa, görəcək ki, ermənilər tarixdə olmayan olayı “soyqırımı” kimi qələmə verir və bu iddiadan əl çəkmir.
Bununla yanaşı, Türkiyə SSRİ dövründə Stalinin təsdiqlədiyi xəritəni də yaddan çıxarmamalıdır. Qeyd edək ki, Stalin tərəfindən imzalanmış bu sənədə əsasən Ermənistanın ərazisi Türkiyə torpaqlarının hesabına 70 faiz böyüməlidir. Məgər AKP bunu istəyir? AKP hakimiyyəti Azərbaycanı ağrılı problemi Qarabağla birlikdə gözardımı etmək istəyir?
Bir vaxtlar A.Gül Ermənistana qarşı tutduğu mövqe ilə Türkiyə cəmiyyətində fərqlənirdi. çox maraqlıdır, 10-20 il əvvəlki mövqe ilə Gülün bugünkü addımı heç uzlaşmır. O zaman Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyanın 1993-cü ildə Türkiyənin 8-ci prezidenti Turqut özalın dəfn mərasiminə qatılması müxalifətdə olan Rifah Partiyası tərəfindən kəskin tənqid edilmişdi. Partiya adından çıxış edən millət vəkili Abdullah Gül (indiki prezident) bunu o vaxt baş nazir olan Süleyman Dəmirəlin Ermənistana qarşı apardığı yarıtmaz siyasətin nəticəsi kimi qiymətləndirmişdi: “Bu hökumət bu siyasətlə gələcəyimizi borc altına alıb. Elə bir borc ki, Ermənistan prezidenti Türkiyə prezidentinin dəfn mərasiminə qatılmaq cəsarətini göstərib”.
Abdullah Gül çıxışına davam edərək Süleyman Dəmirələ bunları demişdi: “Sizin necə uzlaşma tərəfdarı olduğunuzu, Türkiyənin mənfəətləri məsələsində cəsarətsiz davranacağınızı, üzünüzün necə yumşaq olduğunu bildiyi üçün o, cürət tapıb Türkiyəyə gəlib. Qardaşlarımız müharibə vəziyyətindədir, qardaşlarımız qətlə yetirilir, onlar qətlə yetirilərkən “bunun səbəbi Türkiyədir”, “Avropanın xəritələri məlumdur, ancaq Yaxın Şərqin, Asiyanın xəritələri tam müəyyənləşməyib”, - deyə açıqlama verən L.Ter-Petrosyan, Qarsın Ermənistanın torpağı olduğunu iddia edəcək, bundan sonra Türkiyəyə gələcək və siz onun əlini sıxacaqsınız”.
Abdullah Gül 15 il əvvəl Levon Terpetrosiyanın dəfn mərasiminə qatılmaq məqsədilə Türkiyəyə səfər etməsini kəskin tənqid edib. Aradan 15 il keçsə də, heç nə dəyişməyib. Amma Abdullah Gülün bu sözlərini xatırlayanlar indiki hökumətin addımlarına “arxadan vurulan zərbə”, xəyanətdən başqa ad verməyəcək...
Xatırlatma: Türkiyə 1993-cü ildən bəri Azərbaycanın torpaqlarını işğal etdiyinə görə, Ermənistanla diplomatik əlaqələrini kəsib. Fikrimizcə, bu əlaqələrin bərpası ancaq və ancaq Ermənistan hərbi birləşmələrinin Azərbaycan torpaqlarından çıxmasından, ermənilərin “soyqırım” məsələsindən və Türkiyəyə qarşı ərazi iddiasından əl çəkməsindən sonra mümkün ola bilər.
Ramil VƏLİBƏYOV
Xəbər lenti
Hamısına baxDünya
18 İyul 07:59
Hadisə
18 İyul 07:39
Dünya
18 İyul 07:23
Dünya
18 İyul 07:22
Dünya
18 İyul 07:22
Dünya
17 İyul 23:41
İqtisadiyyat
17 İyul 23:20
Dünya
17 İyul 23:20
Dünya
17 İyul 22:46
Dünya
17 İyul 22:45
Dünya
17 İyul 22:19
Dünya
17 İyul 21:53
Xəbər lenti
17 İyul 21:34
Dünya
17 İyul 21:25
Mədəniyyət
17 İyul 20:48
Dünya
17 İyul 20:42
İqtisadiyyat
17 İyul 20:31
Dünya
17 İyul 20:17
Elm
17 İyul 19:50
Dünya
17 İyul 19:28
İqtisadiyyat
17 İyul 19:10
Mədəniyyət
17 İyul 18:50
İdman
17 İyul 18:48
Dünya
17 İyul 18:45
Dünya
17 İyul 18:30
Dünya
17 İyul 18:05
Siyasət
17 İyul 17:54
Elm
17 İyul 17:50
YAP xəbərləri
17 İyul 17:49
Dünya
17 İyul 17:44
Dünya
17 İyul 17:25
YAP xəbərləri
17 İyul 17:24
Sosial
17 İyul 17:10
İqtisadiyyat
17 İyul 17:07
Elm
17 İyul 17:03
Gündəm
17 İyul 17:00
Elm
17 İyul 16:52
Dünya
17 İyul 16:45
İqtisadiyyat
17 İyul 16:30
Siyasət
17 İyul 16:27
Xəbər lenti
17 İyul 16:10
YAP xəbərləri
17 İyul 16:07
Xəbər lenti
17 İyul 16:03
YAP xəbərləri
17 İyul 15:20
Sosial
17 İyul 14:50
İqtisadiyyat
17 İyul 14:21
Siyasət
17 İyul 13:57
Siyasət
17 İyul 13:57
Hadisə
17 İyul 13:50
İdman
17 İyul 13:19
İqtisadiyyat
17 İyul 12:49
YAP xəbərləri
17 İyul 11:55
Gündəm
17 İyul 11:46
Ədəbiyyat
17 İyul 11:42
Gündəm
17 İyul 11:35
İqtisadiyyat
17 İyul 11:31
Analitik
17 İyul 11:30
Gündəm
17 İyul 11:24
Gündəm
17 İyul 11:22
Gündəm
17 İyul 11:15
Analitik
17 İyul 11:15
Gündəm
17 İyul 11:14
İqtisadiyyat
17 İyul 11:14
Mədəniyyət
17 İyul 11:13
Gündəm
17 İyul 11:10
Siyasət
17 İyul 11:08
Dünya
17 İyul 10:55
Dünya
17 İyul 10:29
İdman
17 İyul 10:27
Analitik
17 İyul 10:09

