Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı təqvim planını təsdiq edib

Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə bağlı təqvim planını təsdiq edib

10.10.2009 [09:46]

Siyasi partiyaların və onların bloklarının bələdiyyə seçkilərində iştirakına geniş, bərabər imkanlar yaradılır
Məlum olduğu kimi, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbəti bələdiyyə seçkilərinin vaxtını elan edib. Dekabrın 23-də ölkə ərazisində fəaliyyət göstərən 1718 bələdiyyəyə növbəti seçkilər keçiriləcək. Qeyd edək ki, bələdiyyələrə dair bütün məsələlər qanunvericilikdə tam əksini tapıb. Belə ki, Azərbaycan Konstitusiyasının 142-ci maddəsinin II və III bəndlərinə əsasən respublikamızda bələdiyyələr qanunla müəyyən olunmuş seçki qaydalarına uyğun olaraq seçkilər əsasında yaradılır. Hazırda həmin bələdiyyələrin səlahiyyət müddəti başa çatmaqda olduğundan, növbəti seçkilər təyin edilməli idi. Bu səbəbdən də Seçki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkilərinin vaxtını təyin edib.
Artıq MSK qarşıdan gələn seçkilərlə bağlı bir sıra təlimat və qərarlar qəbul edib. Namizədliyin irəli sürülməsi və qeydə alınması, siyasi partiya və siyasi partiya bloklarının yaradılması, xüsusi seçki hesablarının açılması haqqında və s. təlimatlar qəbul edib. Yəni komissiya seçkilərin yüksək səviyyədə hazırlanıb keçirilməsi üçün bütün zəruri sənədləri qəbul edib və qəbul olunmuş təqvim planına əsasən qanunvericilikdə nəzərdə tutulmuş qaydada seçki hərəkətləri bundan sonra da davam etdiriləcək. Yeri gəlmişkən qeyd edək ki, MSK-nın son iclasında qəbul olunmuş Təqvim Planında seçki prosesinin son mərhələsinə qədər atılacaq bütün addımlar tam əks olunub.
Təbii ki, digər seçkilərdə olduğu kimi, bələdiyyə seçkilərində də siyasi partiyaların nümayəndələri mübarizənin önündə gedəcəklər. Bu baxımdan, MSK-nın siyasi partiya və onların bloklarının namizədlərin irəli sürülməsi, qeydə alınması haqqında qəbul etdiyi sənədlər əhəmiyyəti ilə diqqəti cəlb edir. Qeyd edək ki, Azərbaycan Respublikasında bələdiyyə seçkilərində siyasi partiya və siyasi partiyaların blokları tərəfindən namizədlərin irəli sürülməsi qaydası Seçki Məcəlləsinin 54-cü, 212-ci və 214-cü maddələrilə tənzimlənir. Siyasi partiya öz nizamnaməsinə uyğun olaraq namizədlərin irəli sürülməsi haqqında qərarı səsvermə yolu ilə kollegial qaydada qəbul etməlidir.
Siyasi partiyaların bloku tərəfindən namizədlər bloka daxil olan hər bir siyasi partiya tərəfindən təsdiq edilir. Siyasi partiyaların blokları tərəfindən namizədlərin irəli sürülməsi haqqında qərar siyasi partiyaların nümayəndələrinin iclasında (qurultayında, konfransında, rəhbər orqanının iclasında) qəbul olunmalıdır. Bundan əlavə, partiyalar səlahiyyətli nümayəndələri də qurultaylarında (konfransında, rəhbər orqanının iclasında) müəyyənləşdirir.
Onu da qeyd edək ki, siyasi partiyalar və onların bloku partiyaların üzvü olmayan şəxsləri də namizəd kimi irəli sürə bilərlər.
Eyni zamanda, siyasi partiyalar tərəfindən bələdiyyə üzvlüyünə namizədlər irəli sürülərkən partiyanın səlahiyyətli nümayəndəsi müvafiq dairə seçki komissiyasına namizədin adı ilə birlikdə bir sıra sənədləri təqdim etməlidir. Bu sənədlər sırasına partiyanın qeydə alınması barədə şəhadətnamənin notariat qaydasında təsdiqlənmiş surəti, siyasi partiyanın qüvvədə olan nizamnaməsinin notariat qaydasında təsdiqlənmiş surəti, namizədlərin irəli sürülməsi barədə siyasi partiyanın qurultayının (konfransının, rəhbər orqanının iclasının) qərarı və müvafiq iclasın protokolu daxildir. Bələdiyyə üzvlüyünə namizədliyi irəli sürülmüş hər bir şəxsin məhkumluğuna, vətəndaşlığına dair və başqa dövlətlər qarşısında öhdəliyinin olub-olmaması barədə məlumatlar, habelə, bələdiyyə üzvü seçiləcəyi halda, həmin vəzifə ilə uzlaşmayan fəaliyyətə xitam verəcəyi barədə öhdəliyi göstərilmiş ərizəsi də həmin sənədlər sırasına daxildir. Siyasi partiyalar həmçinin, Mərkəzi Seçki Komissiyasına özünün səlahiyyətli nümayəndələrinin, habelə, maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndələrin siyahılarını təqdim etməlidir.
Yeri gəlmişkən, siyasi partiyalar blokunun da qeydə alınması üçün müvafiq tələblər var. Belə ki, Seçki Məcəlləsinin 50-ci maddəsinə əsasən siyasi partiyalar blokunun qeydə alınması üçün onun səlahiyyətli nümayəndəsi aşağıda göstərilən sənədləri qanunvericiliyə uyğun olaraq Mərkəzi Seçki Komissiyasına təqdim etməlidir. Bu sənədlər sırasına yenə də partiyaların nizamnamələrinin notariat qaydasında təsdiq edilmiş surətlər, siyasi partiyaların bloka daxil olmaq barədə sazişi, onların həmin bloka daxil olmaq haqqında qərarları və s. daxildir.
Həmçinin, siyasi partiyalar blokunun adı bloka daxil olmuş partiyaların nümayəndələrinin birgə iclasında müəyyənləşdirilir, blokun adlandırılmasında həmin bloka daxil olmayan siyasi partiyaların (seçkilərdə iştirak edib-etməməsindən asılı olmayaraq), əvvəllər seçkilərdə iştirak etmiş digər siyasi partiyaların adlarından istifadə edilə bilməz. Bundan əlavə, siyasi partiyaların bloku öz emblemini də təsdiq üçün Mərkəzi Seçki Komissiyasına təqdim edə bilər. Siyasi partiyaların bloku, onun tərkibindəki hər hansı partiyanın qeydə alınmış emblemi, yaxud digər siyasi partiyalar və siyasi partiyalar bloklarının indiki və əvvəlki seçkilərdə istifadə etdikləri emblemlər istisna olmaqla, istənilən emblemi təqdim edə bilər. Blokun rəmzləri əqli mülkiyyət hüquqlarını, əmtəə nişanlarına olan hüquqları pozmamalı, Azərbaycan Respublikasının və digər ölkələrin dövlət rəmzlərinə, dini rəmzlərə toxunmamalı, ümumən qəbul edilmiş əxlaq normalarını pozmamalıdır. Siyasi partiyaların bloku beş sözdən çox olmayan adından, habelə, emblemindən seçki sənədlərində istifadə edilməsini Mərkəzi Seçki Komissiyası ilə razılaşdırmalıdır.
Nəhayət, siyasi partiyalar blokunun qeydə alınmasına gəlincə, qanunvericiliyə görə, siyasi partiyaların bloku tərəfindən müvafiq sənədlərin Mərkəzi Seçki Komissiyasına təqdim edildiyi gündən ən geci 5 gün müddətində, komissiya həmin blokun qeydiyyatı məsələsini həll etməlidir.
Blokun qeydə alınması üçün zəruri olan sənədlər düzgün rəsmiləşdirilmədikdə, tam olmadıqda və ya Seçki Məcəlləsinin tələblərinə uyğun gəlmədikdə MSK müvafiq siyasi partiyalar blokunun qeydə alınmasından imtina edilməsi haqqında qərar çıxara bilər.
Nardar BAYRAMLI
Paylaş:
Baxılıb: 1130 dəfə

Xəbər lenti

Hamısına bax

YAP xəbərləri

YAP xəbərləri

Biz bir olmalıyıq

20 Sentyabr 19:09

YAP xəbərləri

Gündəm

MEDİA

Sosial

4 şəhərin 1 günü

20 Sentyabr 11:19  

Analitik

Sosial

Ədəbiyyat

Şənbə üçün nəzm

20 Sentyabr 08:32  

YAP xəbərləri

YAP xəbərləri

Separatizmə son

19 Sentyabr 22:00

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30