Vüqar Rəhimzadə: Xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza bilməz
12.07.2018 [09:44]
Sürətlə inkişaf edən Azərbaycan bu gün bütün dünyanın diqqət mərkəzindədir. Ölkəmizin həyata keçirdiyi qlobal layihələr regional və beynəlxalq əməkdaşlığa töhfə verdiyi kimi, görünür, bəzi dairələrin də maraqlarına uyğun gəlmir. Bu il Cümhuriyyətinin 100 illik yubileyini qeyd edən, sabitlik adası olan qüdrətli Azərbaycanın uğurlarını həzm edə bilməyən erməni və ermənipərəst, anti-Azərbaycan qüvvələr zaman-zaman olduğu kimi, yenə də respublikamızda qarışıqlıq salmağa çalışırlar. Ancaq onlar unudurlar ki, Azərbaycan ötən əsrin 90-cı illərinin əvvəllərindəki Azərbaycan deyil. Ölkə iqtidarı istər daxili, istərsə də xarici anti-Azərbaycan qüvvələrin bu cür məkrli niyyətlərinin qarşısını almağa qadirdir və alır. Bu gün ölkəmizdəki xalq-iqtidar birliyini, inkişafı, sabitliyi heç bir qüvvə poza, müstəqilliyimizi sarsıda bilməz. İyulun 10-da Gəncədə baş verən hadisələrdən də bir daha göründü ki, xalq heç vaxt bu cür ünsürlərə meydan verməz.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə bildirib.
Vüqar Rəhimzadə qeyd edib ki, iyulun 10-da 150-200 nəfərdən ibarət radikal dini yönümlü bir qrup şəxsin Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının önündəki meydana toplaşaraq asayişi kobud şəkildə pozmağa cəhd etməsi və nəticədə 2 yüksək rütbəli polis əməkdaşının şəhid olması bu terroru planlaşdıran qüvvələrin ölkəmizə qarşı nə qədər qərəzli olduğunu bir daha nümayiş etdirir. O deyib: “Rəsmi məlumatlardan da aydın olduğu kimi, polis əməkdaşlarının həyata keçirdikləri qətiyyətli tədbirlər nəticəsində hüquqazidd əməllərin qarşısı alınıb, 40 nəfər tutulub, operativ tədbirlər sayəsində tez bir zamanda şəhərin mərkəzində asayiş tam təmin edilib. Göründüyü kimi, anti-Azərbaycan qüvvələr yenə də öz çirkin niyyətlərinə çata bilmədilər. Çünki xalqını, dövlətini, vətənini sevən hər bir insan kimi, Azərbaycanın hüquq mühafizə orqanları, o cümlədən mərd, cəsarətli polisimiz qanı və canı bahasına dövlət müstəqilliyimizə yönələn təhlükələrin qarşısını almağa, daxili sabitliyi və təhlükəsizliyi təmin etməyə qadirdir. Hazırda cinayətin iştirakçıları və təşkilatçılarının müəyyən edilib məsuliyyətə cəlb olunmaları üçün əməliyyat-axtarış tədbirləri davam etdirilir. Şübhəsiz ki, Gəncədə asayişi kobud şəkildə pozmağa cəhdin qarşısını alan zaman iki polis əməkdaşımızı qətlə yetirən cinayətkarlar tezliklə tutulacaq və qanun qarşısında cəzalandırılacaq”.
“İki sahil” qəzetinin baş redaktoru vurğulayıb ki, bu gün sosial şəbəkələrdə bəzi daxili antimilli ünsürlər, eyni zamanda, dağıdıcı müxalifətin xaricdəki tör-töküntüləri baş verən hadisələri şişirtməyə, cinayətkarları “qəhrəman” obrazında insanlara sırımağa çalışırlar: “İstər Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə güllə atan Yunis Səfərov, istərsə də iyulun 10-da Gəncədə iki polis əməkdaşını qətlə yetirənlər ən ağır cinayətkarlardır, bu xalqın, dövlətin düşmənləridir. Onlardan “qəhrəman” obrazı yaratmağa çalışmaq elə onlar qədər bu dövlətə, millətə qənim kəsilmək deməkdir. Bir insanın içində öz ölkəsinə, xalqına nə qədər kin, nifrət olar?! Ancaq onlar anlamırlar ki, Azərbaycan xalqı bu münasibəti heç vaxt unutmayacaq, bu Vətən, torpaq onları qəbul etməyəcək. Xarici anti-Azərbaycan dairələrin maliyyəsindən qidalanan bu cür ünsürlər elə sosial şəbəkələr vasitəsilə susdurulurlar. Sadə insanlar öz şəxsi profilləri vasitəsilə onlara lazım olan cavabı verirlər və ən kəskin şəkildə tənqid edirlər. Bir sözlə, Azərbaycanın müstəqilliyi əbədidir, dövlət idarəçiliyi etibarlı əllərdədir, xalq-iqtidar birliyi möhkəmdir, sarsılmazdır”.
Xəbər lenti
Hamısına baxDünya
30 Avqust 16:40
Dünya
30 Avqust 15:18
Dünya
30 Avqust 14:31
Sosial
30 Avqust 13:10
Dünya
30 Avqust 12:25
Dünya
30 Avqust 11:19
Dünya
30 Avqust 10:41
Dünya
30 Avqust 09:17
Dünya
30 Avqust 08:32
Dünya
29 Avqust 23:17
Hadisə
29 Avqust 23:03
Dünya
29 Avqust 22:24
Dünya
29 Avqust 21:19
MEDİA
29 Avqust 21:00
Dünya
29 Avqust 20:35
Dünya
29 Avqust 19:17
Dünya
29 Avqust 18:40
Dünya
29 Avqust 17:25
Dünya
29 Avqust 16:19
Sosial
29 Avqust 16:02
Dünya
29 Avqust 15:31
Dünya
29 Avqust 14:52
Dünya
29 Avqust 14:22
Hadisə
29 Avqust 13:45
İqtisadiyyat
29 Avqust 13:16
İqtisadiyyat
29 Avqust 12:50
İqtisadiyyat
29 Avqust 12:23
Gündəm
29 Avqust 11:59
Siyasət
29 Avqust 11:42
Dünya
29 Avqust 11:35
Gündəm
29 Avqust 11:19
Analitik
29 Avqust 10:55
Ədəbiyyat
29 Avqust 10:21
Dünya
29 Avqust 10:07
Analitik
29 Avqust 09:45
Gündəm
29 Avqust 09:30
Sosial
29 Avqust 09:17
Ədəbiyyat
29 Avqust 08:53
Ədəbiyyat
29 Avqust 08:31
Gündəm
29 Avqust 08:15
Dünya
28 Avqust 23:25
İqtisadiyyat
28 Avqust 22:43
Sosial
28 Avqust 22:19
Dünya
28 Avqust 21:36
Siyasət
28 Avqust 20:49
Siyasət
28 Avqust 20:12
Dünya
28 Avqust 19:14
İdman
28 Avqust 18:27
Dünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27

