Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Arzu Nağıyev: Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur

Arzu Nağıyev: Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur

06.09.2018 [09:27]

Rusiya ilə Azərbaycan arasında tarixi dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Demək olar ki, bu, bütün sahələri əhatə edir. İstər iqtisadi, istər siyasi, mədəni və hərbi sahələrdə ikitərəfli tərəfdaşlıq əlaqələri var.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi ekspert Arzu Nağıyev bildirib. O qeyd edib ki, Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşündə imzalanan çoxsaylı sənədlər də bunu deməyə əsas verir. Hər iki dövlət başçısının şəxsi münasibətləri də yüksək səviyyədə olduğu üçün bu proseslər dinamik inkişaf edir. Bir sıra sahələrdə münasibətlər artıq strateji əhəmiyyətlidir. Azərbaycan Rusiya hərbi-sənaye kompleksi ilə sıx əlaqəlidir və ən mühüm istehlakçılardan biridir.
A.Nağıyev bildirib ki, Azərbaycanın daxili və xarici siyasətində ən prioritet istiqamət məhz Dağlıq Qarabağ münaqişəsinin həlli olduğu üçün və Rusiya da ATƏT-in Minsk Qrupunun həmsədr dövləti kimi Ermənistana təzyiq mexanizminə və bu problemin həllində mühüm rola malikdir. Siyasi ekspertin qənaətincə, bu istiqamətdə işlər davam etdirilməlidir. “Eyni zamanda, Azərbaycan tranzit bir dövlət kimi, ticarət və digər dəhlizlərə malik olduğuna görə, Rusiya üçün əhəmiyyət kəsb edir. Bununla yanaşı, hər iki ölkə birgə sərmayə qoyuluşu ilə mühüm iqtisadi layihələr həyata keçirə bilərlər”, - deyə A. Nağıyev vurğulayıb. O qeyd edib ki, bu layihələr həm neft-qaz, həm də qeyri-neft sahələrinin inkişafına müsbət təkan verə bilər.

Paylaş:
Baxılıb: 564 dəfə

Xəbər lenti

Hamısına bax

Hadisə

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30