Prezident İlham Əliyev: Bizim sözümüz ədalətdir və həqiqətdir
05.06.2018 [10:05]
“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci kitabı çapdan çıxıb
Bizim sözümüz bütün mötəbər tribunalardan səslənir. Biz sözümüzü deyirik. Bizim sözümüz ədalətdir və həqiqətdir. Ədalət və həqiqət bizim tərəfimizdədir. Ona görə strateji xəttimizi nəzərə alaraq biz öz ardıcıl addımlarımızı atırıq və atacağıq. Əminəm ki, hər bir vətənpərvər Azərbaycan vətəndaşı bu gün cəmiyyətdə mövcud olan həmrəylik, vətənpərvərlik duyğuları ilə fəxr edir. Fəxr edir ki, Azərbaycan bu zirvələrə çata bilmişdir.
...Azərbaycan cəmiyyəti monolitdir. Bizi bir-birimizə bağlayan əsas amil həmrəylikdir və düzgün seçilmiş hədəfdir. Hədəf isə çox aydındır. Biz müasir dövlət qururuq, azad cəmiyyət yaradırıq, demokratiyanın inkişafı əsas şərtdir, korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə bundan sonra daha da ciddi aparılacaqdır. Biz ancaq və ancaq öz gücümüzə güvənirik. Bu siyasət öz səmərəsini vermişdir.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 62-ci kitabında yer alan bu fikirləri dövlətimizin başçısı 2014-cü il mayın 10-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun yaradılmasının 10 illiyinə həsr olunmuş təntənəli mərasimdə səsləndirib.
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin 62-ci kitabındakı materiallar 2014-cü ilin aprel-may aylarını əhatə edir.
Nəşrin bu cildində Prezident İlham Əliyevin İran İslam Respublikasına, Çex Respublikasına, Gürcüstana səfərləri zamanı keçirdiyi görüşlər, imzalanan sənədlər, mətbuat üçün bəyanatlar, habelə ölkəmizə səfər etmiş Fransa Prezidenti ilə apardığı danışıqlar barədə materiallar yer alıb.
Çoxcildliyin bu kitabına dövlətimizin başçısının Litva, Fransa, Səudiyyə Ərəbistanı, ABŞ, Qazaxıstan, İspaniya, Niderland, Rusiya və digər ölkələrin, NATO, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatların ölkəmizə gəlmiş yüksəkvəzifəli şəxslərini, eləcə də Bakıda keçirilən II Qlobal Açıq Cəmiyyətlər Forumunun iştirakçısı olan nüfuzlu ictimai-siyasi xadimləri qəbul etməsinə dair informasiyalar daxil edilib.
Azərbaycan Prezidenti bütün görüş və danışıqlarda dünya ictimaiyyətini Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri çərçivəsində həllinə dəstək verməyə çağırıb.
Bu cilddə, həmçinin ölkə rəhbərinin Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi və konfransının, Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının 77-ci konqresinin iştirakçılarına müraciətləri dərc edilib.
Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2014-cü ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqinin, Naxçıvanda muxtar respublikanın 90 illiyinə həsr olunmuş mərasimdəki çıxışının mətnləri, habelə muxtar respublikada, Ağdaş, Şamaxı və Bakıda müxtəlif infrastruktur obyektlərinin açılış mərasimlərində iştirakı, ictimaiyyət nümayəndələri ilə görüşləri barədə informasiyalar 62-ci kitaba daxil edilib.
Oxucular bu kitabda dövlətimizin başçısının “The Business Year” nəşrinə müsahibəsinin mətni ilə də tanış ola bilərlər.
Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri daxil edilib.
“Azərnəşr” tərəfindən buraxılan 62-ci kitabın hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxİdman
27 İyun 23:20
Siyasət
27 İyun 22:16
Dünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41

