Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Prezident Kitabxanasında "Azərbaycan: dövlət rəmzləri və atributları" adlı elektron nəşr hazırlanıb

Prezident Kitabxanasında "Azərbaycan: dövlət rəmzləri və atributları" adlı elektron nəşr hazırlanıb

15.10.2009 [09:39]

Prezident Kitabxanasında Dövlət Müstəqilliyi günü ərəfəsində “Azərbaycan: dövlət rəmzləri və atributları” adlı elektron nəşr hazırlanıb. Hər bir ölkənin tarixi və dövlətçilik ənənələri adətən onun rəmzlərində və atributlarında öz əksini tapır. Azərbaycan Respublikasının bayrağı, gerbi, himni və digər atributları Azərbaycan dövlətinin müstəqilliyini təcəssüm etdirən müqəddəs rəmzlərdir. Xalqımızın maddi, mənəvi və bədii mədəniyyətinin zənginliyini, rəngarəngliyini ifadə edən rəmzlər və atributlar sistemi həmişə mövcud olub. Tarixi mənbələr, maddi mədəniyyət və incəsənət abidələri sübut edir ki, keçmişdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin müxtəlif rəmzləri, həndəsi və nəbati ornamentlərdən, quş və heyvan təsvirlərindən ibarət nişan və emblemləri, üzərində ərəb hərfləri ilə yazılmış möhürləri və tuğraları olub. Belə rəmzlər Azərbaycanda müstəqil və yarımmüstəqil kiçik dövlət qurumları sayılan xanlıqlar dövründə də geniş yayılmışdı. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Azərbaycan: dövlət rəmzləri və atributları” elektron nəşrində müstəqil Azərbaycanın dövlət rəmzlərinin (bayraq, gerb, himn) yaranmasının tarixçəsi sistem halında izlənilir və milli rəmzlərin bərpası istiqamətində atılan addımlar ardıcıllıqla sadalanır. üç fəsildən - “Rəmzlər”, “Atributlar” və “Elektron resurslar” fəsillərindən ibarət olan elektron bazada dövlət rəmzləri və atributları haqqında Azərbaycan Xalq Cümhuriyyəti dövründən başlamış indiyədək qəbul edilmiş qərarlar, qanunlar, fərmanlar və sərəncamlar toplanaraq xronoloji ardıcıllıqla əks etdirilib. Dövlət atributlarının mahiyyətinin və əhəmiyyətinin geniş təbliğ olunması, gənc nəslin Azərbaycan bayrağına, gerbinə və himninə hörmət ruhunda tərbiyə edilməsi, onların vətənpərvərlik ruhunun möhkəmləndirilməsi işinə bilavasitə xidmət edir. Elektron nəşr (www.rreslib.az) müntəzəm olaraq yeni sənədlərlə zənginləşdirilir.

Paylaş:
Baxılıb: 1443 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30