/ / Azərbaycan dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə kimi tanınır
Azərbaycan dünyada müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə kimi tanınır
26.07.2018 [10:38]
Yaxud, xalqımıza qarşı cinayət əməlinə yol verməyən və dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin Azərbaycana gəlməsi nə üçün yolverilməz hesab olunmalıdır?
Dünyada sivilizasiyalararası qarşıdurmaların, müxtəlif humanitar böhranların, dini və milli-etnik müstəvidə kataklizmlərin yaşandığı bir dövrdə Azərbaycan həm sivilizasiyalararası dialoqun təşviqi və inkişafına mühüm töhfələr verir, həm də sabitliyi, tərəqqipərvər mövqeyi ilə nümunə kimi çıxış edir. Ümumiyyətlə, ölkəmiz beynəlxalq dialoq və əməkdaşlıq məkanı olmaqla yanaşı, həm də mühüm siyasi, iqtisadi, mədəni və humanitar xarakterli beynəlxalq tədbirlərə uğurla ev sahibliyi edir. Bir çox nüfuzlu beynəlxalq tədbirlərin respublikamızda keçirilməsi Azərbaycanın beynəlxalq inteqrasiya prosesində müvəffəqiyyətlə iştirak etməsindən və ölkəmizin yüksək nüfuzundan xəbər verir.
Bu qədər sərt - ifrat mövqeyin fonunda beynəlxalq ictimaiyyəti necə inandıra bilərik ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya bilərik?
Ölkəmizdə ənənəvi olaraq keçirilən və böyük bir musiqi platforması olan “Jara” musiqi festivalı da mədəniyyətlərarası inteqrasiyanı, dialoqu təşviq və təbliğ edən mühüm vasitələrdəndir. Təsadüfi deyil ki, “Jara” xarici iştirakçılar və qonaqlar tərəfindən dostluq, sülh, sevinc və sevgi festivalı kimi xarakterizə edilir. Amma təəssüflər olsun ki, son günlər ərzində müəyyən dairələrin dəstəyi ilə sosial şəbəkələrdə bəhs olunan festivalın iştirakçısı, rusiyalı müğənni Zara ilə bağlı kampaniya aparılır. Cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən bu kampaniyanın ana xəttini təşkil edən əsas iddia budur ki, guya milliyyətcə erməni olan bu sənətkarın ölkəmizə gələrək festivalda çıxış etməsi qəbuledilməzdir. Təbii ki, bu, mahiyyət etibarilə düzgün və məqbul yanaşma deyil. Ona görə ki, tolerantlıq məkanı olan Azərbaycan beynəlxalq miqyasda müxtəlif xalqların sülh və qarşılıqlı anlaşma şəraitində yaşadığı, bütün dini və milli azadlıqların təmin edildiyi ölkə kimi tanınır. Xatırladaq ki, Ermənistanda bir nəfər azərbaycanlı qalmadığı halda, ölkəmizdə 30 min erməni əsilli vətəndaş yaşayır (Dağlıq Qarabağı nəzərə almasaq belə). Belə olan halda sual olunur: torpaqlarımızın işğal edilməsində iştirakçı olmayan, xalqımıza qarşı cinayət əməlinə və hərəkətlərinə yol verməyən, dinc həyat tərzi sürən hər hansı erməni əsilli şəxsin Azərbaycana gəlməsi nə üçün yolverilməz hesab olunmalıdır? Digər tərəfdən, bir erməni əsilli şəxsə görə bu qədər sərt - ifrat mövqe sərgiləmək məqbul yanaşma deyil. Belə ki, beynəlxalq ictimaiyyəti necə inandıra bilərik ki, Dağlıq Qarabağ Azərbaycana qaytarılarsa, biz ermənilərlə birgə yaşaya, onların təhlükəsizliyini təmin edə bilərik?
Özümüzü dünyaya layiq olmadığımız şəkildə təqdim etməməliyik
Biz həm də özümüzü dünyaya layiq olmadığımız şəkildə təqdim etməməliyik. Bu zamana qədər erməni təcavüzkarları xalqımıza qarşı çoxsaylı soyqırımı aktlarına yol veriblər, Ermənistana rəhbərlik etmiş şəxslər azərbaycanlılarla ermənilər arasında irqi uyğunsuzluq barədə iddialar irəli sürərək radikal - ifrat şovinist mövqedən çıxış ediblər. Amma tolerantlıq ənənələrinə malik olan Azərbaycan xalqının nümayəndələri olaraq bizim layiq olmadığımız imicdə özümüzü təqdim etməyimiz məqbul deyil.
Nə üçün Zaranın Azərbaycana gələrək ölkəmiz haqqında xoş - müsbət fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır?
Digər tərəfdən, bu məsələ kontekstində bir nüansa da toxunmaq vacibdir. Kiçik bir araşdırma aparsaq, görərik ki, Zara Ermənistanda anadan olsa da, erməni deyil. Rusiya vətəndaşı olan bu şəxs milliyyətcə yezidi kürddür. Belə olan halda, hər hansı biş şəxsin, eləcə də Zaranın doğulduğu ölkəyə hörmətlə yanaşması normal haldır. Əgər Zara Ermənistana səfərlər edərək həmin ölkəni təbliğ edirsə, nə üçün Azərbaycana gəlib ölkəmiz haqqında xoş - müsbət fikirlər səsləndirməsinə şərait yaradılmamalıdır?
Ən əsası, Azərbaycan dövləti və xalqı heç bir ölkəni, xalqı, eləcə də erməniləri özünə düşmən hesab etmir. Nəzərə almaq gərəkdir ki, ermənilər və azərbaycanlılar eyni coğrafiyanı bölüşürlər. Bu səbəbdən gələcəkdə də dinc yaşamağa məhkumdurlar. Xalqımızın və dövlətimizin düşməni erməni xalqı deyil, terror fəlsəfəsini mənimsəmiş erməni şovinizminin ideoloqları, bu ölkənin xunta rejimidir. Elə erməni xalqı da bu siyasi-ideoloji dairələrin girovunda olmaqdan əziyyət çəkir. Xalqımız isə ermənilərlə dinc yaşamağa hazırdır. O halda ki, işğal altında olan torpaqlarımız geri qaytarılsın - ölkəmizin ərazi bütövlüyü bərpa edilsin.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
01 İyul 23:35
Dünya
01 İyul 23:16
Xəbər lenti
01 İyul 22:41
İqtisadiyyat
01 İyul 22:30
Dünya
01 İyul 22:18
Dünya
01 İyul 21:53
Dünya
01 İyul 21:29
Dünya
01 İyul 21:12
Elm
01 İyul 20:45
Dünya
01 İyul 20:35
Dünya
01 İyul 20:17
Dünya
01 İyul 19:50
Gündəm
01 İyul 19:44
Gündəm
01 İyul 19:22
Dünya
01 İyul 19:22
Dünya
01 İyul 18:41
Gündəm
01 İyul 18:40
Siyasət
01 İyul 18:21
Dünya
01 İyul 18:09
Dünya
01 İyul 17:35
İqtisadiyyat
01 İyul 17:10
Gündəm
01 İyul 16:58
İqtisadiyyat
01 İyul 16:38
MEDİA
01 İyul 16:29
YAP xəbərləri
01 İyul 16:28
İdman
01 İyul 16:10
YAP xəbərləri
01 İyul 15:39
Sosial
01 İyul 15:16
İqtisadiyyat
01 İyul 15:12
MEDİA
01 İyul 15:01
Elm
01 İyul 14:27
Sosial
01 İyul 14:27
MEDİA
01 İyul 14:10
MEDİA
01 İyul 14:09
İqtisadiyyat
01 İyul 13:35
YAP xəbərləri
01 İyul 12:16
Gündəm
01 İyul 12:07
Gündəm
01 İyul 11:34
Siyasət
01 İyul 11:30
Dünya
01 İyul 11:19
Sosial
01 İyul 11:12
Xəbər lenti
01 İyul 11:09
Sosial
01 İyul 11:04
Sosial
01 İyul 11:04
Siyasət
01 İyul 10:51
Gündəm
01 İyul 10:25
Siyasət
01 İyul 09:58
Siyasət
01 İyul 09:37
Analitik
01 İyul 09:13
MEDİA
01 İyul 08:50
Sosial
01 İyul 08:35
Dünya
30 İyun 23:21
Dünya
30 İyun 23:10
Dünya
30 İyun 22:59
İqtisadiyyat
30 İyun 22:25
Dünya
30 İyun 21:56
İqtisadiyyat
30 İyun 21:20
Dünya
30 İyun 20:45
Müsahibə
30 İyun 20:18
Xəbər lenti
30 İyun 19:53
Maraqlı
30 İyun 19:50
Dünya
30 İyun 19:22
Xəbər lenti
30 İyun 19:08
YAP xəbərləri
30 İyun 18:48
Xəbər lenti
30 İyun 18:43
Dünya
30 İyun 18:35
Dünya
30 İyun 17:54
Dünya
30 İyun 17:20
YAP xəbərləri
30 İyun 16:52
Maraqlı
30 İyun 16:43

