Azərbaycan ilə Avropa İttifaqı arasında əlaqələr dinamik inkişaf edir
02.06.2018 [10:33]
Bu fikir Azərbaycanın Baş nazirinin Avropa Komissiyasının komissarı ilə görüşündə vurğulanıb
Azərbaycan Respublikasının Baş naziri Novruz Məmmədov iyunun 1-də Avropa Komissiyasının büdcə məsələləri və insan resursları üzrə komissarı Günter Ottingerin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, Baş nazir Novruz Məmmədov Avropa Komissiyasının nümayəndə heyətinin ölkəmizə səfərinin ikitərəfli əməkdaşlıq baxımından önəmli olduğunu bildirib, son illər ərzində Azərbaycan-Avropa İttifaqı əlaqələrində dinamik inkişafın müşahidə olunduğunu vurğulayıb. Qeyd edib ki, Azərbaycan ilə Avropa İttifaqı arasında mövcud olan etibarlı tərəfdaşlıq əlaqələri xüsusi əhəmiyyətə malikdir. Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş layihəsi üzrə aparılan danışıqlar prosesindən məmnunluğunu ifadə edən Baş nazir deyib: “Hesab edirəm ki, Avropa İttifaqı ilə Azərbaycan arasında tərəfdaşlığa dair saziş imzalandıqdan sonra əlaqələrimizin daha da inkişafı baxımından yeni bir mərhələyə qədəm qoyacağıq”.
Novruz Məmmədov ölkəmizin Avropa İttifaqına üzv olan dövlətlərlə də münasibətlərin inkişafına xüsusi önəm verdiyini diqqətə çatdırıb. Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından olduğunu qeyd edən Baş nazir bundan sonra da bu sahədə müxtəlif istiqamətlər üzrə əməkdaşlığın davam etdirilməsi üçün geniş imkanların mövcudluğunu vurğulayıb. Qeyd edib ki, kənd təsərrüfatı, turizm, nəqliyyat, qida və sənaye məhsullarının istehsalı, bərpa olunan alternativ enerji mənbələri sahələrində əməkdaşlığın genişləndirilməsi üçün böyük potensial var.
Ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu xətti, Cənub Qaz Dəhlizi layihələrinə diqqəti yönəldən Baş nazir Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasındakı rolunu da xüsusi qeyd edib. Novruz Məmmədov vurğulayıb ki, Azərbaycan Avropa ölkələri ilə enerji sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini bundan sonra da davam etdirəcək.
Avropa Komissiyasının komissarı Günter Ottinger Novruz Məmmədovu Baş nazir təyin olunması və Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təbrik edib, ona fəaliyyətində uğurlar arzulayıb.
Ölkəmizə səfəri çərçivəsində bir sıra məhsuldar görüşlər keçirdiyini qeyd edən Günter Ottinger son illər Azərbaycanın böyük uğurlara imza atdığını bildirib. O, geostrateji mövqeyinə görə mürəkkəb regionda yerləşən Azərbaycandakı mövcud sabitliyin yüksək qiymətləndirildiyini vurğulayaraq deyib ki, Avropa İttifaqı Azərbaycandakı sabitliyin və dinamik inkişafın davamlı olmasında maraqlıdır və ölkəmizlə əməkdaşlığı yüksələn xətt üzrə inkişaf etdirmək əzmindədir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Xəbər lenti
Hamısına baxDünya
03 İyun 20:17
Dünya
03 İyun 19:59
Dünya
03 İyun 19:22
Elm
03 İyun 19:10
Sosial
03 İyun 18:25
Dünya
03 İyun 17:19
Xəbər lenti
03 İyun 17:02
Siyasət
03 İyun 17:02
Dünya
03 İyun 16:51
Sosial
03 İyun 16:28
YAP xəbərləri
03 İyun 16:17
Sosial
03 İyun 16:17
Siyasət
03 İyun 15:52
Hadisə
03 İyun 15:46
İqtisadiyyat
03 İyun 15:09
Siyasət
03 İyun 14:51
Dünya
03 İyun 14:49
Sosial
03 İyun 14:40
Elm
03 İyun 14:39
İdman
03 İyun 14:24
YAP xəbərləri
03 İyun 13:42
Dünya
03 İyun 13:41
Dünya
03 İyun 13:34
Dünya
03 İyun 12:50
Sosial
03 İyun 12:47
Sosial
03 İyun 12:44
YAP xəbərləri
03 İyun 12:11
Gündəm
03 İyun 12:05
Gündəm
03 İyun 11:57
İqtisadiyyat
03 İyun 11:38
Gündəm
03 İyun 11:21
Sosial
03 İyun 11:20
Elm
03 İyun 11:18
Siyasət
03 İyun 11:00
Gündəm
03 İyun 10:58
Siyasət
03 İyun 10:35
Xəbər lenti
03 İyun 10:31
İdman
03 İyun 10:28
Gündəm
03 İyun 10:19
Sosial
03 İyun 09:54
Analitik
03 İyun 09:31
Analitik
03 İyun 09:30
Analitik
03 İyun 09:17
Sosial
03 İyun 08:50
Sosial
03 İyun 08:33
Dünya
02 İyun 23:32
Dünya
02 İyun 23:16
Dünya
02 İyun 22:58
Dünya
02 İyun 22:23
Dünya
02 İyun 22:05
Dünya
02 İyun 21:45
Sosial
02 İyun 21:30
Siyasət
02 İyun 21:22
Dünya
02 İyun 21:18
Dünya
02 İyun 20:52
Maraqlı
02 İyun 20:34
Siyasət
02 İyun 20:23
İqtisadiyyat
02 İyun 20:12
Dünya
02 İyun 20:10
Dünya
02 İyun 19:59
Maraqlı
02 İyun 19:20
Dünya
02 İyun 19:07
Siyasət
02 İyun 18:59
Siyasət
02 İyun 18:25
Maraqlı
02 İyun 18:22
Siyasət
02 İyun 17:30
Siyasət
02 İyun 17:27
Siyasət
02 İyun 17:26
YAP xəbərləri
02 İyun 17:08
YAP xəbərləri
02 İyun 16:41

