Qubadlının işğalından 25 il ötür
31.08.2018 [09:14]
Azərbaycanın dilbər guşələrindən olan Qubadlı rayonunun erməni silahlı birləşmələri tərəfindən işğalından 25 il ötür. Erməni qəsbkarlarına qarşı əsl mətanətlə sinə gərən Qubadlı rayonu 1993-cü ilin sonuncu yay günündə - avqustun 31-də işğala məruz qalıb.
Xatırladaq ki, Qubadlı rayon olaraq 1933-cü ildə inzibati status qazanıb. 1963-cü ildə ərazisi Zəngilan rayonu ilə birləşdirilsə də, bir il keçməmiş yenidən ayrıca rayon statusu daşımağa başlayıb. 802 kv.km ərazisi olan bu dağ rayonunun mərkəzi Qubadlı şəhəridir. Bərgüşad çayının hər iki sahilində yerləşən Qubadlının əhalisi keçirilən son siyahıyaalmada 5604 nəfər kimi göstərilib. Ən əhəmiyyətli kəndləri Mahmudlu, Xəndək, Xanlıq, Muradxanlı, Yuxarı Mollu kəndləridir. Hazırda işğal altında olan rayonun 94 kəndi və bir şəhəri var. İşğala qədər rayon əhalisi əsasən kənd təsərrüfatı və heyvandarlıqla məşğul olub.
Rayonun Ermənistanla 120, Xocavənd rayonu ilə 42 km-lik sərhəd zolağı var. Eyni zamanda, rayon Laçın, Cəbrayıl və Zəngilan rayonları ilə həmsərhəddir. İşğala qədər Qubadlının iqtisadiyyatının əsasını taxılçılıq, heyvandarlıq, tütünçülük, baramaçılıq və üzümçülük təşkil edirdi və bunlarla yanaşı, rayonda 31 süd-əmtəə ferması fəaliyyət göstərirdi. Rayonda 2 üzümün ilkin emalı və yağ-pendir emalı zavodu var idi. Rayonun asfalt zavodu təkcə Qubadlıya deyil, eyni zamanda, qonşu rayonlara da xidmət edirdi. İnkubator-quşçuluq fabriki və balıqyetişdirmə vətəgəsi rayon əhalisini ət və balıq məhsulları ilə təmin edirdi. Ümumilikdə, Qubadlı rayonunda 62 idarə və müəssisə fəaliyyət göstərirdi.
Eyni zamanda, işğala qədər Qubadlı rayonunda 21 orta, 15 səkkizillik, 15 ibtidai məktəb fəaliyyət göstərirdi. Bundan əlavə, bir orta texniki peşə və iki musiqi məktəbi də gənc nəslin təlim-tərbiyəsində xüsusi rol oynayırdı. Məktəbəqədər müəssisələrin sayı 7 idi. Bu təlim-tərbiyə və təhsil müəssisələrində 1280 nəfər müəllim çalışırdı. 5852 nəfər şagird ümumtəhsil məktəblərində təhsil alırdı. Məktəbəqədər müəssisələrdə 272 azyaşlı tərbiyə olunurdu.
Rayonda yaşı qədim dövrlərə söykənən bir çox tarixi yerlər də var idi. IV əsrə aid “Gavur dərəsi”ndəki ibadətgah, V əsrin yadigarları “Qalalı” və “Göyqala” abidələri, XIV əsrdə tikilmiş “Dəmirçilər Türbəsi”, Hacı Bədəl körpüsü, Laləzar körpüsü, eləcə də Əyin, Yusifbəyli, Seytas, Qarağaclı, Xocamsaxlı kəndlərindəki digər tarixi abidələr də işğal zonasında qalıb.
Qubadlı rayonunun ərazisində ehtiyatları 6247 min kubmetr və mişar daşı üçün yararlı, istismara cəlb olunmuş Hacılı tuf, ehtiyatları 990 min kubmetr olan tikintiyə yararlı Xanlıq kəndində yerləşən gil, ehtiyatları 1,1 min ton olan Eyvazlı bəzək-əlvan (əqiq) və Həkəri çayı sahilində ehtiyatları 84 min kubmetr/gün olan yeraltı şirin su yataqları var idi...
Qubadlı rayonunun sakinləri ötən əsrin 80-ci illərinin sonlarından başlayaraq işğalın son günlərinə qədər düşmənlə qəhrəmancasına döyüşüblər və doğma yurdlarını var qüvvələri ilə qoruyublar. Lakin AXC-”Müsavat” cütlüyünün iradəsizliyi və səriştəsizliyi nəticəsində Cəbrayıl və Füzulinin işğalından sonra Qubadlı tamamilə təkləndi və müdafiəsiz qaldı. Beləliklə, 1993-cü il avqustun 30-da erməni hərbi birləşmələri yalnız mülki əhalinin qoruduğu Gəyən zonası istiqamətindən güclü hərbi texnikanın müşayiəti ilə hücuma keçdi. Əsas zərbə Xanlıq istiqamətinə endirilmişdi. Qeyri-bərabər döyüşdə xanlıqlılar nə qədər fədakarlıqla döyüşsələr də, erməni tankları kəndə soxuldu. Həkəri çayı boyunca Muradxanlı, Balasoltanlı, Xocik istiqamətində rayona soxulan erməni birləşmələri kəndləri yandırdı, dinc əhaliyə divan tutdular. Erməni hərbi birləşmələri ilə üz-üzə qalan mülki əhali məcburiyyət üzündən rayonu tərk etməli oldu. Avqustun 31-də Qubadlı bütünlüklə işğal edildi. Qeyd edək ki, torpaqlarımızın qorunması uğrunda mübarizədə 238 nəfər Qubadlı sakini qəhrəmancasına şəhid olub. Yüz nəfərə qədər insan itkin düşüb və girov götürülüb. Yüzlərlə döyüşçü və mülki əhali yaralanıb, əlil olub. Əhalinin yurd-yuvası talanıb, 94 kənd və Qubadlı şəhəri yerlə yeksan edilib. Döyüşlərdə qəhrəmanlıq göstərən 9 nəfər qubadlılı sonralar Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb...
Qubadlının qaçqın düşmüş, öz ev-eşiyindən didərgin salınmış 35 mindən çox əhalisi 25 ildir ki, respublikamızın 42 şəhər və rayonunda məskunlaşıb. Dövlətimiz hər zaman əhalinin sosial problemlərinin həlli istiqamətində işlər görür. Eyni zamanda, əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan qaçqın və məcburi köçkünlərimizə dövlət qayğısı siyasəti bu gün Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması və məşğulluqlarının artırılması ilə bağlı Dövlət Proqramının qəbulu bu mənada uğurlu nəticələrə gətirib çıxarıb.
Bir sözlə, Prezident İlham Əliyev hər zaman qaçqın və məcburi köçkün soydaşlarımızın problemlərinin həlli ilə yaxından maraqlanır, onların sosial vəziyyətlərinin, yaşayış şəraitinin yaxşılaşdırılmasını diqqət mərkəzində saxlayır. Qubadlılılar əmindirlər ki, dövlətimizin başçısı İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasət nəticəsində doğma torpaqlarımız tezliklə işğaldan azad ediləcək.
Pərviz SADAYOĞLU
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

