Deputat: Ermənistan regionun digər ölkələrinin də ərazilərini ələ keçirmək məqsədi güdür
17.08.2018 [09:15]
Ermənistan regionda işğalçı dövlətdir və bu işğalçılıq siyasəti regionun iqtisadi və geosiyasi bütövlüyünü pozub. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Hikmət Babaoğlu bildirib ki, məhz buna görə Cənubi Qafqaz ölkələri istər beynəlxalq münasibətlər sistemində, istərsə də geostrateji mənafelər baxımından mövcud reallıqlarda tam miqyasda uzlaşdırılmış siyasət həyata keçirərək bütövlükdə regionun ümumi maraqlarını qorumaqda çətinlik çəkirlər: “Bu azmış kimi, Ermənistan işğalçılıq siyasətini bu gün də davam etdirir və üstəlik, növbəti işğalçılıq siyasəti üçün də ideoloji və hərbi-siyasi əsaslar yaratmağa çalışır. Belə ki, hələ hakimiyyətdə olduğu zaman Ermənistanın eks-prezidenti Serj Sarkisyan demişdi ki, biz “böyük Ermənistan” yaratmaq yolunda ilkin addımı atdıq - Qarabağı işğal etdik, bundan sonrakı hədəfləri isə gələcək nəsillərə buraxırıq. Gələcək nəsillərə buraxılan hədəflər isə əslində regionda Ermənistanla qonşu olan ölkələrin ərazilərini ələ keçirməkdir. Bu ölkələrdən biri uzun illərdir işğala məruz qalan Azərbaycandır. İkincisi Gürcüstandır ki, Ermənistan bu dövlətin Cavaxetiya bölgəsinə ərazi iddiaları irəli sürür. Üçüncüsü, Türkiyədir, bu ölkənin Ərdahan, Ərzurum, Qars, Diyarbəkir və Van vilayətlərinə ərazi iddiası irəli sürülür. Hətta Ermənistan tərəfindən Urmiya daxil olmaqla İranın geniş bir bölgəsinə də ərazi iddiaları irəli sürülür”.
Deputat vurğulayıb ki, əlbəttə, belə bir şəraitdə hazırkı gerçəkliklər və tarixi həqiqətlərdən çıxış edən qonşu ölkələr Ermənistanın bu səpkili ideoloji təxribatına və işğalçılıq siyasətinə qarşı birgə mübarizə aparmalıdır: “Təsadüfi deyil ki, Yerevanın mərkəzində “Respublika meydanı” metro stansiyasında yerləşdirilmiş “böyük Ermənistanın” qondarma “xəritə”sinin şəklini amerikalı analitik Coşua Kuçera çəkərək “Tvitter”ə qoyub. Şəkildə Azərbaycana açıq ərazi iddiası ilə bərabər, Türkiyə, İran və Gürcüstana da ərazi iddiaları irəli sürülür. Bu vasitə ilə işğalçılıq siyasətinin istiqamətlərini göstərən təbliğat şəkilləri və plakatları nümayiş etdirilərək gənc nəslin beyninə bu ideologiya yeridilir. Onların zehninə həkk edilir ki, gələcəkdə bu işğalçılıq siyasətini davam etdirsinlər. Ona görə də əgər biz gələcəkdə regionda müharibə, savaş istəmiriksə, gələcəkdə regionun bütün çıxarlarını və mənafelərini qorumaq istəyiriksə, bu işğalçılıq siyasəti təbliğatının qarşısını indidən almalıyıq. Bunun ən yaxşı yolu isə Ermənistanın ərazi iddiası qaldırdığı hər dörd ölkənin - Azərbaycan, Gürcüstan, İran və Türkiyənin bu siyasətə qarşı birgə mübarizə aparmasıdır. Ən nəhayət, bununla bağlı “hücum diplomatiyası” həyata keçirərək, bu işğalçılığa əsas yaradan ideoloji təbliğat vasitələrinin Ermənistanın öz içərisindəcə boğulmasına nail olmaq lazımdır”.
Hikmət Babaoğlunun fikrincə, bunun üçün geniş informasiya kampaniyası aparmaq vacibdir: “Çünki işğalçı dövlət regiondakı başqa dövlətlərə qarşı bundan sonra da işğalçılıq siyasətini davam etdirmək niyyətindədir. Ona görə də bu kontekstdə Ermənistanın bu işğalçılıq siyasətini ifşa etmək üçün 4 ölkə regional və beynəlxalq təşkilatları dəvət etməklə, onların nümayəndələrinin iştirakı ilə birgə beynəlxalq konfranslar təşkil edə bilər. Nəhayət, Ermənistanda “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün şovinist düşüncəli gənclər yetişdirilməsinin qarşısının alınması, Ermənistanın bu işğalçılıq siyasətindən çəkindirilməsi üçün bu istiqamətdə tədbirlər həyata keçirilməli, mütəmadi olaraq informasiya və ideoloji müharibə üsulları və digər vasitələrlə bu siyasət ifşa edilməlidir. Əks təqdirdə, Ermənistanın bu işğalçılıq siyasəti davam etdikcə regionun birgə maraqlarının qorunması və ortaq mənafelərinin təmin edilməsi mümkün olmayacaq”.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59
Dünya
29 İyul 13:54
Sosial
29 İyul 13:50

