Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bursa şəhərində Ulu öndər Heydər Əliyevin büstünün açılışı olub

Bursa şəhərində Ulu öndər Heydər Əliyevin büstünün açılışı olub

13.10.2009 [09:43]

Türkiyənin Bursa şəhərindəki Yıldırım rayonunda Azərbaycan xalqının ümummilli lideri, türk dünyasının dahi şəxsiyyəti Heydər Əliyevin büstünün açılışı olub. Açılış mərasimində çıxış edən ölkəmizin İstanbuldakı baş konsulu Səyyad Aran, Bursa ilə qardaşlaşmış Xırdalan şəhəri İcra hakimiyyətinin başçısı Zakir Fərəcov, Yıldırım rayonunun bələdiyyə sədri özgən Kəskin Ulu öndərin Azərbaycan və türk dünyası qarşısında müstəsna xidmətlərindən ətraflı bəhs ediblər. Vurğulanıb ki, türkdilli ölkələrin birlik və bərabərliyi yolunda misilsiz xidmətləri olan Heydər Əliyev, “bir millət, iki dövlət” adlandırdığı qardaş Azərbaycan və Türkiyə xalqlarının xoşbəxt gələcəyi və rifahı naminə də nəhəng işlər görüb. Ulu öndərin gərgin səyləri ilə ərsəyə gələn Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi dünyamiqyaslı enerji layihələri Azərbaycanın və Türkiyənin dünyadakı mövqeyini daha da möhkəmləndirib. Təsadüfi deyil ki, Türkiyə və bütün türk dünyasının liderləri bu dahi şəxsiyyəti öz ağsaqqalı kimi qəbul edirdi. Onun bu siyasi xətti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bursanın Yıldırım rayonunun bələdiyyə sədri özgən Kəskin bildirib ki, burada salınan parkda yaxın gələcəkdə akademik Zərifə xanım Əliyevanın da xatirəsi əbədiləşdiriləcək.

Paylaş:
Baxılıb: 994 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30