Ermənistanın qonşu dövlətlərə qarşı ərazi iddiası işğalçılığın nümayişidir
17.08.2018 [09:12]
Ermənilər zaman-zaman havadarlarının dəstəyi ilə qonşu dövlətlərə qarşı ərazi iddiaları ilə çıxış edib və bunu həyata keçirmək üçün ən çirkin yollara əl atıb, işğalçılıq, təcavüzkar siyasətlərini erməni diasporunun əsassız təbliğatına uyğun olaraq ört-basdır etməyə səy göstərib, özlərini beynəlxalq ictimaiyyətə “yazıq”, “məzlum”, “döyülən və əzilən” millət kimi təqdim ediblər. Lakin tarixin hər bir səhifəsi bu saxtakarlıqlara, yalanlara tutarlı cavabdır.
Bu fikirləri “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AZƏRTAC-a açıqlamasında Ermənistanın qonşu dövlətlərə - Türkiyə, İran və Gürcüstana ərazi iddialarını əks etdirən saxta xəritənin Yerevanın mərkəzi Respublika meydanındakı əsas metro stansiyasında yerləşdirilməsinə münasibətində bildirib.
V.Rəhimzadə vurğulayıb ki, Ermənistanın keçmiş prezidenti S.Sarkisyan bildirib ki, biz müharibənin bir hissəsini etdik. Təbii ki, burada Azərbaycan ərazilərinin işğalını nəzərdə tuturdu. Gələcək nəsillər isə növbəti müharibələrə hazır olmalıdırlar: “Bəllidir ki, daşnakların türklərə qarşı yürütdükləri etnik təmizləmə siyasətinin əsasında ümumerməni maraqları dayanır. Aqressiv, milli emosiya ilə müşayiət olunan “vətən axtarışı” siyasəti həmişə onların ictimai şüurunda formalaşıb. Ermənilər üçün vətən sabit bir coğrafi məkan üzərində deyil, dağınıq halda təşəkkül tapıb. Ona görə də digər millətləri qəbul etmək, beynəlmiləlçilik ruhu ermənilərə yaddır. Daşnakların Türkiyəyə, Gürcüstana, Azərbaycana qarşı ərazi iddialarının əsasında da işğalçılıq amili dayanır”, - deyən V.Rəhimzadə bu faktlara bir daha diqqəti yönəldib ki, azərbaycanlıların kütləvi qırğını, soyqırımları ilə müşayiət olunan deportasiyalar XX əsrdə məruz qaldığımız, tariximizin ən qanlı və faciəli səhifələrindəndir: “Ötən yüzillikdə “böyük Ermənistan” xülyası ilə yaşayan və soydaşlarımıza qarşı hər cür vəhşiliyə əl atan daşnakların insanlıqdan kənar əməlləri xalqımızın yaddaşında qanlı izlər buraxıb. 1905-1907, 1918-1920, 1948-1953-cü illərdə rus imperiyasının havadarlığı ilə keçirilən qırğınların son nöqtəsi olan 1988-ci il hadisələri daha faciəli olmuşdur. 1988-ci ildən Qərbi Azərbaycanda ilk mərhələ kimi kütləvi hədələr, qətllər, kəndlərin dağıdılması, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımı kimi qanlı hadisələr yaddan çıxmayıb. Ermənilərin 1988-ci ildə yenidən baş qaldıran əsassız ərazi iddiaları nəticəsində 20 faiz torpağımız işğal altında qalıb, bir milyondan artıq soydaşımız öz doğma yurd-yuvasından didərgin düşüb. Münaqişənin həlli prosesinin bu günədək uzanmasında işğalçı Ermənistanın qeyri-konstruktiv mövqeyi, öz yalanlarını həqiqət kimi beynəlxalq ictimaiyyətə sırımaq cəhdləri, eyni zamanda, bəzi dövlətlərin, təşkilatların işğalçıya maddi və mənəvi dəstəkləri əsas rol oynayır”.
V.Rəhimzadə Azərbaycanla yanaşı, qonşu dövlətlərə də ərazi iddialarını açıq-aşkar nümayiş etdirən həmin foto-xəritənin yayımlanmasının ermənilərin “yalanın həqiqət üzərində qələbəsi” kimi xülyalarının tərkib hissəsi olduğunu önə çəkərək, daşnakların daim öz işğalçılıq siyasətlərinə bu kimi gedişlərlə bəraət qazandırmağa çalışdıqlarını bildirib. Baş redaktor bu xatırlatmanı da edib ki, illərdir qardaş Türkiyəyə qarşı əsassız “erməni soyqırımı” iddiasını irəli sürən Ermənistanın ərazisində “erməni soyqırımı” abidəsinin ucaldılması da bu kimi məqsədlərə xidmət edir. Ölkəyə səfər edən bu və ya digər dövlətin rəsmilərinə “protokol qaydalarına riayət” adı altında həmin abidəni ziyarət etdirilir və bununla da düşmənlərimiz guya “erməni soyqırımı”nın tanıdılması istiqamətində öz çirkin niyyətlərini həyata keçirmiş olurlar. Amma çox təəssüflər olsun ki, dünya hələ də tarixin saxtalaşdırılmasına göz yumur, beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozan, beynəlxalq təşkilatların qərar və qətnamələrinə məhəl qoymayan işğalçı dövlətə bu günə qədər “gözün üstə qaşın var” demir. Bu isə öz növbəsində belə əsassız iddiaların ortaya atılmasına rəvac verir.
Baş redaktor bu məqama da diqqəti yönəldib ki, Ermənistanın işğalçılıq siyasətinin təsdiqi olan bu addımları, eyni zamanda, ona havadarlıq edən dövlətlərin ikili siyasətdən qaynaqlanan dəstəkləri hər zaman həmin dövlətlərin, təşkilatların rəsmiləri tərəfindən “bir anlaşılmazlıq” kəlməsi ilə cavablandırılıb və heç nə olmamış kimi proseslər davam edib: “Hər zaman vurğulandığı kimi, bir cinayətin cəzasız qalması növbəti cinayət üçün əsasdır. Ermənilər əsassız torpaq iddialarına görə vaxtında beynəlxalq səviyyədə cəzalandırılsaydılar, bu gün nə Dağlıq Qarabağ problemi, nə də digər münaqişə ocaqları olardı. Yada salaq ki, bir dövlətin mövqeyini əks etdirən nəşr kimi dəyərləndirilən ensiklopediyada erməni tarixçisinin vasitəsilə Dağlıq Qarabağ erməni ərazisi kimi göstərilir, amma bununla bağlı rəsmi Bakı sərt mövqe nümayiş etdirəndə həmin dövlətin rəsmiləri bunu “təsadüf” kimi təqdim edir. Amma tarixi vərəqləsək, belə “təsadüflərin” sayı-hesabı yoxdur. Dünyanın iri dövlətləri, təşkilatları bir əsas məqamı unudurlar ki, belə “təsadüflərin” sayı çoxaldıqca, ədalət anlayışı maraqların arxasında əriməyə başlayır. Bu isə həmin dövlətlərə, təşkilatlara inamsızlığın artmasına rəvac verir”.
V.Rəhimzadə qeyd edib ki, artıq dünyanın işğalçı dövlətə bu kimi çirkin niyyətlərinə və əməllərinə görə cəzanı tətbiq etməsi zamanıdır. Beynəlxalq hüququn norma və prinsiplərinin icrası üçün vahid mexanizm olmalıdır. Çox təəssüflər olsun ki, beynəlxalq təşkilatların qərar və qətnamələri bəzi dövlətlər üçün anındaca icra edilir, lakin Azərbaycan 25 ildən artıqdır ki, ikili siyasətdən yaranan problemləri yaşayır.
“İki sahil” qəzetinin baş redaktoru onu da bildirib ki, dünya birliyi tərəfindən dəstəklənən Azərbaycandakı sabitlik və tolerantlığın digər ölkələrə nümunə göstərildiyi halda hələ də terrora, separatizmə haqq qazandıran Ermənistanın işğalçılıq siyasəti insanlığa qara ləkə, Prezident İlham Əliyevin vurğuladığı kimi, beynəlxalq ictimaiyyətə, ölkələrin ərazi bütövlüyünə, demokratiya və iqtisadi inkişafa təhlükədir. Ermənistanın Azərbaycana, həmçinin qonşu dövlətlərə qarşı ərazi iddiasını açıq-aşkar ortaya qoyması işğalçılığın, təcavüzkarlığın nümayişidir.
Xəbər lenti
Hamısına baxDünya
30 İyul 19:20
Dünya
30 İyul 18:40
Dünya
30 İyul 17:25
Gündəm
30 İyul 16:32
Dünya
30 İyul 16:19
Dünya
30 İyul 15:38
YAP xəbərləri
30 İyul 15:31
İqtisadiyyat
30 İyul 14:50
Sosial
30 İyul 14:33
Sosial
30 İyul 14:31
Sosial
30 İyul 14:29
YAP xəbərləri
30 İyul 14:24
Dünya
30 İyul 14:22
YAP xəbərləri
30 İyul 13:58
Elanlar
30 İyul 13:49
Dünya
30 İyul 13:41
Dünya
30 İyul 13:17
Elm
30 İyul 12:57
Sosial
30 İyul 12:57
Elm
30 İyul 12:56
Dünya
30 İyul 12:49
Sosial
30 İyul 12:31
İqtisadiyyat
30 İyul 12:20
İqtisadiyyat
30 İyul 12:19
Sosial
30 İyul 11:58
Gündəm
30 İyul 11:25
Mədəniyyət
30 İyul 11:15
Mədəniyyət
30 İyul 11:14
Siyasət
30 İyul 10:42
İqtisadiyyat
30 İyul 10:17
Siyasət
30 İyul 09:54
Sosial
30 İyul 09:30
Dünya
30 İyul 09:15
Analitik
30 İyul 08:57
Analitik
30 İyul 08:33
Elm
30 İyul 07:56
İdman
30 İyul 07:54
Dünya
30 İyul 07:45
Dünya
30 İyul 07:44
Dünya
29 İyul 23:17
Dünya
29 İyul 22:41
Dünya
29 İyul 22:19
İqtisadiyyat
29 İyul 21:50
Dünya
29 İyul 21:22
Dünya
29 İyul 21:09
Dünya
29 İyul 20:45
Xəbər lenti
29 İyul 20:32
Siyasət
29 İyul 20:27
Dünya
29 İyul 20:16
Siyasət
29 İyul 20:15
Siyasət
29 İyul 19:59
Dünya
29 İyul 19:50
Siyasət
29 İyul 19:44
Siyasət
29 İyul 19:36
Dünya
29 İyul 19:25
Dünya
29 İyul 19:10
Turizm
29 İyul 18:31
İdman
29 İyul 17:19
Sosial
29 İyul 16:25
Gündəm
29 İyul 16:13
Sosial
29 İyul 15:51
YAP xəbərləri
29 İyul 15:43
Siyasət
29 İyul 15:26
Sosial
29 İyul 15:20
Siyasət
29 İyul 14:35
Sosial
29 İyul 14:03
İdman
29 İyul 14:02
Sosial
29 İyul 14:01
Sosial
29 İyul 14:00
İdman
29 İyul 13:59

