Rusiya XİN: Rusiya ilə Azərbaycan arasında dialoq durmadan inkişaf edir
08.09.2018 [10:25]
Rusiya Xarici İşlər Nazirliyi Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına görə fərəh hissi keçirir. Bakı ilə bizim dialoqumuz durmadan inkişaf edir. Bu inkişafın çox böyük potensialı var.
AZƏRTAC xəbər verir ki, RF XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu fikri Moskvada keçirilən brifinqdə Azərbaycan Prezidenti İlham Əliyevin Soçiyə rəsmi səfərinin yekunlarını şərh edərkən söyləyib.
İki ölkə arasında regional əməkdaşlığın səmərəli olmasını vurğulayan M.Zaxarova deyib: “Rusiya ilə Azərbaycanın regional əməkdaşlığının səmərəliliyini göstərən faktlar var. Rusiya-Azərbaycan münasibətlərində mühüm elementlərdən biri də RF subyektlərinin Azərbaycan Respublikası ilə çoxtərəfli əməkdaşlığıdır. Bu əməkdaşlıq Rusiya regionlarının hökumətləri ilə Azərbaycan hökuməti arasında sazişlər əsasında inkişaf edir. Hazırda 17 bu cür saziş qüvvədədir, daha bir neçə yeni saziş hazırlanır. Azərbaycan ilə regionlararası əlaqələrin səmərəliliyinə aşağıdakı faktlar dəlalət edir: Bakıda Dağıstanın, Tatarıstanın nümayəndəlikləri, “Ural” Ticarət Evi QSC, “Tatarıstan” Ticarət Evi, bir sıra regional aviaşirkətlərin (“Başkirsikiye avialinii”, “Pulkovskiye avialinii”, “Samarskiye avialinii”, “Uralskiye avialinii”), Rusiyanın bəzi biznes qurumlarının, “AvtoVAZ”ın rəsmi dilerinin, “Xazar-Lada”nın, “Vostok-Servis” şirkətlər qrupunun nümayəndəlikləri açılıb”.
M.Zaxarova xatırladıb ki, azərbaycanlı sahibkarlar Yessentuki şəhərində sanatoriya-kurort mərkəzinin, Krasnodar diyarında qida məhsulları istehsal edən zavodların tikintisinə sərmayə qoyublar, Kabarda-Balkar Respublikasında, Dağıstanda layihələr həyata keçirilir. Hər il təşkil olunan Rusiya-Azərbaycan Regionlararası Forumu məkanında yeni əməkdaşlıq layihələri hazırlanır və müzakirə edilir.
Rusiya XİN-in rəsmi nümayəndəsi sonda deyib: “İndi növbəti, sayca doqquzuncu foruma hazırlıq gedir. Hazırlıq işləri başa çatandan sonra biz həmin forumun keçirilməsi barədə daha ətraflı məlumat verəcəyik”.
Xəbər lenti
Hamısına baxDünya
27 İyul 23:30
Dünya
27 İyul 23:15
Dünya
27 İyul 22:41
İdman
27 İyul 22:30
İqtisadiyyat
27 İyul 22:17
Dünya
27 İyul 21:59
Müsahibə
27 İyul 21:23
Sosial
27 İyul 21:05
Hadisə
27 İyul 20:45
Dünya
27 İyul 20:31
İqtisadiyyat
27 İyul 20:17
İqtisadiyyat
27 İyul 19:54
Dünya
27 İyul 19:20
Dünya
27 İyul 19:08
Elm
27 İyul 18:32
Dünya
27 İyul 18:31
Sosial
27 İyul 18:11
MEDİA
27 İyul 18:11
YAP xəbərləri
27 İyul 18:08
Dünya
27 İyul 17:20
Sosial
27 İyul 16:06
YAP xəbərləri
27 İyul 16:04
Sosial
27 İyul 15:20
YAP xəbərləri
27 İyul 14:27
Siyasət
27 İyul 14:07
Gündəm
27 İyul 14:03
Sosial
27 İyul 14:02
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:35
Sosial
27 İyul 13:34
Sosial
27 İyul 11:58
Dünya
27 İyul 10:54
Sosial
27 İyul 10:45
Elm
27 İyul 10:40
Xəbər lenti
27 İyul 10:32
YAP xəbərləri
27 İyul 10:29
Dünya
27 İyul 10:22
Dünya
27 İyul 09:45
Dünya
27 İyul 09:18
Dünya
27 İyul 08:52
Hadisə
27 İyul 08:36
Dünya
26 İyul 23:20
Maraqlı
26 İyul 21:34
Maraqlı
26 İyul 20:33
Dünya
26 İyul 19:17
Dünya
26 İyul 18:21
Dünya
26 İyul 17:35
Dünya
26 İyul 16:19
Dünya
26 İyul 15:30
Dünya
26 İyul 14:17
Dünya
26 İyul 13:41
Dünya
26 İyul 12:20
Dünya
26 İyul 11:35
Dünya
26 İyul 10:19
Dünya
26 İyul 09:55
Dünya
26 İyul 09:24
Dünya
26 İyul 08:50
Hadisə
26 İyul 08:39
Dünya
25 İyul 23:20
Dünya
25 İyul 22:35
Dünya
25 İyul 21:19
Dünya
25 İyul 20:27
Dünya
25 İyul 19:15
Dünya
25 İyul 18:22
Dünya
25 İyul 17:45
Hadisə
25 İyul 16:31
Dünya
25 İyul 15:19
Dünya
25 İyul 14:25
Gündəm
25 İyul 14:07
Dünya
25 İyul 13:33

