Aslan Aslanov: OANA-nın sədri olaraq əsas hədəfimiz qurumun fəaliyyətini müasirləşdirməkdir
04.09.2018 [09:00]
AZƏRTAC 2016-cı ildən 35 ölkədən 44 agentliyin daxil olduğu Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatına (OANA) rəhbərlik edir. Dünya üzrə informasiya axınının 1/3-i təşkilata üzv olan agentliklərin payına düşür. AZƏRTAC-ın sədrliyi dövründə nüfuzlu xəbər agentliklərini ətrafında birləşdirən təşkilatın fəaliyyətinin genişləndirilməsi istiqamətində addımlar atılıb, bu məqsədlə bir sıra yeniliklər edilib.
Bu barədə OANA-nın prezidenti, Azərbaycan Dövlət İnformasiya Agentliyinin İdarə Heyətinin sədri Aslan Aslanov İranın İRNA informasiya agentliyinə müsahibəsində məlumat verib. Müsahibədə OANA-nın İcraiyyə Komitəsinin sentyabrın 3-4-də Tehranda AZƏRTAC-ın sədrliyi ilə keçiriləcək 43-cü iclasında müzakirəyə çıxarılması nəzərdə tutulan məsələlərə toxunulub.
OANA-nın prezidenti qeyd edib ki, feyk xəbərlər probleminin aktuallaşdığı bir dövrdə etibarlı informasiya mənbələrinə ehtiyac xüsusilə artır. Buna görə də sədr kimi AZƏRTAC-ın məqsədi bu təşkilatın sıralarında birləşən xəbər agentliklərinin dəqiq və qərəzsiz informasiyalarını daha böyük auditoriyaya çatdırmaq, qurumun fəaliyyət dairəsini genişləndirməkdir. Bununla bağlı, ilk növbədə, OANA-nın veb-saytının təkmilləşdirilməsi istiqamətində bir sıra işlər görülüb, burada üzv agentliklərin xəbərlərinin həcminin artırılması ilə əlaqədar tədbirlər həyata keçirilib.
Müsahibədə qeyd olunur ki, Tehran iclasında AZƏRTAC-ın təşəbbüsü ilə təşkilatın idarəçiliyinin daha da gücləndirilməsi üçün təkliflər müzakirəyə çıxarılacaq. Buraya qurumun daimi baş katiblik ofisinin, təlim akademiyasının yaradılması, üzv agentliklərin əməkdaşları üçün treninqlərin və seminarların təşkili kimi məsələlər daxildir. “Müasir internet əsri bizdən davamlı təcrübə mübadiləsi aparmağı, yeni çağırışlara hazır olmağı tələb edir. Odur ki, OANA-nın fəaliyyətini daha da müasirləşdirmək, dövrün tələbinə uyğunlaşdırmaq qarşımızda əsas hədəf kimi dayanır. Bu və digər məsələlər Tehranda üzv agentliklərin iştirakı ilə geniş müzakirə olunacaq”, - deyə OANA-nın prezidenti bildirib.
Qeyd edək ki, OANA İcraiyyə Komitəsinin Tehranda keçiriləcək iclasında Rusiyanın TASS, Türkiyənin Anadolu, Çinin Sinxua, Yaponiyanın Kyodo, Cənubi Koreyanın Yonhap və digər üzv agentliklərin rəhbərləri və nümayəndələri iştirak edirlər.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22

