Xocavəndin işğalından 17 il ötür
03.10.2009 [12:13]
Dosye: Xocavənd rayonu Ağdam-Füzuli avtomobil yolu kənarında, dağətəyi düzənlikdə yerləşir. Relyefi əsasən dağlıqdır. Ərazisi alçaq dağlıq və düzənlikdən ibarət olan Xocavənd rayonunun ümumi sahəsi 145 min 647 hektardır. Rayon 2 şəhər tipli qəsəbə və 38 kənddən ibarətdir. Rayonun ərazisi təbii sərvətlərlə - faydalı qazıntılar, meşə zolaqları, şirin su ehtiyatları və tikinti materialları ilə zəngindir. Azərbaycanı qədim yaşayış məskənlərindən biri kimi dünyada tanıdan abidələrdən biri - Azıx mağarası Xocavəndin Füzuli rayonuna yaxın ərazidə - Azıx kəndinin 1 kilometr cənub-şərqində yerləşir. Xocavənd əsasən, kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında üzümçülük, taxılçılıq və heyvandarlıq sahələri aparıcı yer tutur.
Tam 17 il bundan əvvəl, 2 oktyabr 1992-ci ildə Azərbaycanın səfalı guşələrindən biri - Xocavənd rayonu Rusiya Silahlı Qüvvələrinin Xankəndində dislokasiya olunmuş 366-cı motoatıcı alayının hərbi texnikası və canlı qüvvələrinin yardımı ilə ermənilər tərəfindən işğal olundu. Rayonun işğalı ilə ekspansionalist təcavüzkar ermənilər bütövlükdə Azərbaycan xalqına qarşı həyata keçirdikləri etnik təmizləmə siyasəti silsiləsinə daha bir halqanı əlavə etdilər. Strateji əhəmiyyətinə görə uzun müddət - 4 il boyunca blokadada saxlanan Xocavəndin işğalından sonra ermənilər kütləvi şəkildə törətdikləri soyqırımı və Azərbaycanın maddi-mədəniyyət nümunələrinə qarşı reallaşdırdıqları dağıdıcılıq fəaliyyətini daha da şiddətləndirməyə başladılar. Bütün bu fəlakətlərin fonunda duran bir məqam da xüsusi qeyd edilməlidir... Bu, həmin dövrdə Azərbaycana “rəhbərlik edən” siyasətbazların tutduqları mövqe və sərgilədikləri fəaliyyət istiqamətləri idi... özlərinin şəxsi ambisiyalarını xalqın ümumi mənafeyindən üstün tutan bu dağıdıcı və bölücü qruplar həmin dövrdə “onun-bunun”-imperialist qüvvələrin tapşırıqlarını “ləyaqətlə” icra etməyə çalışmaqla bütün Azərbaycanı qurban vermək həddinə belə gəlib çatmışdılar. Arzuladıqları və aldıqları “kreslo vədi”ni reallığa çevirmək uğrunda “dəridən-qadıqdan çıxan” bu qüvvələr Azərbaycanı imperialist dövlətlərin kəşfiyyat orqanlarının oyuncağı və başlıca siyasi alver predmetinə çevirmişdilər.
Amma nə yaxşı ki, baş verən bu olaylardan qısa müddət sonra xalqın təkidli tələbi və istəyi ilə hakimiyyət əmin əllərdə cəmləşdi. Hakimiyyətə gələn Ulu öndər Heydər Əliyev bir neçə problemli istiqamətdə gərgin əməyə əsaslanan effektiv addımlar atmaqla ölkədə sabitliyi bərpa edə bildi. Bütün bunların nəticəsində Azərbaycan son anda uçurumun kənarından döndürüldü. Hazırda isə, Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu praqmatik və rasional əsaslara söykənən siyasi-strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Bu gün Azərbaycanın tutduğu mövqe və sərgilədiyi konstruktiv, rasional fəaliyyətin fonunda ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi istiqamətində mühüm və ardıcıl addımlar atılmaqdadır. Bu isə onu deməyə əsas verir ki, tez-gec Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Əlbəttə, Azərbaycan bu problemin sülh yolu ilə diplomatik vasitələrlə həll edilməsinin tərəfdarıdır. Amma bu baş tutmazsa, rəsmi Bakı öz ərazi bütövlüyünün bərpası yönündə hərbi metodlara istinad edəcək. Bu, Azərbaycanın beynəlxalq hüquq normalarına əsasən, təsbit olunmuş hüququdur...
Bundan başqa, ermənilərin işğalı nəticəsində Xocavəndə vurulmuş ziyanın miqdarı çox böyükdür. Belə ki, təcavüzkar qüvvələr bu gün də beynəlxalq konvensiyaların tələblərinə məhəl qoymadan ümumdünya əhəmiyyətli təbiətimizi və tarixi abidələrimizi məhv etməkdə davam edirlər. Rayonda yerləşən “Nərgiz təpə” qoruq-abidə ərazisi tamamilə yandırıldığından, olduqca qədim dövrə malik qəbir daşları yanğın nəticəsində parçalanaraq yararsız vəziyyətə düşüb. Digər tərəfdən, “Azıx mağarası” isə ermənilərin silah anbarına çevrilib. Rayonun ərazisində yerləşən və ümumi sahəsi 25,5 min hektar olan meşədəki palıd ağacları tamamilə qırılıb, Xonaşen çayının kənarında bitən təbii meşə isə tamamilə məhv edilib. Bunlarla yanaşı, ermənilər Xocavənd rayonu ərazisini özlərinin narkotik ticarətinin mərkəzlərindən birinə çeviriblər. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “İşğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən (izləyən) operativ mərkəz”inin əldə etdiyi məlumatlara əsasən, rayon ərazisində əkilib-becərilən narkotik maddə və vasitələr müxtəlif ölkələrə satılır, ərazilər mütəmadi yandırılaraq fauna və flora tamamən məhv edilir, içlik materialına yararlı ağaclar qırılaraq Ermənistana aparılır və digər ölkələrə satılır. Göründüyü kimi, təcavüzkar qüvvələr işğal etdikləri Azərbaycan ərazilərində həyata keçirdikləri ekoloji və mədəni terror aktlarını mütəmadi olaraq davam etdirirlər.
Nurlan QƏLƏNDƏROV
Xəbər lenti
Hamısına baxYAP xəbərləri
13 İyun 20:19
YAP xəbərləri
13 İyun 20:17
Xəbər lenti
13 İyun 19:50
YAP xəbərləri
13 İyun 18:58
YAP xəbərləri
13 İyun 18:15
YAP xəbərləri
13 İyun 16:21
Sosial
13 İyun 15:20
YAP xəbərləri
13 İyun 14:59
İdman
13 İyun 14:33
YAP xəbərləri
13 İyun 13:48
YAP xəbərləri
13 İyun 13:44
Gündəm
13 İyun 13:32
Gündəm
13 İyun 12:50
Siyasət
13 İyun 12:29
Gündəm
13 İyun 11:58
İqtisadiyyat
13 İyun 11:24
İqtisadiyyat
13 İyun 10:57
Siyasət
13 İyun 10:35
Sosial
13 İyun 10:13
Analitik
13 İyun 09:51
Analitik
13 İyun 09:38
Ədəbiyyat
13 İyun 09:15
Elm
13 İyun 08:52
Ədəbiyyat
13 İyun 08:30
Dünya
12 İyun 23:18
Dünya
12 İyun 22:40
Dünya
12 İyun 22:17
Dünya
12 İyun 21:59
YAP xəbərləri
12 İyun 21:34
Dünya
12 İyun 21:25
Dünya
12 İyun 20:42
Dünya
12 İyun 20:14
Maraqlı
12 İyun 19:56
Dünya
12 İyun 19:21
Dünya
12 İyun 18:35
Dünya
12 İyun 17:59
Dünya
12 İyun 17:24
Dünya
12 İyun 16:41
Dünya
12 İyun 16:14
İqtisadiyyat
12 İyun 15:47
Siyasət
12 İyun 15:47
Sosial
12 İyun 15:47
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:46
Sosial
12 İyun 15:45
İdman
12 İyun 15:30
İqtisadiyyat
12 İyun 15:23
Dünya
12 İyun 15:06
Dünya
12 İyun 14:45
İqtisadiyyat
12 İyun 14:43
İdman
12 İyun 14:42
Dünya
12 İyun 14:41
Dünya
12 İyun 14:41
YAP xəbərləri
12 İyun 14:40
YAP xəbərləri
12 İyun 14:30
YAP xəbərləri
12 İyun 14:28
Dünya
12 İyun 14:19
YAP xəbərləri
12 İyun 14:04
Dünya
12 İyun 13:57
YAP xəbərləri
12 İyun 13:54
Dünya
12 İyun 13:35
Elm
12 İyun 12:48
Sosial
12 İyun 12:48
YAP xəbərləri
12 İyun 12:37
Xəbər lenti
12 İyun 12:37
Siyasət
12 İyun 12:22
Gündəm
12 İyun 12:21
YAP xəbərləri
12 İyun 12:13
Sosial
12 İyun 12:11
Dünya
12 İyun 12:10

