Bəhruz Quliyev: Türkiyə xalqı Ərdoğan siyasətinin uğurlu davamına səs verdi
26.06.2018 [09:41]
Rəcəb Tayyib Ərdoğanın və partiyasının qələbəsi Türkiyənin istər regionda, istərsə də beynəlxalq aləmdə apardığı çoxşaxəli və uğurlu siyasətin davam etdiriləcəyindən xəbər verir.
Bunu Trend-ə siyasi ekspert Bəhruz Quliyev iyunun 24-də qardaş ölkədə keçirilən seçkilərin nəticələrinə münasibət bildirərkən deyib.
Ekspertin sözlərinə görə, R.T.Ərdoğanın və Ədalət və İnkişaf Partiyasının (AKP) qələbəsi əslində gözlənilən idi və bu, ilk növbədə, Türkiyə xalqının seçim iradəsinin məntiqi nəticəsi kimi qiymətləndirilə bilər: “Ona görə də seçkilərin real nəticələrini kifayət qədər təbii qarşılamaq lazımdır. Artıq qardaş ölkənin bütün bölgələrində əldə edilən qələbə milyonlarla insan tərəfindən qeyd olunmaqdadır. Türkiyə xalqı ölkənin dövlətçilik maraqlarının möhkəmləndirilməsinə, bunun davamlı olmasına səs verdi. Çünki Rəcəb Tayyib Ərdoğan tərəfindən illər öncə başladılmış elə qlobal işlər var ki, onların hər birindən nəticə almaq lazımdır. Seçicilərin böyük qismi bunu anlayır və dərk edirdi, ona görə də bu seçkilərdə qətiyyətini ortaya qoyaraq səsini AKP-yə və Ərdoğana verdi”.
Türkiyə ilə Azərbaycan arasında münasibətlərə də toxunan B.Quliyev bildirib ki, bu münasibətlər hər zaman yüksək səviyyədə olub: “Əlbəttə ki, Ərdoğanın qələbəsi mövcud münasibətlərin inkişafına, tərəqqisinə və daha yüksək səviyyəyə qədər təkmilləşməsinə münbit zəmin yaradır. Çünki istər iqtisadi, istər hərbi, istər təhlükəsizlik, istərsə də digər faktorlar baxımından iki qardaş dövlətin münasibətləri hər zaman isti olub. Bu münasibətlər digər bir çox dövlətlərə nümunə ola bilər. Ümumiyyətlə, Türkiyə dövləti bu seçkilərdən sonra istər daxili, istərsə də xarici siyasətində qlobal miqyasda siyasi-iqtisadi proseslərə təsir etmək imkanını daha da artıracaq. Söz yox ki, qardaş ölkənin uğurları Azərbaycana da təsirsiz ötüşməyəcək. Belə ki, regionda bir-birini tamamlayan müştərək siyasətdə əldə edilən hər bir nailiyyət iki qardaş dövlət üçün səmərələr verməkdə davam edəcək. Bu baxımdan Türkiyədə keçirilmiş seçkilərin nəticələri və hakim partiyanın, eləcə də Rəcəb Tayyib Ərdoğanın qələbəsi yaxın gələcəkdə daha böyük uğurların əldə edilməsinə açılan yeni, mütərəqqi bir yoldur”.
Xəbər lenti
Hamısına baxDünya
28 İyun 19:20
Maraqlı
28 İyun 18:42
Dünya
28 İyun 17:26
Maraqlı
28 İyun 16:31
Dünya
28 İyun 15:23
Dünya
28 İyun 14:17
Diaspor
28 İyun 13:40
Dünya
28 İyun 12:29
Dünya
28 İyun 11:45
Dünya
28 İyun 11:32
Dünya
28 İyun 10:58
Dünya
28 İyun 10:25
Dünya
28 İyun 09:42
Hadisə
28 İyun 09:17
Dünya
28 İyun 08:50
Dünya
28 İyun 08:39
Dünya
28 İyun 07:27
İdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Sosial
27 İyun 12:03
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19

