/ / Azərbaycan təbii və texnogen fəlakətlərin qarşısının alınması istiqamətində beynəlxalq səyləri dəstəkləyir
Azərbaycan təbii və texnogen fəlakətlərin qarşısının alınması istiqamətində beynəlxalq səyləri dəstəkləyir
05.06.2018 [10:03]
İyunun 4-də Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov BMT-nin Fəlakət Risklərinin Azaldılması üzrə Bürosunun Avropa regional ofisinin rəhbəri Paola Albrito ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazirin müavini Azərbaycanın təbii və texnogen fəlakətlərin qarşısının alınması və onların nəticələrinin aradan qaldırılması istiqamətində beynəlxalq səyləri dəstəklədiyini diqqətə çatdırıb.
Son zamanlar dünyada təbii fəlakətlərin və həmin fəlakətlərdən zərər çəkən insanların sayının artdığını vurğulayan Əli Əhmədov heç bir ölkənin və hər hansı bir insanın fəlakətlərdən sığortalanmadığını qeyd edib.
“Ölkəmizin yerləşdiyi coğrafi məkanda fövqəladə hallar riski kifayət qədər yüksəkdir. Azərbaycan hökuməti fəlakət risklərinə hazırlıq və onların nəticələrinin aradan qaldırılması sahəsində bir çox beynəlxalq qurumlarla, o cümlədən BMT, Beynəlxalq Mülki Müdafiə Təşkilatı, Avropa İttifaqı, NATO, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlıq edir. 2015-2030-cu illərdə Fəlakət Riskinin Azaldılması üzrə Sendai Çərçivə Proqramının qəbulunda da Azərbaycan tərəfi iştirak edib. Ölkəmiz Sendai sənədinin icrasında maraqlıdır”, - deyə Baş nazirin müavini bildirib.
Paola Albrito Azərbaycanda ilk dəfə olmasına baxmayaraq, Bakının ona çox doğma gəldiyini, paytaxtımızda qədimliklə müasirliyin vəhdətinin onda xoş təəssürat yaratdığını söyləyib. Qonaq ölkəmizin də dəstəklədiyi və qoşulduğu Sendai sənədi haqqında ətraflı məlumat verərək qeyd edib ki, 7 qlobal məqsədə xidmət edən bu proqramın icrası dövlətlər və cəmiyyətlər üçün mühüm əhəmiyyət kəsb edir.
Görüşdə Azərbaycanın Cenevrədəki BMT Bölməsində və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəsi Vaqif Sadıqov da iştirak edib.
Xəbər lenti
Hamısına baxDünya
27 İyun 21:19
Dünya
27 İyun 20:35
Dünya
27 İyun 19:17
Dünya
27 İyun 18:31
Dünya
27 İyun 17:25
Hərbi
27 İyun 16:19
Sosial
27 İyun 15:48
Sosial
27 İyun 14:22
Dünya
27 İyun 13:30
Dünya
27 İyun 12:19
Dünya
27 İyun 11:40
Dünya
27 İyun 10:16
Dünya
27 İyun 09:25
Dünya
27 İyun 08:34
Dünya
26 İyun 23:17
Dünya
26 İyun 22:30
Siyasət
26 İyun 22:05
Dünya
26 İyun 21:24
Maraqlı
26 İyun 20:38
Dünya
26 İyun 19:15
YAP xəbərləri
26 İyun 18:28
Dünya
26 İyun 18:20
Dünya
26 İyun 17:33
Dünya
26 İyun 16:41
Dünya
26 İyun 16:15
Dünya
26 İyun 15:46
Dünya
26 İyun 15:18
Siyasət
26 İyun 14:22
Dünya
26 İyun 14:10
Dünya
26 İyun 13:57
Dünya
26 İyun 13:30
Sosial
26 İyun 13:06
Dünya
26 İyun 12:49
Dünya
26 İyun 12:23
Gündəm
26 İyun 11:35
Siyasət
26 İyun 10:48
Gündəm
26 İyun 10:20
Siyasət
26 İyun 09:55
Elm
26 İyun 09:30
Analitik
26 İyun 09:13
MEDİA
26 İyun 08:50
Sosial
26 İyun 08:38
YAP xəbərləri
26 İyun 08:22
Dünya
26 İyun 08:01
Gündəm
26 İyun 00:27
Dünya
25 İyun 23:22
Dünya
25 İyun 23:09
Sosial
25 İyun 22:45
Dünya
25 İyun 22:31
Dünya
25 İyun 22:19
Gündəm
25 İyun 22:18
Sosial
25 İyun 21:53
Dünya
25 İyun 21:28
Dünya
25 İyun 21:11
Siyasət
25 İyun 20:49
Dünya
25 İyun 20:42
Dünya
25 İyun 20:33
Dünya
25 İyun 20:17
Dünya
25 İyun 19:50
Dünya
25 İyun 19:24
Dünya
25 İyun 19:10
Dünya
25 İyun 18:52
Dünya
25 İyun 18:26
YAP xəbərləri
25 İyun 17:57
Siyasət
25 İyun 17:30
Sosial
25 İyun 16:56
YAP xəbərləri
25 İyun 16:47
Sosial
25 İyun 16:41
Hadisə
25 İyun 16:34
Gündəm
25 İyun 16:29

