Əli Kərimli maliyyə maxinasiyasına görə qanun qarşısında cavab verməlidir
06.06.2018 [09:19]
Müxtəlif mənbələrdən AXCP-yə və qondarma “Milli şura”ya ayrılan vəsaitləri mənimsəyən Əli Kərimlinin qeyri-qanuni əməlləri onun istintaqa cəlb olunmasını zəruri edir
Azərbaycan dövlətinin milli maraqlarına zidd mövqe nümayiş etdirən, antimilli xarakteri ilə fərqlənən radikal müxalifət düşərgəsinin fəaliyyətinin əsasında anti-Azərbaycan dairələrdən alınan direktivlərin gerçəkləşdirilməsi cəhdləri dayanır. Təbii ki, dağıdıcı ünsürlər bu xidmətləri müqabilində külli miqdarda maliyyə vəsaiti ilə mükafatlandırılırlar. Son olaraq ortaya çıxan faktlar isə göstərir ki, anti-Azərbaycan dairələrin “sadiq xidmətçisi” olan Əli Kərimli AXCP-dən və qondarma “Milli şura”dan istifadə edərək kifayət qədər maddi gəlir əldə edib, bu təşkilatlara müxtəlif mənbələrdən ayrılan külli miqdarda vəsaiti mənimsəyib. Artıq AXCP-nin ölkəmizdə və xaricdə dövlətimizə, dövlətçiliyimizə, milli maraqlarımıza zidd olaraq keçirilən tədbirlərinin maliyyələşdirilməsi üçün qanunsuz sahibkarlıq fəaliyyəti nəticəsində əldə edilmiş külli miqdarda çirkli pul vəsaitlərinin leqallaşdırılması əməllərini törətməsinə dair kifayət qədər sübutlar toplanıb. İş üzrə dindirilmiş şəxslər qanunsuz əməllərini etiraf ediblər.
Ümumiyyətlə, qoca kinorejissor Rüstəm İbrahimbəyovun və baş nazirin keçmiş müavini Abbas Abbasovun vasitəsi ilə tərtib olunan “Milli şura” layihəsinin Moskvada əsasının qoyulmasından sonra məhz Əli Kərimli anti-Azərbaycan xarakterli fəaliyyətini davam etdirməklə yanaşı, çoxsaylı maliyyə maxinasiyalarına yol verib. Yeri gəlmişkən, AXCP-nin Rusiyada məskunlaşmış fəal üzvü Saleh Məhərrəm oğlu Rüstəmovun heroinlə həbs olunmasından sonra meydana çıxan faktlar bir sıra məqamları aşkar etdi. 2012-ci ildə Qənimət Zahidin təklifi ilə Moskvaya gedərək Rusiyada məskunlaşan S.Rüstəmov 4 il sonra - məhz 2016-cı ildə Moskvada öz ticarət qurumunda, tabeliyində işləyən Jenya Adolfovanın adına “Sberbank”da hesab açıb, mütəmadi olaraq, yəni hər ay 30.000 ABŞ dolları məbləğində maliyyə vəsaitini Bakıda yaşayan qardaşı oğlu Vidadi Rüstəmliyə çatdırıb. Bu, müəyyən şəxslər vasitəsilə həyata keçirilib. “Maliyyə əməliyyatı” çərçivəsində bu şəxslər arasında əlaqə - ünsiyyət məhz “WhatsApp” vasitəsilə həyata keçirilib. Maddi vəsaitlər Moskva şəhərində qeyri-rəsmi pul köçürmələri ilə məşğul olan Vüqar adlı şəxs vasitəsilə göndərilib. Bakıda isə Vidadi Rüstəmli həmin maddi vəsaiti alaraq AXCP Rəyasət Heyətinin üzvü Aqil Məhərrəmov, partiyanın Gənclər Komitəsinin Ali Məclisinin sədri Ruslan Nəsirov və Nərimanov rayon şöbəsinin sədri Babək Həsənovun vasitəsilə rəhbərliyə ötürüb. AXCP sədri Əli Kərimli isə pulu aldıqdan sonra ona “WhatsApp” qrupunda təşəkkürünü ifadə edib. Əli Kərimli bu vəsaitdən hər ay hazırda Fransada yaşayan Q.Zahidin rəhbərlik etdiyi televiziya kanalının saxlanılması üçün 2000-2500 ABŞ dolları məbləğində pul göndərib. Nəticə etibarilə, 2016-cı ilin martından 2018-ci ilin martına kimi Rusiyadan AXCP üçün 411.952 ABŞ dolları məbləğində pul göndərilib.
Göründüyü kimi, Əli Kərimlinin Rusiyadakı anti-azərbaycançı dairələr tərəfindən maliyyələşdirilməsi ilə bağlı faktlar aşkardır. Bu faktlar birmənalı şəkildə AXCP sədrinin istintaqa cəlb edilməsini şərtləndirir.
Nurlan QƏLƏNDƏRLİ
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41
YAP xəbərləri
02 İyun 16:39
Dünya
02 İyun 16:24
YAP xəbərləri
02 İyun 16:18
Elanlar
02 İyun 16:04
Sosial
02 İyun 16:04

