Azərbaycan müxalifətinin çox ciddi daxili islahatlara ehtiyacı var
16.10.2009 [09:47]
Dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərində iştirak edəcək namizədlərin irəli sürülməsi prosesi artıq başlayıb. Qeyd edək ki, ilk dəfə on il öncə yerli özünüidarəetmə orqanlarına seçkilərin keçirildiyi təşkil edən Azərbaycanda bu gün müasir demokratik prinsiplərə tam cavab verən qanunvericilik bazası mövcuddur. Bu isə həm müxtəlif siyasi partiyaların nümayəndələrinin, həm də müstəqil namizədlərin seçkilərdə bərabərhüquqlu iştirakına imkan verir. Hal-hazırda ölkədə müxtəlif tərəflərin seçkiyə hazırlaşmaları üçün demokratik və sabit ab-hava mövcuddur. Buna baxmayaraq, iqtidar və müxalifət düşərgələrində tamamilə fərqli vəziyyət müşahidə olunmaqdadır. Yeni Azərbaycan Partiyası (YAP) bələdiyyə seçkilərinə hazırlıq prosesini yüksək səviyyədə davam etdirir. Qabaqcadan hazırlanmış proqram əsasında bu proses sistemli və səviyyəli şəkildə həyata keçirilir. Partiyanın şəhər və rayon təşkilatlarında müntəzəm olaraq toplantılar təşkil olunur, seçki qərargahları yaradılır. Artıq hakim partiya öz namizədlərini müəyyənləşdirib, yaxın vaxtlarda onların rəsmi qeydiyyatına başlanacaq. Kifayət qədər geniş intellektual potensiala malik olan YAP builki seçkidə gənclərin və qadınların prosesdə fəal iştirak etməsi üçün hər cür şərait yaradıb. 500 min üzvü olan və hər il təqribən 25 min yeni üzvün qatıldığı Yeni Azərbaycan Partiyası bütün bələdiyyələr üzrə öz namizədlərini irəli sürəcək.
Müxalifət düşərgəsində isə həmişə olduğu kimi qarışıqlıq, qeyri-müəyyənlik hökm sürür. Sosial bazaya malik olmayan bir çox partiyalar namizədlər müəyyənləşdirməkdə ciddi çətinliklərlə üzləşirlər. Yalnız seçkidən-seçkiyə varlığını hiss etdirən müxalifət partiyaları seçkilərə hazırlaşmaq əvəzinə partiyalaralarası və partiyadaxili çəkişmələrlə gündəmə gəlməyə çalışır. Həmçinin, son bir neçə ayda müxalifət daxilində parçalanmalar müşahidə olunur, partiyaları tərk edən üzvlərin sayı artmaqdadır. ümumiyyətlə, vahid amalın, məqsədin birləşdirmədiyi qurumlarda insanlar yalnız öz şəxsi mənafelərini düşünür, ətrafına topladıqları kiçik bir qrupla cılız məqsədlər uğrunda mübarizə aparırlar. Azərbaycan xalqının etimadını çoxdan itirmiş, nüfuzdan düşmüş partiyalar təsadüfi deyil ki, artıq 16 ildir ki, eyni aqibəti yaşayırlar. Bəzi partiyalar yaxın əhatələrindən ibarət kiçik bir qrupla mübarizə aparmağın mümkünsüzlüyünü dərk edərək müəyyən bloklar, ittifaqlar yaratmaqla özlərini siyasi arenada real güc kimi göstərməyə çalışırlar. Lakin yuxarıda qeyd etdiyimiz kimi, onları heç bir ümummilli dəyər birləşdirmədiyindən qısa zamanda yenidən parçalanmalar, çəkişmələr, qarşılıqlı ittihamlar baş qaldırır. Ən qəribəsi odur ki, müxalifət partiyaları öz uğursuzluqlarında iqtidarı günahlandırmağa çalışırlar. Halbuki, uzun illərdir ki, həmin partiyaları məğlubiyyətə sürükləyən “liderlər” xalqın etibarını çoxdan itiriblər. Şübhəsiz, xalqın mənafeyini düşünən liderə, aydın proqram və məqsədlərə malik olmayan partiyanın hər hansı uğur əldə etməsi də mümkünsüzdür. Əgər partiyanın ideologiyası iqtidarı təhqir etməkdən ibarətdirsə, bu zaman hansı sağlam siyasi mübarizədən söhbət gedə bilər?
Əlbəttə ki, hər bir demokratik ölkənin siyasi sistemində sağlam müxalifətə ehtiyac var. Yalnız xalqın, ölkənin maraqlarını ən az iqtidar qədər uca tutan, təkcə seçkibağı kampaniyalar zamanı deyil, hər vaxt əhalinin yanında olan, vətəndaşların problemləri ilə yaxından maraqlanan, insanlarda düzgün ictimai-siyasi rəy formalaşdırmağı bacaran intellektual potensiala malik olan müxalifət geniş kütlələrin rəğbətini qazana, böyük uğurlara nail ola bilər. Bu gün Azərbaycan gerçəkliyi bundan ibarətdir ki, hər il minlərlə insan, xüsusən də, gənclər Yeni Azərbaycan Partiyasının sıralarına can atır, müxalifət partiyalarına olan laqeydlik isə daha da möhkəmlənir. Bunun iki səbəbini göstərmək olar. Birincisi, Yeni Azərbaycan Partiyasının gördüyü işlər sayəsində xalqın bu partiyaya və onun liderinə inanması və ölkənin gələcək inkişafını bu partiya ilə birlikdə görməsidir. İkincisi isə, ölkə müxalifətinin fəaliyyətsizliyi və xalqa etinasız yanaşmasıdır. Belə qənaətə gəlmək olar ki, ölkə müxalifətinin çox ciddi daxili islahatlara ehtiyacı var. çünki liderlik keyfiyyətlərinə malik olmayan və uğursuzluq simvoluna çevrilmiş bəzi simaların rəhbərliyi altında müxalifət partiyalarının növbəti seçkilərdə də hansısa ciddi nailiyyət əldə edəcəyi inandırıcı görünmür.
Hülya MƏMMƏDLİ
Xəbər lenti
Hamısına baxDünya
20 İyul 23:41
Dünya
20 İyul 23:25
Dünya
20 İyul 22:55
Gündəm
20 İyul 22:34
Dünya
20 İyul 22:30
Dünya
20 İyul 21:55
Dünya
20 İyul 21:30
Gündəm
20 İyul 21:25
Dünya
20 İyul 21:05
YAP xəbərləri
20 İyul 20:47
Dünya
20 İyul 20:45
Elm
20 İyul 20:40
Dünya
20 İyul 20:15
Dünya
20 İyul 19:55
Dünya
20 İyul 19:30
Dünya
20 İyul 19:15
Dünya
20 İyul 18:55
Dünya
20 İyul 18:35
Dünya
20 İyul 18:24
Dünya
20 İyul 17:19
YAP xəbərləri
20 İyul 17:11
Dünya
20 İyul 16:35
Dünya
20 İyul 15:29
YAP xəbərləri
20 İyul 15:10
Sosial
20 İyul 15:10
Dünya
20 İyul 14:32
Gündəm
20 İyul 13:57
Gündəm
20 İyul 13:54
Dünya
20 İyul 13:42
Dünya
20 İyul 13:20
Elm
20 İyul 12:48
Sosial
20 İyul 12:46
Dünya
20 İyul 12:45
Dünya
20 İyul 12:19
YAP xəbərləri
20 İyul 12:17
Dünya
20 İyul 11:59
Dünya
20 İyul 11:25
İqtisadiyyat
20 İyul 11:07
YAP xəbərləri
20 İyul 10:56
Dünya
20 İyul 10:54
Sosial
20 İyul 10:54
Dünya
20 İyul 10:22
YAP xəbərləri
20 İyul 09:58
İqtisadiyyat
20 İyul 09:40
Dünya
20 İyul 09:17
İdman
20 İyul 08:59
İdman
20 İyul 08:45
Dünya
20 İyul 08:21
Dünya
20 İyul 08:14
İdman
20 İyul 07:42
Dünya
19 İyul 23:19
Hadisə
19 İyul 22:30
Dünya
19 İyul 21:24
Xəbər lenti
19 İyul 20:26
Dünya
19 İyul 20:17
Hadisə
19 İyul 19:34
Dünya
19 İyul 19:31
Sosial
19 İyul 18:25
Dünya
19 İyul 17:19
Dünya
19 İyul 16:21
Dünya
19 İyul 15:19
Dünya
19 İyul 14:25
Dünya
19 İyul 13:40
Sosial
19 İyul 12:31
Dünya
19 İyul 11:24
Dünya
19 İyul 10:18
Elm
19 İyul 09:32
Dünya
19 İyul 08:45
Dünya
18 İyul 23:16
Dünya
18 İyul 22:39

