Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Siyasət / Bəhruz Quliyev: TANAP həm Azərbaycana, həm də Türkiyəyə dəyərli töhfələr verəcək

Bəhruz Quliyev: TANAP həm Azərbaycana, həm də Türkiyəyə dəyərli töhfələr verəcək

15.06.2018 [07:52]

“TANAP Azərbaycanın Avropanın enerji bazarlarına inteqrasiyası, eləcə də təhlükəsiz tranzit dövlət kimi öz mövqeyini möhkəmləndirməsi üçün ən böyük imkandır. Ölkə səviyyəsində isə TANAP Azərbaycana öz enerji resursları sənayesini qlobal standartlar səviyyəsində inkişaf etdirmək imkanı bəxş edəcək”. Bu fikirləri SİA-ya açıqlamasında siyasi ekspert Bəhruz Quliyev deyib.
O bildirib ki, “Cənub Qaz Dəhlizi” layihəsi vasitəsilə Azərbaycan qazı 7 ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçən boru kəmərləri ilə Avropaya çatdırılacaq: “Bu da o deməkdir ki, burada iştirak edən hər bir ölkə Azərbaycanın təhlükəsizliyində maraqlı olacaq. Bununla da deyə bilərik ki, Avropanın enerji təminatı Azərbaycanın təhlükəsizliyinin təminatından asılı olacaq”.
Ekspert qeyd edib ki, TANAP boru kəməri həm Azərbaycana, həm də Türkiyəyə dəyərli töhfələr verəcək: “Azərbaycan TANAP boru kəməri vasitəsi ilə öz qazını birbaşa Avropa bazarlarına daşıyaraq, Avropa enerji təhlükəsizliyi baxımından strateji mövqeyə sahib olacaq. Boru kəməri, eyni zamanda, Türkiyənin artan enerji tələbatını qarşılayacaq və qardaş ölkənin enerji mərkəzi olma ambisiyasına imkan yaradacaq”.
Layihənin həyata keçirilməsində Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin önəmini vurğulayan B.Quliyev söyləyib ki, iki ölkə arasında olan səmimi, dostluq, strateji tərəfdaşlıq əlaqələri TANAP-ın uğurla reallaşmasında mühüm əhəmiyyətə malik oldu.
TANAP-ın Cənub Qaz Dəhlizinin reallaşmasında qabaqcıl layihə olduğunu deyən ekspert vurğulayıb ki, mütəxəssislər də bu layihəni Azərbaycanın ən mühüm enerji layihələrindən biri hesab edir: “Artıq Azərbaycan dünyada ən mühüm layihələrin təşəbbüskarı kimi çıxış edir. Maliyyə tutumundan asılı olmayaraq Azərbaycan dünya əhəmiyyətli layihələr həyata keçirməklə həm iqtisadi gücünü göstərir, həm də etibarlı tərəfdaş olduğunu sübut etmiş olur”.
B.Quliyev əlavə edib ki, sözügedən layihənin reallaşmasının ən önəmli məqamı onun sülhə və rifaha xidmət etməsidir: “Cənub Qaz Dəhlizi layihəsinin reallaşması, ilk növbədə, ölkələrimizin və bölgə xalqlarının rifahına xidmət edəcək”.

Paylaş:
Baxılıb: 493 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

Gündəm

31-ci dəfə...

03 İyun 11:57  

Gündəm

Siyasət

Analitik

Milli səfərbərlik

03 İyun 09:31

Analitik

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30