/ / Hikmət Babaoğlu: Ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara əsla meydan vermək olmaz
Hikmət Babaoğlu: Ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara əsla meydan vermək olmaz
31.07.2018 [09:48]
Azərbaycan nəinki regionda, hətta bütövlükdə dünyada insan hüquq və azadlıqlarının, din və vicdan azadlıqlarının ən yüksək səviyyədə təmin olunduğu bir ölkədir. Çox maraqlıdır ki, Azərbaycanı dini dözümsüzlükdə və din xadimlərinə qarşı sərt davranmaqda ittiham edən bir qrup radikal ünsür bu tolerant mühitdən sui-istifadə edərək əslində özləri kimi radikalları və terrorçuları müdafiə edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu bildirib.
“Hələ bu azmış kimi üstəlik məsələni bir də siyasiləşdirərək siyasi hakimiyyəti də özlərinə görə şantaj edirlər. Ancaq bunu elə ibtidai formada edirlər ki, kimdən sifariş aldıqları və nə məqsədlə etdikləri çox aydın şəkildə görünür. Ona görə də nə həqiqi dindarlar, nə də cəmiyyətimizin ictimai fəal fərdləri əsla bu antiazərbaycan təbliğatına fikir vermirlər”, - deyə Hikmət Babaoğlu vurğulayıb.
Deputat qeyd edib ki, son vaxtlar sosial şəbəkələrdə aktivləşən bu informasiya terrorçuları əslində ölkəmizdə fiziki terroru həyata keçirənlərin informasiya dəstəkçiləridirlər və eyni mərkəzdən idarə olunurlar. Hədəf Azərbaycanın milli və dövlət maraqlarıdır, hədəf ölkəmizdəki inkişaf və sabitlikdir.
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru deyib: “Ancaq bu da hələ hamısı deyil. İnformasiya terrorçularının əsas hədəflərindən biri də siyasi hakimiyyətdir. Dini məsələlərdə həmişə məzhəb kimi həssas məsələləri istismar edərək silaha çevirən radikallar siyasi məsələdə də Dağlıq Qarabağ probleminin həlli kimi həssas mövzunu silaha çevirməyə cəhd edirlər. Bu da təsadüfi deyil. Hazırda Azərbaycan iqtidarının uzunmüddətli hərbi-siyasi və diplomatik səyləri nəticəsində Dağlıq Qarabağ probleminin həlli ilə bağlı heç vaxt olmadığı qədər münbit şərtlər yaranmaqdadır. Siyasi prosesləri yaxından izləyənlər bunu yaxşı görürlər. Həmin dini radikalları gizlədən və himayə edən mərkəzlər isə bu problemin həllini əsla istəmirlər. Çünki problem həll olunarsa, onların Azərbaycana təzyiq rıçaqlarından biri əllərindən çıxar. Ona görə də din pərdəsi adı altında siyasi şantaj vasitəsilə aranı qarışdırmağa cəhd edirlər. Eyni zamanda, onların məqsədlərini ifşa edən informasiya vasitələrini xüsusi olaraq hədəfə alırlar. Yəni, fərdi qaydada ayrı-ayrı subyektləri susdurmaqla onları ifşa edən informasiya resurslarına dərs vermək istəyirlər. Ancaq Azərbaycanda bu mümkün deyil. Çünki kütləvi şüur belə məsələləri obyektiv dərk edəcək qədər kamildir. Ölkəmizdə savadlı və vətənpərvər dindarlar ordusu var ki, onlar da belə radikalların dini şüurumuzu manipulyasiya etmələrinə yol verməzlər. Ancaq əlbəttə, ölkəmizin informasiya məkanını informasiya terroruna məruz qoyanlara da əsla meydan vermək olmaz”.
Xəbər lenti
Hamısına baxSiyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45

