/ / Elman Nəsirov: Bu səfər Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayacaq
Elman Nəsirov: Bu səfər Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin inkişafında mühüm rol oynayacaq
04.09.2018 [08:59]
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sentyabrın 1-də Rusiya Federasiyasına rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafı üçün yeni imkanlar açıb. İmzalanmış sənədlərin miqyasına görə bu səfəri Azərbaycan-Rusiya münasibətləri üçün ilin hadisəsi kimi də dəyərləndirmək olar.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, politoloq Elman Nəsirov bildirib.
Elman Nəsirov deyib ki, bu səfər iki nöqteyi-nəzərdən diqqəti cəlb edir. Birincisi, Azərbaycan və Rusiya prezidentlərinin birgə səyləri sayəsində avqustun 12-də Aktau şəhərində 22 ildir ki, həllini tapmayan Xəzərin hüquqi statusu ilə bağlı yekun Konvensiya imzalandı. Məhz bu Konvensiyanın imzalanmasından sonra artıq Azərbaycan-Rusiya münasibətlərinin bütün spektrlər üzrə inkişafı üçün yeni şərait yaranıb. Sentyabrın 1-də baş tutan səfər də məhz bu Konvensiyanın imzalanmasından sonra həyata keçirildiyi üçün özəl məna və əhəmiyyət kəsb edir. Bu səfər həm də o baxımdan əhəmiyyətli idi ki, 2008-ci ilin iyul ayında “Azərbaycan Respublikası və Rusiya Federasiyası arasında dostluq və strateji tərəfdaşlıq haqqında Bəyannamə” qəbul edilib. Həmin sənədin on illiyi tamam olub. Bu Bəyannamənin əsası Ulu öndər Heydər Əliyevin 1997-ci ildə Rusiyaya səfəri ilə qoyuldu. O zaman Azərbaycan ilə Rusiya arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında müqavilə imzalanmışdı. Bütün bunlar göstərir ki, ikitərəfli münasibətlərimiz strateji xarakter daşıyır. Sentyabrın 1-də baş tutan səfər bir daha bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan-Rusiya münasibətləri, ilk növbədə, bərabərhüquqlu, qarşılıqlı faydalı əməkdaşlıq əlaqələridir, bir-birinin daxili işlərinə qarışmamaq prinsipinə söykənir, qarşılıqlı hörmətə və etimada əsaslanır.
Politoloq qeyd edib ki, hər bir səfər imzalanmış sənədlər və onların əhəmiyyəti nöqteyi-nəzərdən qiymətləndirilir. Bu səfər də, ilk növbədə, imzalanmış sənədlərin həm kəmiyyət, həm də keyfiyyət göstəriciləri baxımından diqqəti cəlb edir. Səfər çərçivəsində on beş mühüm sənəd imzalanıb. Onların içərisində üçünü xüsusi qeyd etmək lazımdır. Bunlar “Azərbaycan və Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətləri haqqında Birgə Bəyanat”, “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı” və “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında 2024-cü ilədək əməkdaşlıq Proqramı”dır.
Deputat “Rusiya-Azərbaycan əməkdaşlığının başlıca istiqamətlərinin inkişafı üzrə Fəaliyyət Planı”na toxunaraq qeyd edib ki, bu fəaliyyət ölkələrimiz arasında siyasi dialoqu, ticari-iqtisadi inkişafı, investisiya qoyuluşu məsələlərini, yeni nəqliyyat dəhlizlərinin yaradılması, mədəni, humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi və digər sahələr üzrə yol xəritələrini özündə ehtiva edir. Hər iki dövlətin prezidentlərinin imzaladığı Bəyanat isə nəticə etibarilə Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlığın prioritet istiqamətlərini göstərən bir sənəddir. Bizim iqtisadi sahədə əməkdaşlığımızın çox geniş imkan və potensialı var. Prezident Vladimir Putin mətbuata bəyanatında qeyd edib ki, 2017-ci ildə Rusiya ilə Azərbaycan arasında əmtəə dövriyyəsi demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu isə 1,5 milyard dollar təşkil edib.
Elman Nəsirov diqqətə çatdırıb ki, bundan başqa, Azərbaycan ilə Rusiya arasında humanitar sahədə əməkdaşlıq məsələləri də genişlənməkdədir. 2010-cu ildə Azərbaycan və Rusiya prezidentlərinin təşəbbüsü ilə yaradılan Bakı Beynəlxalq Humanitar Forumu xüsusi qeyd olunmalıdır. Oktyabr ayında Bakıda VI Forum keçiriləcək. Rusiyada 11 mindən çox azərbaycanlı təhsil alır. Azərbaycanda isə rus dilində təhsil verən 340-dan çox məktəb mövcuddur.
Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında qeyd edib ki, Azərbaycan-Rusiya münasibətləri strateji xarakterlidir. Ölkələrimizin prezidentləri arasında müntəzəm əlaqələr dövlətlərarası münasibətlərə dinamizm verir. Prezident İlham Əliyev vurğulayıb ki, son üç ay ərzində Rusiya Prezidenti ilə üç dəfə görüş keçirilib. Birincisi, Moskvada futbol üzrə Dünya çempionatı ərəfəsində, avqustda Qazaxıstanda və bu gün isə Soçidə.
Eyni zamanda, qeyd olunmalıdır ki, Azərbaycan Prezidenti ilə Rusiya Prezidenti arasında danışıqlar prosesində həm də regional təhlükəsizlik məsələləri müzakirə olunub. Bu xüsusda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı məsələlər də diqqət mərkəzində saxlanıldı. Rusiya Prezidenti Vladimir Putin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi münaqişənin sülh yolu ilə tənzimlənməsi prosesinə bundan sonra da fəal dəstək verəcəyini bildirib. Azərbaycan Prezidenti İlham Əliyev qeyd edib ki, bu münaqişə regionda sülhə və təhlükəsizliyə ən ciddi təhdiddir. Münaqişə nəticəsində Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış torpaqlarının 20 faizindən çoxu işğal altındadır. Ölkəmizdə bir milyondan çox qaçqın və məcburi köçkün var. Bu münaqişə həllini tapmadıqca o, regionda riskləri artıran əsas amil olacaq. Yalnız münaqişənin həlli region üçün də yeni şərait təmin edər. Heç şübhəsiz ki, bu münaqişənin həlli Ermənistanın düşdüyü mövcud böhranlı vəziyyətdən çıxması üçün də ən düzgün yoldur. Bunun alternativ yolu yoxdur. Yalnız işğala son qoyulması Ermənistanın gələcəyi deməkdir.
Deputat bildirib ki, Prezident İlham Əliyev Rusiya-Azərbaycan iqtisadi münasibətlərini xüsusi vurğulayıb. Rusiya idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır və qeyri-neft sahəsinin azərbaycanlı ixracatçıları üçün birinci yerdədir. Bu ilin altı ayının yekunları da bunu bir daha təsdiq edir. Altı ayın yekunlarına görə, Azərbaycan Rusiyaya 350 milyon dollar dəyərində məhsul ixrac edib. Rusiyadan Azərbaycana isə 788 milyon dollarlıq məhsul daxil olunub.
Rusiya və Azərbaycan prezidentlərinin danışıqlarında diqqət mərkəzində saxlanılan bir məsələ də hərbi-texniki sahədə gələcək əməkdaşlıqla bağlı oldu. Azərbaycan tərəfindən Rusiyadan alınan hərbi təyinatlı məhsulların dəyəri 5 milyard dolları keçir və bu sahədə əməkdaşlıq bundan sonra da davam edəcək.
Səfər çərçivəsində həm ikitərəfli, həm də çoxtərəfli münasibətlərimiz və genişspektrli məsələlər diqqət mərkəzində saxlanılıb. Bütövlükdə artıq həm Rusiya, həm də Azərbaycan mətbuatında bu səfərə çox yüksək qiymət verilir. Bu səfər Azərbaycan ilə Rusiya arasında dostluq və mehriban qonşuluq münasibətlərinin bundan sonrakı inkişafı, regionda sülhün və təhlükəsizliyin təminatı üçün mühüm rol oynayacaq.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

