/ / “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin olunması ölkəmizə qarşı təzyiq vasitəsidir
“Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin olunması ölkəmizə qarşı təzyiq vasitəsidir
28.06.2018 [09:47]
AŞPA belə bir qərar qəbul etməklə erməni lobbisinin sifarişini yerinə yetirir
Məlum olduğu kimi, aparılan uğurlu siyasət nəticəsində bütün sahələrdə tərəqqi əldə edən Azərbaycan dinamik iqtisadi inkişafına, ictimai-siyasi sabitliyə, beynəlxalq müstəvidə nüfuzuna və mövqeyinə görə güclü, qüdrətli bir dövlətə çevrilib. Şübhəsiz ki, Azərbaycanın uğurlu inkişafı, beynəlxalq nüfuzunun artması və digər müsbət reallıqlar dostlarımızı sevindirdiyi kimi anti-Azərbaycan dairələr tərəfindən narahatlıqla qarşılanır. Həmin dairələr öz məhdud maraqları naminə ölkəmizin daxili və xarici siyasət kursuna müdaxilə etməyə, bunun üçün də Azərbaycana qarşı təzyiq mexanizmi formalaşdırmağa çalışır, “qara piar” kampaniyası aparırlar. İyunun 26-da Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasında qurumun Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçinin təyin edilməsi də məhz bu məqsədə xidmət edir. Məruzəçi təyin olunan Thorhildur Sunna Evarsdottir İslandiyanın Pirat Partiyasını təmsil edir, hüquqşünas, insan haqları müdafiəçisi və jurnalistdir. Qeyd edək ki, hesabatın hazırlanması təşəbbüsü hollandiyalı Piter Omtzigt tərəfindən irəli sürülüb və məruzənin hazırlanmasına dair qərar Büro tərəfindən verilib.
Əlbəttə, AŞPA-nın məlum qərarı həm də Azərbaycanın müstəqil siyasət həyata keçirməsi - ümummilli məsələlərlə bağlı qətiyyətli mövqe nümayiş etdirməsi, xüsusilə də Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi ilə əlaqədar prinsipial mövqeyindən bir addım belə geri çəkilməməsi ilə bağlıdır. Məlumdur ki, Azərbaycan öz xarici siyasət kursunda bir nömrəli məsələ olan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli istiqamətində qətiyyətli mövqe nümayiş etdirir və bu, bəzi xarici dairələr, həmçinin ermənipərəst mərkəzlər tərəfindən qısqanclıqla qarşılanır. Bu qüvvələr Azərbaycanın ərazi bütövlüyünün təmin olunması məsələsindəki prinsipial mövqeyindən geri çəkilməsinə nail olmaq istəyirlər. Buna görə də ölkəmizlə bağlı neqativ ictimai rəy formalaşdırmaq üçün “qara piar” kampaniyası aparırlar. Lakin reallıq budur ki, Azərbaycana qarşı bu cür cəhdlər hər zaman iflasla nəticələnir.
Erməni lobbisinin sifarişi ilə qəbul edilən AŞPA-nın məlum qərarına gəlincə, bu, ikili standartlar nümunəsi olmaqla yanaşı, həm də subyektiv mülahizələrə söykənən və siyasi məqsədlərə xidmət edən qərəzli addımdır. Əlbəttə, hər hansı bir təsirə malik olmayan, Azərbaycana qarşı təzyiq kampaniyasının tərkib hissəsi olan bu qərarın nəticəsi fiaskodur. Çünki yüksək beynəlxalq nüfuza və dayanıqlı inkişafa malik olan Azərbaycan öz prinsipial mövqeyindən və müstəqil siyasətindən geri çəkilmək niyyətində deyil. Bu cür vasitələrlə ölkəmizdə ictimai rəyə təsir etmək və Azərbaycanın pozitiv beynəlxalq imicinə kölgə salmaq mümkün deyil.
Öz növbəsində məsələyə münasibət bildirən Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib ki, belə bir qərarın verilməsinin heç bir əsası yoxdur və belə bir addımın atılmasında məqsəd müstəqil dövlətimizə təzyiq etməkdir: “Azərbaycanda insan hüquqları tam qorunur və heç kim siyasi baxışlarına görə həbs olunmayıb. Azərbaycan hüquqi dövlətdir və qanun qarşısında hər kəs bərabərdir. Bu məruzəçinin təyin olunması isə Azərbaycana təzyiq məqsədi daşıyır. Anti-azərbaycançı mərkəzlərə çalışan müəyyən “QHT” və “hüquq müdafiəçiləri” var ki, onlar saxta “siyasi məhbus” siyahıları tərtib edirlər. Həmin dairələr isə bu saxta siyahılardan öz məqsədləri üçün sui-istifadə edirlər”.
Deputat əlavə edib ki, ölkəmizə qarşı təzyiqlər göstərmək cəhdləri hər zaman iflasa uğrayıb. AŞPA-da müxtəlif vaxtlarda ölkəmizə qarşı xoş niyyətə söykənməyən belə kampaniyalar müşahidə edilib və Azərbaycan dövləti belə addımlara qarşı müvafiq tədbirlər görüb.
“Son vaxtlar AŞPA-nın fəaliyyətində xüsusi sifarişlərə əsaslanan məqamlar müşahidə edilir. Azərbaycanla bağlı qəbul olunmuş son qərarı da belə bir sifarişin icrası kimi dəyərləndirmək mümkündür. Çünki AŞPA-ya daxil olan ayrı-ayrı ölkələrdə insan haqlarına hörmətsizlik və korrupsiya halları baş alıb gedir. Amma AŞPA bunlara göz yumur, səsini də çıxarmır. Azərbaycana qarşı isə saxta iddialar irəli sürülür. “Siyasi məhbus” məsələsi də bu cür saxta iddiaların irəli sürülməsinin bir nümunəsidir”. Bu fikirləri isə Milli Məclisin deputatı Azər Badamov deyib. Onun sözlərinə görə, AŞPA-da Azərbaycana qarşı təzyiq və ikili standartlar nümayiş etdirilməsi ardıcıl xarakter daşıyır: “Qondarma “siyasi məhbus” oyunu, daha əvvəllər Kristofer Ştrasserin monitorinqi, bununla bağlı qurumda aparılan müzakirələr buna sübutdur”.
Millət vəkili deyib ki, ölkəmizə qarşı ikili standartlardan çıxış edən bu qurum nədənsə indiyə kimi Ermənistanın işğalçı siyasətinin aradan qaldırılması istiqamətində hər hansı bir təsirli addım atmayıb. Azər Badamov onu da əlavə edib ki, Azərbaycan cəmiyyəti Avropa təsisatlarının ölkəmizə qarşı ədalətsiz mövqeyini heç vaxt qəbul etməyəcək.
Nardar BAYRAMLI
Xəbər lenti
Hamısına baxSosial
29 İyun 17:29
Dünya
29 İyun 17:20
Dünya
29 İyun 16:51
Dünya
29 İyun 16:22
Sosial
29 İyun 16:17
Xəbər lenti
29 İyun 16:04
Xəbər lenti
29 İyun 16:02
Xəbər lenti
29 İyun 16:01
Siyasət
29 İyun 16:00
İqtisadiyyat
29 İyun 15:58
Siyasət
29 İyun 15:56
Dünya
29 İyun 15:49
Sosial
29 İyun 15:10
Siyasət
29 İyun 15:09
Siyasət
29 İyun 15:08
Siyasət
29 İyun 15:07
Mədəniyyət
29 İyun 14:08
YAP xəbərləri
29 İyun 13:47
Sosial
29 İyun 13:26
YAP xəbərləri
29 İyun 12:48
Sosial
29 İyun 12:42
Elm
29 İyun 12:33
Sosial
29 İyun 12:31
Xəbər lenti
29 İyun 12:29
İqtisadiyyat
29 İyun 12:12
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 12:01
Siyasət
29 İyun 11:59
Siyasət
29 İyun 11:58
Gündəm
29 İyun 11:56
Gündəm
29 İyun 11:07
Dünya
29 İyun 10:53
Siyasət
29 İyun 10:27
Dünya
29 İyun 10:20
Dünya
29 İyun 09:45
Dünya
29 İyun 09:17
Dünya
29 İyun 08:50
İdman
29 İyun 08:34
Dünya
28 İyun 23:20
Dünya
28 İyun 22:34
Dünya
28 İyun 21:51
Dünya
28 İyun 20:42
Dünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30

