Azərbaycan Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır
06.07.2018 [09:47]
Azərbaycan Dünya Səhiyyə Təşkilatı ilə əməkdaşlığın daha da inkişafında maraqlıdır.
AZƏRTAC xəbər verir ki, bu fikir iyulun 5-də Azərbaycanın Baş nazirinin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədovun Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ilə görüşündə səslənib.
Əli Əhmədov Azərbaycan Hökumətinin Dünya Səhiyyə Təşkilatı ilə mövcud əməkdaşlıq münasibətlərini yüksək qiymətləndirdiyini və əlaqələrin möhkəmləndirilməsi istiqamətində konkret və praktiki addımların atılmasında maraqlı olduğunu vurğulayıb.
Azərbaycanın səhiyyə sistemindən danışan Baş nazirin müavini qeyd edib ki, ölkəmizdə bu sahənin yenidən qurulması və inkişaf etdirilməsi məqsədilə xeyli işlər görülüb. O bildirib ki, Azərbaycan Hökuməti öz vəzifələrinə kifayət qədər məsuliyyətlə yanaşır. Prezident İlham Əliyevin 2016-cı il 6 oktyabr tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası yaradılıb və Şuranın daimi əsaslarla fəaliyyət göstərən katibliyi formalaşıb. Azərbaycan Hökuməti Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn vəzifələri həyata keçirmək üçün bütün qüvvələrini səfərbər edib və Baş nazirin müavininin Milli Əlaqələndirmə Şurasına sədr təyin olunması bu məsələyə olan diqqətin göstəricisidir. Milli Əlaqələndirmə Şurası qısa vaxt ərzində bir çox mühüm işlər görüb.
Baş nazirin müavini diqqətə çatdırıb ki, Azərbaycan qlobal əməkdaşlıqlara çox böyük əhəmiyyət verir. Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində həyata keçirilən tədbirlərin reallaşmasında BMT-nin verdiyi dəstək böyük önəm kəsb edir.
Görüşdə son illər Azərbaycanda səhiyyə sahəsində həyata keçirilən layihələr, tibbi sığortanın əhəmiyyəti, səhiyyə infrastrukturunun yenilənməsi istiqamətində görülən işlər haqqında məlumat verilib. Diqqətə çatdırılıb ki, bütün bunlar Azərbaycan vətəndaşının layiqli səhiyyə xidməti ilə təmin olunmasına hesablanıb.
Dünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Qebreyesus ölkəmizdə olmasından və burada gördüyü yüksək qonaqpərvərlikdən məmnunluğunu ifadə edib. Azərbaycanda səhiyyə sahəsində görülən işləri yüksək dəyərləndirdiklərini vurğulayan qonaq bunun yaxşı nəticələrə yol açacağını deyib. Baş direktor bu ilin Azərbaycan üçün əlamətdar olduğunu deyərək, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi ilə bağlı təbriklərini çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlər ətrafında müzakirələr aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11

