Azərbaycanın uğurları beynəlxalq səviyyədə yüksək qiymətləndirilir
15.08.2018 [09:09]
Nüfuzlu reytinq agentlikləri öz hesabatlarında Azərbaycan iqtisadiyyatının 2018-2021-ci illərdə orta hesabla 3 faiz artacağına dair proqnozlar ifadə ediblər
Son 15 ildə güclü hərtərəfli inkişaf sayəsində ölkəmiz regionun lider dövlətinə çevrilib. Respublikamız regionda reallaşdırılan bütün irimiqyaslı layihələrin moderatoru rolunda çıxış edir, regional və qlobal əhəmiyyət daşıyan müasir enerji, nəqliyyat marşrutlarının yaradılmasında əsas rol oynayır.
Eyni zamanda, iqtisadi və maliyyə müstəqilliyinin təmin edilməsi Azərbaycanın manevr imkanlarını artırıb. Bu gün respublikamız qlobal miqyasda milli maraqlarını qətiyyətlə qoruyan, öz imkanlarından istifadə edərək regional və beynəlxalq əməkdaşlığa sanballı töhfələr verən ləyaqətli ölkə kimi tanınır. Əlamətdar haldır ki, qlobal miqyasda respublikamızın bir sıra spesifik cəhətləri ilə fərqlənən, müasir dünya trendlərini özündə ehtiva edən nümunəvi inkişaf modelinə böyük maraq var.
“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb
Ölkəmizin nümunəvi inkişaf modelinin bütün dünyada maraqla izlənildiyini, həmçinin beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrindən də görmək mümkündür. Məlumdur ki, nüfuzlu Davos İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik Hesabatı”nda Azərbaycan mövqeyini daha iki pillə yaxşılaşdıraraq 35-ci yerdə qərarlaşıb və MDB məkanında liderlik mövqeyini yenə də qoruyub saxlayıb. Eyni zamanda, respublikamız yenə Davos Forumunun dəyərləndirməsinə görə inkişaf etməkdə olan ölkələr sırasında inklüziv inkişaf indeksi üzrə üçüncü yeri tutur ki, bu da böyük uğurdur.
Elə bu günlərdə Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutunun, eləcə də “Standard & Poor’s” və “Fitch Ratings” reytinq agentliklərinin hesabatları yayılıb. Bəhs olunan hesabatlarda ölkəmizin sosial-iqtisadi inkişafı ilə bağlı dəyərləndirmələr kifayət qədər müsbətdir. Hər üç qurumun hesabatı respublikamızda həyata keçirilən sosial-iqtisadi siyasətin səmərəliliyini təsdiqləyir.
“Standard & Poor’s” reytinq agentliyinin hesabatında Azərbaycan iqtisadiyyatının 2018-ci ildən 2021-ci ilə qədər olan dövr ərzində orta hesabla 3 faiz artacağına dair proqnoz ifadə olunub. Reytinq agentliyi Azərbaycanın uzunmüddətli və qısamüddətli suveren kredit reytinqini yerli və xarici valyutalarda “VV+/V” səviyyəsində təsdiq edib, reytinqlər üzrə proqnoz müsbət qeyd edilib.
Nüfuzlu “Fitch Ratings”in hesabatında belə bir qənaət ifadə edilib ki, Azərbaycanda mövcud olan sosial və siyasi sabitlik davam edəcək. Reytinq agentliyi xarici valyutada emitentin defoltunun uzunmüddətli reytinqini sabit proqnozlu “BB+” səviyyəsində təsdiq edib. Agentliyin proqnozlarına görə, Azərbaycan iqtisadiyyatı bu il 2 faiz artacaq. Bu, neftin yüksək qiymətləri, qaz hasilatı, eləcə də kənd təsərrüfatı və turizmin inkişafı hesabına olacaq. O da ifadə edilib ki, Azərbaycanda makroiqtisadi sabitlik inflyasiyanın 3,2 faizə düşməsi fonunda yüksəlir. Bunun səbəblərindən biri kimi manatın sabit məzənnəsi qeyd edilib. Həmçinin bank sektorunda dollarlaşma səviyyəsinin azaldığı bildirilib.
“Moody’s” beynəlxalq reytinq agentliyi 2019-cu ildə Azərbaycanda iqtisadi artım templərinin sürətlənəcəyini proqnozlaşdırıb. “Biz gözləyirik ki, Azərbaycanda ÜDM-in artımı bu il 1,5 faiz, gələn il 3 faiz artacaq. Bu, neft qiymətinin bahalaşmasının davam etməsi və Azərbaycan məhsullarının ixracının artımı ilə izah olunur”, - deyə hesabatda bildirilir.
Rusiyanın Milli Araşdırma Universitetinin Sosial Siyasət Tədqiqatları İnstitutu MDB ölkələri arasında əməkhaqqı reytinqini açıqlayıb. Reytinqin nəticələrinə əsasən, 2017-ci ildə əməkhaqqı səviyyəsinə görə Azərbaycan 306,7 dollarla dördüncü yerdə qərarlaşıb.
Beynəlxalq reytinq agentliklərinin dəyərləndirmələrinin əsasında Azərbaycanın müsbət reallıqları dayanır
Bəhs olunan reytinq agentliklərinin dəyərləndirmələrinin əsasında Azərbaycanın müsbət reallıqları dayanır. Son 15 ildə bütün dünya miqyasında iqtisadi baxımdan Azərbaycan qədər inkişaf edən ölkə olmayıb. Respublikada innovativ əsaslı, elm tutumlu iqtisadiyyat quruculuğu davamlı şəkildə diqqət mərkəzində saxlanılıb. Belə məqsədyönlü yanaşmanın nəticəsidir ki, 2004-cü ildən bəri bütün dünya üzrə ÜDM istehsalının artımında ən yaxşı göstəricilərdən biri, 3 dəfədən çox olmaqla, məhz Azərbaycanda qeydə alınıb.
Ölkəmizdə rəqabətə davamlı iqtisadiyyat quruculuğundan söhbət açarkən məqsədyönlü şəkildə həyata keçirilən şaxələndirmə siyasətinin önəmini xüsusi qeyd etmək lazımdır. Ölkəmizdə neftdənkənar iqtisadiyyatın, o cümlədən də qeyri-neft sənayesinin, aqrar sektorun inkişafının dövlət tərəfindən güclü şəkildə təşviq edilməsi, siyasi və maddi cəhətdən dəstəklənməsi öz növbəsində uğurlu göstəricilərin əldə olunmasını şərtləndirir. Təsadüfi deyil ki, cari ilin birinci yarısında respublikamızda ən yaxşı inkişaf göstəriciləri məhz neftdənkənar iqtisadiyyat, o cümlədən qeyri-neft sənayesi (8,8 faiz) və aqrar sektor (7,6 faiz) üzrə qeydə alınıb.
Qeyri-neft iqtisadiyyatının inkişafı sayəsində bu sektordan ixrac həcmləri də getdikcə artır. 2018-ci ilin yanvar-iyun aylarında ölkəmizdən 846,5 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilib ki, bu da 2017-ci ilin analoji aylarına nisbətən faktiki qiymətlərlə 15 faiz, real ifadədə isə 4,7 faiz çoxdur.
Strateji valyuta ehtiyatlarının artması ölkəmizin inamlı inkişafını təsdiqləyən daha bir önəmli faktdır. Bu gün Azərbaycan dünyanın azsaylı ölkələrindəndir ki, heç bir başqa dövlətdən, beynəlxalq təşkilatdan asılı deyil. Ölkəmizin maliyyə vəziyyəti kifayət qədər yaxşıdır. Hazırda respublikamızın strateji valyuta ehtiyatları 44 milyard dollara çatıb ki, bu da kifayət qədər böyük rəqəmdir.
Əldə olunan uğurlu iqtisadi-maliyyə göstəricilərinin nəticəsində ölkədə makroiqtisadi sabitlik təmin olunur, tədiyyə balansı profisitlidir. Respublikada insanların gəlir imkanları artıb. Əsas məqamlardan biri də ondan ibarətdir ki, milli valyutamız uzun müddətdir ki, sabit kursunu qoruyub saxlayır. İndiki şəraitdə birjalarda neftin qiymətinin 70 dollardan yuxarı formalaşması, həmçinin respublikamızdan qeyri-neft məhsullarının ixracının artması və bundan əlavə gəlirlər əldə olunması manatın kursunun sabit qalmasını şərtləndirən mühüm faktorlar qismində çıxış edir.
Ölkəmizdə islahatlar yolu ilə inkişaf kursu bundan sonra da davam etdiriləcək
Azərbaycanın beynəlxalq miqyasda da yüksək qiymətləndirilən inkişafı ilk növbədə ölkədə Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasətin və aparılan islahatların məntiqi nəticəsidir.
Bura bank-maliyyə sektorunun sağlamlaşdırılması, büdcəyə vergi daxilolmaları bazasının genişləndirilməsi, gömrük idxal-ixrac əməliyyatlarının sadələşdirilməsi, bütün sahələrdə şəffaflığın təmin edilməsi kimi mühüm istiqamətlər daxildir. Prezident İlham Əliyevin 2016-cı il 6 dekabr tarixində imzaladığı Fərmanla təsdiqlənən milli iqtisadiyyat perspektivi və onun 11 sektoru üzrə strateji yol xəritələri yaxın, orta və uzunmüddətli dövrlərdə ölkəmizin hərtərəfli inkişafına hesablanıb. Yeni şəraitdə ölkədə aparılan islahatların böyük bir qismi biznes mühitinin daha da optimallaşdırılmasına istiqamətləndirilib. Respublikamızda aparılan iqtisadi islahatlar çərçivəsində ölkədə ixracın və investisiyaların səmərəli təşviqi mexanizmi işə salınıb.
Mübariz ABDULLAYEV
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 23:35
Formula 1
03 İyun 23:13
Dünya
03 İyun 22:40
Dünya
03 İyun 22:36
Dünya
03 İyun 22:19
Dünya
03 İyun 21:53
Dünya
03 İyun 21:25
Dünya
03 İyun 21:08
Dünya
03 İyun 20:42
Dünya
03 İyun 20:31
Dünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59

