/ / Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
Bakıda MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib
21.07.2018 [09:46]
İyulun 20-də Bakıda Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının növbəti iclası keçirilib.
AZƏRTAC xəbər verir ki, iclasda Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Özbəkistan respublikalarının, Türkmənistan və Rusiya Federasiyası Daxili İşlər nazirliklərinin, MDB-nin İcraiyyə Komitəsinin, Birliyin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıqla mübarizənin əlaqələndirilməsi üzrə Büronun, Beynəlxalq Kriminal Polis Təşkilatı - “İnterpol”un, BMT-nin narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Mərkəzi Asiya regional qurumunun rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.
Qonaqlar əvvəlcə Fəxri xiyabana gedərək xalqımızın Ümummilli lideri Heydər Əliyevin abidəsi önünə əklil qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər çiçəklər qoyulub.
Həmin gün MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurasının iclası işə başlayıb.
Tədbiri giriş sözü ilə açan Şuranın sədri, Tacikistan Respublikasının daxili işlər naziri, milis general-polkovniki Ramazon Raximzoda bu quruma rəhbərlik etdiyi bir il ərzində görülən işlər barədə məlumat verib.
MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası haqqında Əsasnaməyə müvafiq olaraq, Şuraya sədrlik Azərbaycan Respublikasının daxili işlər nazirinə həvalə edilib.
Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov Prezident İlham Əliyevin tapşırığına əsasən dövlətimizin başçısının iclasın iştirakçılarına ünvanladığı müraciəti səsləndirib. O, Şuranın üzv dövlətlərin ərazisində cinayətkarlığa qarşı mübarizədə davamlı səylərini, əldə etdiyi müsbət nəticələri, eyni zamanda, hər bir ölkənin təhlükəsizliyi baxımından böyük və əhəmiyyətli işini xüsusi vurğulayaraq fəaliyyətində yeni nailiyyətlər arzulayıb.
Şuraya sədrlik edən Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov cari il sentyabrın 24-də MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və cinayətlərin digər təhlükəli növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun yaranmasının 25 illiyinin tamam olacağını diqqətə çatdıraraq, yubiley münasibətilə həmin qurumun rəhbərliyini və əməkdaşlarını təbrik edib, onlara uğurlar arzulayıb.
Şuranın iclasında MDB-nin İcraiyyə Komitəsinin Departament direktoru, general-leytenant Albert Drujinin, “İnterpol”un baş katibi Yurgen Ştok çıxış ediblər.
İclasın gündəliyində MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər nazirliklərinin əməkdaşlığının prioritet məsələləri və cinayətkarlıqla mübarizədə dövlətlərarası proqramların icrasının, terrorçu qruplaşmaların tərkibində silahlı münaqişələrdə iştirak edən şəxslərlə bağlı məlumat mübadiləsinin vəziyyəti, üzv dövlətlərin ərazisində kibercinayətlərin qarşısının alınmasında razılaşdırılmış hərəkət mexanizmləri, bu sahə üzrə ixtisaslı kadrların hazırlanması, elmi-praktiki konfransların keçirilməsi və digər aktual məsələlər olub.
Nazir Ramil Usubov bu istiqamətlər üzrə çıxışında Azərbaycanın mövqeyini ifadə edən cinayətkarlıqla mübarizənin aktual problemlərinə dair mütəmadi keçirilən belə görüşlərin müasir çağırış və təhdidlərin qarşısının alınmasında mühüm rolunu vurğulayıb. Respublikadakı kriminogen durum, həyata keçirilən tədbirlər barədə iştirakçılara məlumat verən daxili işlər naziri bildirib ki, cinayətkarlığın qarşısının alınması və açılması işinin səmərəli təşkili, ictimai asayişin və təhlükəsizliyin etibarlı təmini ölkələrimizin və xalqlarımızın mənafeyinə xidmət edir. Bu məqsədlərə çatmaq üçün birgə səylər daha da gücləndirilməli, məqsədyönlü və davamlı olmalıdır.
Nümayəndə heyətlərinin rəhbərləri gündəlikdəki məsələlər ətrafında geniş fikir mübadiləsi aparıblar. Qeyd olunub ki, üzv dövlətlərin Daxili İşlər nazirliklərinin səmərəli əməkdaşlıq əlaqələrinin nəticəsi olaraq, hər il ictimai rezonans doğuran yüzlərlə cinayət açılır, transsərhəd kriminal birliklər, o cümlədən ekstremist yönümlü cinayətkar qrup və dəstələr zərərsizləşdirilir, onlarla təhlükəli cinayətkar tutularaq ekstradisiya olunur. Bu istiqamətlərdə birgə razılaşdırılmış fəaliyyətin təşkilində və həyata keçirilməsində isə cinayətkarlıqla mübarizəyə, narkotiklərin qanunsuz dövriyyəsinə, terrorçuluq və ekstremizmin digər zorakı təzahürlərinə, qeyri-qanuni miqrasiyaya, insan alverinə qarşı dövlətlərarası proqramlar xüsusi yer tutur.
Dostluq və konstruktiv əməkdaşlıq şəraitində keçən toplantıda planlaşdırılan bütün məsələlər üzrə qərarlar qəbul edilib. Eləcə də Şuranın növbəti iclasının gələn il Özbəkistanın paytaxtı Daşkənddə keçirilməsi təsdiqlənib.
Sonra iclas iştirakçılarının “Azərbaycan Polisinin 100 illiyi (1918-2018)” yubiley medalı ilə təltif olunmasına dair Azərbaycan Respublikası daxili işlər nazirinin əmri elan olunub.
General-polkovnik Ramil Usubov mükafatları təqdim edib.
İştirakçılar Şuranın iclasının işinə verdiyi ali qiymətə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, habelə tədbirin yüksək səviyyədə təşkilinə və səmimi qonaqpərvərliyə görə Daxili İşlər Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.
Sonda keçirilən mətbuat konfransında nümayəndə heyətlərinin rəhbərləri jurnalistlərin suallarını cavablandırıblar.
Xəbər lenti
Hamısına baxDünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
İqtisadiyyat
03 İyul 18:28
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45
Xəbər lenti
03 İyul 12:45
İqtisadiyyat
03 İyul 12:26
Siyasət
03 İyul 12:24
Sosial
03 İyul 12:10
Siyasət
03 İyul 11:26
Gündəm
03 İyul 11:17
Elm
03 İyul 10:58
Sosial
03 İyul 10:58
YAP xəbərləri
03 İyul 10:56
Analitik
03 İyul 10:56
YAP xəbərləri
03 İyul 10:54
YAP xəbərləri
03 İyul 10:48
İqtisadiyyat
03 İyul 10:46
Analitik
03 İyul 10:44
Sosial
03 İyul 10:25
Dünya
03 İyul 09:47
Dünya
03 İyul 09:22
Dünya
03 İyul 08:50
Dünya
03 İyul 08:34
İqtisadiyyat
02 İyul 23:31
Sosial
02 İyul 22:46
Daxili siyasət
02 İyul 22:30
Müsahibə
02 İyul 22:19
Dünya
02 İyul 21:50
Dünya
02 İyul 21:25
Dünya
02 İyul 21:09
Dünya
02 İyul 20:43
Sosial
02 İyul 20:33
Dünya
02 İyul 20:16
Dünya
02 İyul 19:58
Dünya
02 İyul 19:21
Xəbər lenti
02 İyul 19:17
Dünya
02 İyul 19:07
Maraqlı
02 İyul 18:51
Dünya
02 İyul 18:15
Dünya
02 İyul 17:34
Dünya
02 İyul 17:05
Dünya
02 İyul 16:30
Dünya
02 İyul 16:08
Dünya
02 İyul 15:52
Dünya
02 İyul 15:17
Dünya
02 İyul 14:47
YAP xəbərləri
02 İyul 14:35
YAP xəbərləri
02 İyul 14:24

