/ / Prezident İlham Əliyev: Uğurlarımız, ilk növbədə, insan kapitalının düzgün istifadəsinin bəhrəsidir
Prezident İlham Əliyev: Uğurlarımız, ilk növbədə, insan kapitalının düzgün istifadəsinin bəhrəsidir
07.07.2018 [09:44]
Azərbaycan indi dünyanın yüksək templə irəliləyən ölkələrindən biridir. Qazandığımız uğurlar, ilk növbədə, insan kapitalının düzgün və səmərəli istifadəsinin bəhrəsidir. Gənclərə ünvanlanmış bir çox proqramlar, o cümlədən xaricdə təhsil proqramı onların elmə cəlb olunması üçün lazımi şəraiti təmin etmişdir. Azərbaycanda mövcud olan Milli Elmlər Akademiyası, çoxsaylı universitetlər və Elmin İnkişafı Fondu gənc alimlər nəslinin yetişdirilməsinə xidmət göstərir.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 63-cü kitabında yer alan bu fikirlər Azərbaycan Respublikası Prezidentinin Gənc Alimlərin Ümumdünya Bakı Forumunun iştirakçılarına məktubundan götürülüb.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 63-cü kitabındakı materiallar 2014-cü ilin mayından iyulunadək olan dövrü əhatə edir.
Nəşrdə Azərbaycan Prezidentinin Vyetnama rəsmi, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 4-cü Zirvə toplantısında iştirak etmək üçün Çinə işgüzar, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısında iştirak etmək üçün Türkiyəyə işgüzar, Yunanıstana dövlət, Fransaya işgüzar səfərləri, habelə İsveçrə Konfederasiyasının Prezidentinin, Avropa Komissiyasının sədrinin Azərbaycana səfərləri zamanı dövlətimizin başçısının keçirdiyi görüşlərə, apardığı danışıqlara, eləcə də imzalanan sənədlərə, mətbuata bəyanatlara dair materiallar toplanıb.
Kitabda Prezident İlham Əliyevin Türkiyə, Türkmənistan, Böyük Britaniya, Rusiya, Çexiya, Qazaxıstan, ABŞ və başqa dövlətlərin, ATƏT, NATO və digər beynəlxalq təşkilatların ölkəmizə səfər etmiş yüksəkvəzifəli şəxslərini qəbul etməsinə dair informasiyalar yer alıb. Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində prinsipial mövqe nümayiş etdirib, diqqəti Ermənistanın işğalçılıq siyasətinə yönəldib, dünya ictimaiyyətini regionun inkişafına əngəl törədən Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Prezident İlham Əliyevin Bakıda keçirilən XX Azərbaycan Beynəlxalq qida sənayesi və VIII Azərbaycan Beynəlxalq kənd təsərrüfatı sərgilərinin, XXI Beynəlxalq “Xəzər neft, qaz, neftayırma və neft kimyası” sərgisi və konfransının, ATƏT Parlament Assambleyasının 23-cü illik sessiyasının plenar iclasının açılış mərasimlərində, Azərbaycanın diplomatik xidmət orqanları rəhbərlərinin 5-ci müşavirəsində iştirakı haqqında informasiyalar və dövlətimizin başçısının nitqləri ilə də 63-cü kitabda tanış olmaq mümkündür.
Kitabda, həmçinin dövlətimizin başçısının Azərbaycan Gənclərinin VII Forumunun, “Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr” mövzusunda beynəlxalq konfransın iştirakçılarına müraciətlərinin, Avropanın “Neurope.eu” informasiya portalına müsahibəsinin mətnləri yer alıb.
Çoxcildliyin bu kitabında Azərbaycan Prezidentinin Neftçala rayonuna səfərinə, orada ictimaiyyət nümayəndələri ilə görüşünə, Bakıda sosial infrastruktur obyektlərinin açılışlarında iştirakına dair informasiyalar, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin yaradılmasının 96-cı ildönümü münasibətilə Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının və Dövlət Sərhəd Xidmətinin birləşmə və hissələrinin irimiqyaslı birgə əməliyyat-taktiki təlimləri zamanı hərbçilər qarşısında çıxışı, Nazirlər Kabinetinin 2014-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında giriş və yekun nitqləri verilib.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 63-cü kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
28 Avqust 17:22
Dünya
28 Avqust 16:14
Mədəniyyət
28 Avqust 15:48
Elm
28 Avqust 15:36
Sosial
28 Avqust 14:18
İqtisadiyyat
28 Avqust 13:24
Elanlar
28 Avqust 12:49
Gündəm
28 Avqust 11:16
İqtisadiyyat
28 Avqust 10:54
İqtisadiyyat
28 Avqust 10:25
Gündəm
28 Avqust 09:30
Sosial
28 Avqust 09:17
Ədəbiyyat
28 Avqust 08:51
Sosial
28 Avqust 08:38
Dünya
27 Avqust 23:21
Sosial
27 Avqust 22:30
Hadisə
27 Avqust 21:19
Dünya
27 Avqust 20:35
Dünya
27 Avqust 19:22
Dünya
27 Avqust 18:40
YAP xəbərləri
27 Avqust 18:35
Dünya
27 Avqust 17:27
Dünya
27 Avqust 16:34
Siyasət
27 Avqust 15:53
Gündəm
27 Avqust 15:42
YAP xəbərləri
27 Avqust 15:34
Dünya
27 Avqust 15:29
Dünya
27 Avqust 15:10
Dünya
27 Avqust 14:41
Dünya
27 Avqust 14:18
Dünya
27 Avqust 13:58
Dünya
27 Avqust 13:20
YAP xəbərləri
27 Avqust 13:07
YAP xəbərləri
27 Avqust 13:06
Siyasət
27 Avqust 12:47
Dünya
27 Avqust 12:45
Dünya
27 Avqust 12:17
Hadisə
27 Avqust 11:52
Siyasət
27 Avqust 11:46
Sosial
27 Avqust 11:24
YAP xəbərləri
27 Avqust 10:54
Siyasət
27 Avqust 10:41
İqtisadiyyat
27 Avqust 10:13
İqtisadiyyat
27 Avqust 09:45
Analitik
27 Avqust 09:22
Siyasət
27 Avqust 09:06
Ədəbiyyat
27 Avqust 08:50
MEDİA
27 Avqust 08:38
İdman
27 Avqust 07:44
Dünya
26 Avqust 23:58
Dünya
26 Avqust 23:47
Dünya
26 Avqust 23:39
İdman
26 Avqust 23:03
Dünya
26 Avqust 22:58
Dünya
26 Avqust 22:17
Dünya
26 Avqust 21:46
Siyasət
26 Avqust 21:02
Dünya
26 Avqust 20:34
Siyasət
26 Avqust 20:01
Dünya
26 Avqust 19:55
Dünya
26 Avqust 19:26
Elm
26 Avqust 18:51
Siyasət
26 Avqust 18:26
İqtisadiyyat
26 Avqust 18:10
Siyasət
26 Avqust 17:59
Siyasət
26 Avqust 17:47
Siyasət
26 Avqust 17:45
İqtisadiyyat
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:39
YAP xəbərləri
26 Avqust 17:35

